"Mən qürbət şairi, dərd şairiyəm"-Nəsib Nəbioğlu



Mən qürbət şairi, dərd şairiyəm Söykədim çiynimi arxasızlara, Onlar qürbət eldə sirdaşlarımdı. Dönük taleyindən gileyli olan, Oğullar çətində qardaşlarımdı. Neçə arzularım qaldı gözümdə, Qəlbimdən keçəni bir kəs duymadı. Uzaq səfərimdən qayıdım deyə, Anam əllərinə xına qoymadı. Çığırlar yad səmtə apardı məni, Gördüm sərt üzünü daşın, dağın da. Zaman sərt üzünü göstərdi mənə. Rahatlıq tapmadım yad torpağında. Haqsızlar yol tapıb keçdilər başa, Haqqım tapdalandı hər addım başı. Haqsız dünya imiş bu dünya demə, Yurdum talan-talan, oğullar naşı. Bir elin yanında üzüm qaradı. Dağların dağlarsız pərt şairiyəm. Sizin sevdiyiniz şair deyiləm, Mən qürbət şairi, dərd şairiyəm. Kəlbəcər daşı Doymadım sehrli mənzərələrdən, Qayalar dil açan söhbətdi, sazdı. Kitabı, dəftəri olmayan babam, Adını daşların üstünə yazdı. Quş da səkəmməyən bu şiş qayalar, Şıdırğı sel tökdü daş sinəsindən. Möhtəşəm qayalar yuxuya dalıb, Tutğunun, Tərtərin zümzüməsindən, Tilsimi qırılmaz açılmaz hələ, Dilini tapmadım daşın, qayanın. Bir vaxt gəncliyimdə qorxu bilmədən, Dırmaşdım üstünə ayağıyalın. Dərdinə, sərinə qulaq asmadım, Hər daşın, qayanın sehrinə düşdüm, Hər qaya önündə susub keçmədim, Əfsanə daşların mehrinə düşdüm. Naxışı, bəzəyi pozulmaz, itməz, Təbiət nə gözəl heykəltəraşmış. Sağa bax, sola bax bu yerdən keçən. Yaradan daşlardan heykəl yaratmış. Əlinə qoymağa xına taparsan, Ey torpaq becərən, gəl becər daşı. Min sirri saxlayıb, açan olmayıb, Əzəldən sirr olub Kəlbəcər daşı. Baş alıb heç yana qaçası deyil, Xəyalım qayalar aləmindədir. Qayalar dağların tilsim açarı, Qayalar sirlərin möhürbəndidir. Bənövşə demərəm sənə Özüm də bilmədən bənövşə dedim, Nə biləm bənövşə dərdli çiçəkdi. Amma biləsən ki, o vaxtdan bəri, Bir çiçək dərdini gözümə çəkdi. Bulaqdan gələndə çıxdın qarşıma, Sən sənəyə, sənək sənə yaraşdı. Dünya gözəlinə bənzətdim səni, Məcnuna dönmüşdüm əməlli-başlı. Göydən nur yağırdı məhəbbət dolu. Getdiyim yollar da təzələndilər, Yollarım üstündə bitən çiçəklər, Bir az da mənimlə məzələndilər. Mən səni sevəndə özgəydi dünya, Donunu dəyişdi çığırlar onda. Məni dəli etdi boyun-buxunun, Gəlirdin yuxuma mələk donunda. Gözümdə, könlümdə yox idi bir kəs, Mənə yaxınlardan yaxındın, gülüm! Qaçıb gizlənmədin bənövşə kimi, Sən mənim köksümə sığındın, gülüm! Ay dəli sevdalım, gülüm, çiçəyim, Eşqinin oduna yandım o vaxtdan, Səni sevməyənlər dərdilər səni, Talesiz baxtına baxdım uzaqdan. İllərlə bu eşqin yandım oduna, Sevdalı dünyamız olubdu hədər. Gözüm baxa-baxa çıxıb getmisən, Taleyin, qədərin bənövşə qədər. Neyləyim bu eşqin gödəkmiş ömrü, Bəxt yazan da belə yaza bilərmiş. Ağlı ayağında olan bir oğlan, Doğma kəndində də aza bilərmiş. Çətin bu məhəbbət boy verə bir də, Çıraqla gəzirəm o gündən səni. O vaxtdan başımda bir dəli sevda, O vaxtdan saçımda həsrətin dəni. Bilsəydim bənövşə deməzdim sənə, Qəlbin də sınıbdı bir şüşə kimi, Deyirlər tənhasan, qəm içindəsən Bükmüsən boynunu bənövşə kimi. İnsafın olsun Bilirsən - çətindi küsülü qalmaq, Hay-küy salmağın da mənası yoxdur. Vallah, bu yaşında tərslik edənin, Başının bir ayrı qovğası yoxdur?!

Bir yolla gedirik gör neçə ildir, Tanış olduğumuz günlər uzaqda. Hardasa sığındıq bir-birimizə, Soyuqda, şaxtada, qarda, sazaqda. Ötən incikliyi unut bir təhər, Təzədən mənə də naz elə getsin. Təzədən gözümün nuruna bələn, Təzədən ömrümü yaz elə getsin. Hardasa ləngiyib sevgi qatarı, Bizi bir tərəfə apara bilmir. Həsrətin əlindən, qəmin əlindən, Ötəri sevinclər qurtara bilmir! Öpüm tellərindən sığalsız qalan, Nə kədərin olsun, nə ahın olsun. Bu qədər incitmə, nə olar axı, Barı bir balaca insafın olsun. Əsmər qız Mən sənə qara qız demərəm, Əsmərisən sən qızların. Qarası olmaz, bilirsən, Bu dünyada ulduzların. Yar-yaraşığı yerində. Nurlusu, işıqlısı olar, Nurunu heç əsirgəməz, Dünyanın yaraşıqlısı olar. Qəlbindən sevgi, məhəbbət yağar, Həyalı, abırlı, utancaq. Gözlərindən ismət yağar, Əsmər qız görürəm ancaq! Ürəyim çox nazik, Ürəyim şüşə kimidir, Bir həsrət məni üşüdür. Səni gördüm bir əsmər qız Düşdü yadıma. Düşdü illərin o üzündən əlləri qoynunda qalan, bir yalqız, bir əsmər qız. Gözümün önündə bitdi o günlər, Elə kövrəlmişəm ürəyim şüşə. Sənə qara qız desəm, qorxuram baxtına qara gün düşə. Dərd axır sözlərindən, Qəm ələnir gözlərindən, əsmər qız, Ürəyin para-paradır, Yel daraqlar tellərini. Səhər mehi sığal çəkər, Bircə tellərin qaradır. Mən sənə qara qız demərəm axı! Uzaqda Əziz eloğlum Zabilin “Bir şair yaşayır bizdən uzaqda” şeirinə cavab. Qərib dünyam həsrət dolu, qəm dolu. Bağlanıbdı yurd dediyim, el yolu, Baxışlarım çiskin dolu, çən dolu, Belə yaşayıram sizdən uzaqda. Ölçdüyüm yol, keçdiyim yol sazaqdı, Əlim çatmır Kəlbəcərim uzaqdı, Nisgil axır gözlərimdə nə vaxtı, Belə yaşayıram sizdən uzaqda. Gözlərimdə sellər-sular çağlayar, Ürəyimdə bir yurd yeri ağlayar, Qəhər boğar, nisgil yaxar, dağlayar, Belə yaşayıram sizdən uzaqda. Gözüm yolda qalır hər gün, hər axşam, Elə bilirlər ki, qayayam, daşam, Dünya gözlərimdə əriyir şam-şam, Belə yaşayıram sizdən uzaqda. Vətənsizlik nə deməkdir görübsən, Haqsızlığa necə sinə gəribsən, Mən qürbətdə, sən vətəndə qəribsən, Belə yaşayıram sizdən uzaqda. Dünya fani daha düşüb gözümdən, Nələr qalıb dağlar verən dözümdən, Uzaq gəzdim, küsdüm özüm özümdən Belə yaşayıram sizdən uzaqda. Baş götürüb hardan hara gəlmişəm, El-obamdan uzaqlara gəlmişəm, Neyləyim ki, baxtı qara gəlmişəm, Belə yaşayıram sizdən uzaqda. İçində Aldatdım özüm özümü, Sellər yuyubdu gözümü, İtib şeirimin düzümü, Təşnəyəm, odam içində! Söykəndim haqqa, ağıla, Ömrüm bənzədi nağıla, Qabığı qoymaz dağıla, Yaşayar badam içində! Əyri yolda yerimədm, Qorxub, susub kirimədim, Yad əllərdə ərimədim, Bilsəm də yadam içində! Olmamışam dəymə düşər, Dərdim qəlbim yanar, bişər, Səsim dağlara yetişər, Batammaz sədam içində! Həsrət məni sıxır, əzir, Ata ocağı nə gəzir? Ana qucağı nə gəzir? Dərd yatır odam içində, Ümid itir yavaş-yavaş, Ürəyimdə qorxu, təlaş, Yaddaşımda köhnə dam-daş, Xəyalım o dam içində, İşimi yapa bilmirəm, Səməndi çapa bilmirəm, Bir adam tapa bilmirəm, Bir belə adam içində.

Nəsib NƏBİOĞLU


6 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev