''Mənim ad günümdür, ey ana yurdum!Gözlədim, təbrikə yel göndərmədin''



GÖNDƏRMƏDİN

Mənim ad günümdür, ey ana yurdum! Gözlədim, təbrikə yel göndərmədin. Qürbətdə yurd payı baldan şirindir, Dəlidağdan dərib gül göndərmədim. Didərgin yaşamaq qismətim varmış, Yurda dönən yolum qürbətə varmış. Sənin həsrətindən vaxtsız ağarmış, Telə sığal çəkən əl göndərmədin. Elə dərdlərim var, ürək yandıran, Çal-çarpaz çəkilmiş dağı andıran. Sevgiylə dindirib, qəlb ovunduran, Bir şirin ləhcəli dil göndərmədin. Atlanar igidlər, kəhər yormağa, Yığışar gözəllər naxış vurmağa. Kəlbəcərsayağı məclis qurmağa, Sazlı, söz-söhbətli, el göndərmədin. Mirvari, yaş gəlir yaşımın üstə, Şirin payı üz tut Tanrıdan istə. Söylə, Kəlbəcərsiz düşmüşəm xəstə, Bizi qovuşduran il göndərmədim.

6.11.2018

Bugün hörmətli ziyalımız İdris müəllim Verdiyevin yadigarı,ADPU-nun fəlsəfə doktoru,dosent,tədqiqatçı Mirvari Verdiyevanın doğum günüdü, bugün münasibətilə hörmətli ziyalımız Mirvari müəlliməni təbrik edir,Mirvari müəlliməyə uzun ömür,can sağlığı arzulayırıq !

#ƏlamətdarGünlər #Şairlər #Şeir

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev