top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Mənim son zəngim - məcburi köçkün müəllimin kövrək qeydləri


Son zəng hamımızın kövrək anımızdır. Uşaqlıqla, sevimli müəllimlərlə vidalaşırıq. Amma nə baş verdiyini hələ o qədər hiss etmirik...


Sabir MİRZƏYEV, İbtidai sinif müəllimi

Sonra arzulara doğru irəliləməyə çalışırıq, bəzən geri boylanıb arxada qalan illəri xatırlayırıq. Xatirələri vərəqləyirik. Bir ailə kimi doğma olan sinif yoldaşlarımıznı xatırlayırsan. Onlardan özünə bir doğmalıq hiss edirsən. Gənclik - həyat dolu, arzu dolu bir dövrə, yeni həyata qədəm qoyursan. Yeni bir kollektivə düşürsən. Burda isə artıq byümüsən ,özünü bilən kimi aparırsan. Həm ailədən, həm də məktəbdən aldığın tərbiyə və təcrübə burada sənin köməyinə çatır... Beləcə, illər bir-birini əvəz edir. Uşaqlığını xatırlayırsan. Yel qanadlı illərin nə tez ötüb keçdiyini düşünürsən. Amma bir zaman tez böyüməyi istəyirdin. İstəyirdin ki, böyüklərin sırasına qoşulasan. İndi isə əksinə, uşaq olmaq istəyirsən, özün də bilmədən səndən uzaqlaşan uşaqlıq illəri üçün darıxmağa başlayırsan... Zaman isə... Zaman heç də bizim istəyimiz kimi deyil, alın yazımız kimi davam edir. Düz 40-cı ildir ki, Son zəngi yola salmağa hazırlaşıram. Son zəngim! Mənim üçün sonuncu zəng doğma Kəlbəcərimizdə, toylu-büsatlı Başlıbel kəndində çalınmışdı - 1993-cü il aprelin 1-də. Dəlidağın dibində ən ucqar kənddə dədə-babalarımızın müəllimlərimizlə əl-ələ verib qurduğu MƏKTƏB bizlər üçün müqəddəs ocaq, gələcəyə işıq salan bir mayak olmuşdu... Artıq 25-ci ildi ki, Başlıbel məktəbinin son zəngi çalınmır. Məktəbdən şagird nəfəsi, müəllim örnəyi duyulmur. İşğal olunmuş kəndimizdə məbədimizi - məktəbimizi erməni vandalları yandıraraq xarabalığa çevirib. Heç 25 ildir ki, Başlıbel seyidlərinin günəşi doğmur. Şəhid kəndimiz Başlıbel faciəsinin canlı şahidi oldu... Düz 25 ildir kəndimizin uşaqları məskunlaşdığl yerlərdə gözlərində kədər, ürəklərində nisgil son zəng keçirirlər. Başlıbel kənd orta məktəbində Son zəngin hər cür təmtəraqdan uzaq sadə və təbii, amma bir ömür boyu yaddan çıxmayacaq qədər möhtəşəmliyini yalnız valideynlərindən eşidiblər. Onlar da üzünü görmədiyi, haqqında dumanlı təsvvürləri olan BAŞLIBEL MƏKTƏBİnin nostaljisi ilə böyüyürlər. Böyükləri 25 ildir doğma yurdlara qayıdacaqlarını səbirsizliklə gözlədikləri kimi... Mənim üçün isə 10 il şagirdi olduğum, 40 il əvvəl ibtidai sinif müəllimi kimi fəaliyyətə başladığım Başlıbel məktəbi bir daha olmayacaq! Bəli, düz 40-cı son zəngim çalınacaq ... Doğma kəndimizdən, məktəbimizdən ayrılmağımın 25-ci Son zəngi çalınacaq. ilk müəllimim Qənaət Ağamirov, son sinif rəhbərim Hilal Qədimov... Müəllimlərimin bir çox həyatda yoxdur artıq. Haqq dünyasına qovuşanlara Tanrıdan rəhmət! Həyat isə davam edir... Çalışın, elə ömür yaşayın ki, geriyə baxanda peşmançılığınız az olsun, əziz məzunlar!

Koordinat.az Son zənginiz növbəti uğurlarınızın başlanğıcı olsun! 

#Kəlbəcərhəsrəti

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page