Milli Mətbuat Günü qeyd edildi - KƏLBƏCƏRLİ l yerin qalibi oldu


İyulun 20-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü münasibətilə bayram tədbiri keçirildi.


Bayram tədbirində 22 iyul Milli Mətbuat Günü münasibətilə KİVDF-nin keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu. Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda mətbuata dövlətin, ölkə prezidentinin dəstəyindən, həmçinin KİVDF-nin il ərzində keçirdiyi bir sıra tədbirlərdən söz açdı. Sonra V.Səfərli müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini və ümumilikdə 162 yazının müsabiqəyə təqdim olunduğunu bildirdi. Yazıların ekspertlər tərəfindən qiymətləndirildiyini deyən V.Səfərli ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırıldığını diqqətə çatdırdı. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500 manat və diplom, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat verilib. Müsabiqədə ayrı-ayrı istiqamətlər üzrə birinci yerin qaliblərinə diplomlar təqdim olundu. Qeyd edək ki, qaliblər sırasında “Yeni Müsavat”ın əməkdaşları Etibar Seyidağa (1-ci yer) və Nərgiz Salmanova (2-ci yer) da var. Musavat.com

#Kəlbəcərlilər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev