Məmməd Aslanın qızı: ''Hər şeyi burdadır, bircə özü yoxdur''



Bir müddət öncə mərhum şairimiz Məmməd Aslanın qızı Təbrizə Aslan atasının əlyazmalarının, şəxsi əşyalarının bir yerə toplanması üçün Ev Muzeyinin yaradılmasının zəruri olduğunu qeyd etmişdi.


Ancaq ötən müddət ərzində bu istiqamətdə heç bir iş aparılmayıb. Aiddiyatı qurumlar hələ də susur.

Modern.az saytına açıqlamasında Təbrizə Aslan deyib ki, atası sağlığında Sumqayıtda yaşayıb: “Atam öz otağını da kitabxana etmişdi. İndi onun bütün əşyalarını oğlum düzəltdiyi kitabxanaya yerləşdirib”.


Təbrizə Aslan atasının əşyalarını görəndə göz yaşlarını saxlaya bilmədiyini də söyləyib: “Oğlum öz otağını kitabxana kimi düzəldib. Babasının bütün kitabları, şəxsi əşyaları oradadır. Atamın rəssamın çəkdiyi çoxlu portret şəkilləri vardı. Hamısı divara vurulub. Hər dəfə otağa girəndə kövrəlirəm. Hər şeyi burdadır, bircə özü yoxdu. Həyatdır da! Belə olmalı imiş”


Mərhum şairin qızı atasını unutmayanlardan da söz açıb: “Modern.az saytına təşəkkür edirəm, sağ olun ki, atamı unutmursuz, tez-tez yad edirsiz. Bir də ailə dostumuz Cavid Qurbanova təşəkkür edirəm. 2019-cu ilin 23 dekabrında Muğam Mərkəzində Cavid Qurbanovun təşəbbüsü ilə Məmməd Aslanın doğum günü idi. Atamı unutmayanlara “sağ olsunlar” deyirəm”.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev