Məmmədin söz qalası...


Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz!


Bütün kitablarını nəşrə özü hazırlamışdı. Hətta ölümündən bir azca qabaq “Şair səlahiyyəti” kitabını çapa hazırlayanda da amansız xəstəliklə ölüm-dirim savaşında olmasına baxmayaraq, gününün çox hissəsini bu kitaba həsr edirdi. Bəlkə də sonuncu kitabı olması səbəbiylə... Və o kitabı görəndə sanki ölümə qalib gəlmiş kimi sevinirdi. Zaqatalada qızının evində – Təbrizənin atasına analıq, kürəkəni Rüstəmin qaynatasına atalıq etdiyi və təbii ki, nəvələri Füruzənin, Məmmədkamalın da babalarına sevgi dolu xidmət göstərdiyi günlərdən birində həm ziyarətinə getmişdim, həm də yenicə çapdan çıxan “Şair səlahiyyəti” kitabını aparmışdım. Demək olar ki, son günlərini yaşayırdı. Kitabı görəndə solğun bənizinə işıq gəldi, dikəlib oturdu, əlinə alıb o üzünə-bu üzünə çevirdi, vərəqlədi, bir müddət sinəsinə qoyub yatağına uzandı. Heç birimiz dinə bilmirdik. Mütəəssir olmuşdum. Təbrizəylə Füruzə o biri otağın açıq qapısından baxır, göz yaşlarını saxlaya bilmirdilər. O an mənə elə gəldi ki, ya sağalıb ayağa duracaq, ya da artıq həyata əbədi göz yumacaq. Amma möcüzə hər zaman olmur. Kitab sinəsində huşa getdi və 2-3 dəqiqə sonra ayılıb əlinin işarəsi ilə Füruzəni yanına çağırdı. Kitabı verib: “bir şeir oxu” – dedi. Yazıq qızcığazın hər gözü sanki dörd bulaq idi... Hıçqırıqla bir-iki bənd oxudu, dözmədim, dedim bəsdi, sonra oxuyarsan. Məmməd sağlığında işıq üzü görən kitabıyla beləcə vidalaşırdı. Elə həyatla da... İndi əziz oxucu, əlinizdə tutduğunuz bu kitab böyük şairin, mütəfəkkirin ölümündən sonrakı ilk kitabıdır. Tərtibat cəhətdən nə qüsur görsəniz, lütfən Məmmədi qınamayın, bizim qüsurumuz bilin. Çünki əlyazma üzərində biz işləmişik. Bu, ənənəvi kitab da deyil: Məmməd Aslan kimi söz nəhənginin televiziya çıxışlarının lent yazısından kağıza köçürülmüş səssiz variantıdır. O çıxışların ki, tamaşaçılar səbirsizliklə axşamın düşməsini, Məmmədin nurani simasını, insanın iliyinə qədər işləyən həzin və ahəstə nitqini gözləyirdilər. Azərbaycan teleməkanında Məmməd qədər səlis, məntiqli, dərin mənalı veriliş aparan, sinədən deyən ikinci bir aparıcı, yaxud iştirakçı tanımıram. Və yazıqlar olsun ki, bunu da bizlərə çox gördülər. Əvvəlcə bədxahları onu AzTv-dən, sonra tamaşaçı xatirinə sığındığı “Xəzər” televizya kanalından uzaqlaşdırdılar. Öz aləmlərində sanki Məmməd Aslana pislik etdiklərini düşünüb namərdcəsinə sevinən kəslər bilmirdilər, yaxud da elə bilərəkdən yüz minlərlə, deyərdim ki, lap milyonlarla tamaşaçıya xəyanət etdiklərinin fərqində deyildilər... Məmməd Aslan milli-mənəvi dəyərlərimizi, ədəb-ərkanımızı, adət-ənənələrimizi, babalarımızın miras qoyduğu sözü qorumağı sanki boynuna qoyulan müqəddəs yük kimi qəbul etmişdi. Hələ lap cavanlığında yazdığı bu misralar dediklərimə əyani sübut deyilmi?! Vətən gözdür, biz kirpik, Gözümüzün keşiyini çəkirik... Məmməd sözün təmənnasız keşikçisi idi. Televiziyanın həyətində oturub çay içirdik. Yanımızdan keçən bir nəfər tanınmış teleaparıcını səslədi, adam yaxınlaşanda Məmməd dağ seli kimi kükrədi, dişinin dibindən çıxanı dedi. Düşündüm ki, yəqin hansısa verilişdə ünvanına tənqid söyləyib. Aydın oldu ki, bu aparıcı verilişində bir neçə sözün əsl mənasını təhrif edib tamaşaçıya yanlış çatdırıb. Zavallı suyu süzülə-süzülə getdi, amma Məmmədi sakitləşdirmək bir xeyli vaxt apardı. Handan-hana dilləndim: “Ay Məmməd, bu yazığı niyə biabır etdin, sözdü də, belə demədi, elə dedi, sözün sahibi sənsən ki, bu qədər əsib-coşursan?” İndi təsəvvür edin, o adam qaldı qıraqda, düşdü mənim üstümə. Özü də necə!.. Dedi sözün sahibi mən olsaydım nə vardı ki, uzaqbaşı təkcə özümü təhqir olunmuş sayacaqdım, sözün sahibi xalqdır, bu düdük xalqı təhqir edir, hamı da baxıb susur. Bu, Dədə Qorqudumuzu, Füzulimizi, Ələsgərimizi təhqir edir, sözü axı onlar bizə əmanət qoyub gediblər. Nə isə, birtəhər yarızarafat, yarıgerçək sakitləşdirdik. Sonralar türk arxivlərindən bir yazı keçdi əlimə və bu əhvalatı xatırlayıb Məmmədin nə qədər haqlı olduğunu anladım. Atatürk Çankaya köşkündə gəzinirmiş. Görür bir qarı ətrafda gəzinir, arabir qapıçıya yaxınlaşıb nəsə deyir, qapıçı da onu uzaqlaşdırır. Yaxınlaşır qapıya, soruşur ki, o qadın nə istəyir? Deyirlər ki, sizi görmək. Deyir çağırın gəlsin. Qarı yaxınlaşır, Atatürk soruşur ki, annacığım, kimi istəyirsiniz? Qarı qayıdır ki, Paşamı görmək istəyirəm, ona deyiləsi sözüm var. Qarını gətirir içəri, bir skamyada otururlar. Qarı onun nüfuz sahibi olduğuna işarə edib soruşur ki, oğlum, buraların sahibi sənsən? Paşa deyir ki, xeyr, annacığım, buraların sahibi böyük türk xalqıdır. Mən buranın qoruqçusuyam. Qarı deyir ki, onda məni Paşamla görüşdür. Atatük özünü nişan verir, qarı paşanın boynuna sarılıb deyir ki, arzuma çatdım. İki oğlum Çanaqqala savaşında paşamla bərabər vuruşub şəhid olub, ölümlü günümdü, arzu etdim ki, gedib heç nədən, xarabalıqdan bir cümhuriyyət quran Paşamı görüb, sonra rahat ölüm... Bunu niyə xatırladım, bilirsinizmi? Məmməd o qovğada sübut etdi ki, sözün sahibi xalqdır, özü isə sözün qoruqçusu. Atatürk də müdrik adam olaraq ziyarətinə gələn qarıya isbat etdi ki, bu köşkün sahibi türk xalqıdır, o yalnız köşkün qoruqçusudur... Məmməd Aslan, gördüyünüz kimi, sözü göz bəbəyi kimi qoruyurdu, sözə müraciətlə: Əlahəzrət söz – deyirdi. Bəşər övladı yaranandan ta günümüzədək əlləşib-vuruşub özunə yurd-yuva qurub, rahat yaşamaq üçün evlər tikib, kəndlər, şəhərlər salıb. Padşahlar, krallar daha da qabağa gedərək qəsrlər, saraylar, qalalar inşa etdirib. Yazıqlar bilməyib ki, bu qalalar müharibələrin, qovğaların qarşısında haçansa dağılacaq, yerlə yeksan olacaq... Amma filosoflar, şairlər, alimlər bu dünyagir fironlardan fərqli olaraq, elmə, biliyə, sözə daha çox fikir verib sözdən qala tikiblər. SÖZ QALASI! Burada sözün qala anlamı iki mənada başa düşülməlidir: biri sözdən tikilən qala, biri də söz qalasıdır, yəni söz əbədidir, nəsildən-nəsilə ötürülərək əbədiyyən yaşayacaqdır. Füzuli yazanda ki: Göstərən saətdə dövrani-fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. Əbəs yerə yazmamışdı ki! Dünya binə olandan indiyə qədər şəhər, kənd xarabalıqları görmüşük. Amma “söz xarabalığı” ifadəsinə rast gəlməmişik. Çünki söz insanın mayasıdır, canıdır, onu yaşadan canlı orqanizmdir. Söz insana Allah əmanətidir, tikilən və sonda xarabalığa çevrilən saraylar, qalalar yox! Söz dünya malı deyildir, dünya malı fani, söz baqidir. Sözün bu məqamda əbədi yer tutmasında klassik şair və yazıçılarımızla bərabər müasirlərimizin də danılmaz xidməti vardır. Çağdaş söz adamlarından Məmməd Aslanın qurduğu söz qalası Füzulininki kimi əbədiyaşar olacaqdır. Buna yüzdəyüz əminəm. Ona görə də ustadın ruhu xatirinə yazdığım bu kiçik yazıma da “Məmmədin söz qalası” başlığını qoydum. Çünki sözü Məmməd qədər əzizləyən, sözün nazını Məmməd qədər çəkən teleaparıcı, şair, publisist tanımıram. Yəni, üçü bir yerdə! Məmməd Aslanın o sevimli, baxımlı, verilişlərinə baxan hər kəs bilir ki, o heç vaxt söz üçün cibə girmir, yəni söz axtarışına çıxmır. Söz özü Məmmədi çox asanlıqla tapır, məqamında dadına yetir, şirin ləhcəsiylə xalqın ürəyinə süzülür. Bu kitabı oxumaq kifayətdir ki, olduğunu görəsən. Şair bütün yazılarında, teleçıxışlarında özünün dediyi kimi, ömrünü söz yolunda girov qoyub. Söz Məmməd üçün hər şeydir: Vətəndir, anadır, atadır, övladdır! Bəlkə elə ona görə də sözü namusu, qeyrəti kimi qoruyurdu! Həyatdan köçdüyü iki ildir, düşünməyin ki, sözü yetim qoyub getdi. Məmməd bu gün də sözün keşiyindədir. Yazdığı kitablarıyla, məqalələri ilə, televerilişləri və teleçıxışları ilə! Əlinizdə tutduğunuz bu gözəl kitabıyla! Məmməd haqqın dərgahındadır, amma sözün dərgahını da yiyəsiz qoymayıb, sevə-sevə işlətdiyi sözlər indi onu ağuşuna alıb şirin ana laylası çalır. Çünki sağlığında sözün təəssübünü çox çəkib, sözə çöx tapınıb! Söz də canlı varlıqdır, nə yaxşılığı unudur, nə pisliyi. Ona görə dahi şairimiz Füzuli deyir: Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz. Əlövsət Ağalarov


3 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

DSC_6292.JPG

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

 

İşğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:
 

27 sentyabr
 

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
     

 3 oktyabr
 

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
     

 4 oktyabr
 

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
     

5 oktyabr
 

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
     

 9 oktyabr
 

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

  • Tərtər rayonunun Çaylı kəndi
     

 14 oktyabr
 

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
     

15 oktyabr
 

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

  • Füzuli rayonunun Arış kəndi

  • Cəbrayıl rayonunun Doşulu kəndi
     

 16 oktyabr
 

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
     

 17 oktyabr
 

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
     

 18 oktyabr
 

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
     

 19 oktyabr
 

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
     

 20 oktyabr
 

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
     

 21 oktyabr
 

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
     

 22 oktyabr
 

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
     

23 oktyabr
 

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
     

 25-26 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
     

28 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

  • Füzuli rayonunun Mandılı kəndi

  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
     

30 oktyabr
 

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
     

2 noyabr
 

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
     

4 noyabr
 

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.


7 noyabr

 

• Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

• Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

• Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

• Zəngilan rayonunun Beşdəli kəndi

• Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

• Xocalının Qarabulaq, Moşxmaat kəndləri
 

8 noyabr  
 

  • ŞUŞA şəhəri


9 noyabr
 

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi

  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 
10 noyabr
 

  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

  • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
     

20 noyabr
 

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
     

25 noyabr
 

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.

     

    Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir.

    2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
     

1 dekabr
 

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan

     

    çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.

    Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir

    qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev