top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Milli Qəhrəman Şahlar Şükürova həsr olunmuş “Bir elin Şahları” filminin təqdimatı keçirilib


MİLLİ QƏHRƏMAN ŞAHLAR ŞÜKÜROVA HƏSR OLUNMUŞ “BİR ELIN ŞAHLARI” FİLMİNİN NÜMAYİŞİ KEÇİRİLİB.


Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürova həsr olunmuş “Bir elin Şahları” filminin nümayişi keçirilib.

Öncə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Milli Qəhrəman Şahlar Şükürovun şərəfli həyat yolu haqqında bəhs edərək bildirib ki, Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Rostovda Ali Polis Akademiyasını bitirən Şahlar Şükürov daxili işlər orqanlarında fəaliyyətə başlayıb və polis mayoru rütbəsinə qədər yüksəlib. 1990-cı ildə Tərtər - Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə qarşılaşmış, bu qeyri-bərabər döyüşdə o, qəhrəmanlıq nümayiş etdirərək, həlak olmuşdur. Bu qanlı hadisə zamanı eyni zamanda Aşıq Şəmşirin qızı Çimnaz xanım da qətlə yetirilmişdir. Bu hadisə zamanı göstərdiyi şücaətə görə Şahlar Şükürova "Azərbaycanın Milli Qəhrəmanı" adı verililmişdir.

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz xanım Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin redaktoru Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi filimin ərsəyə gəlməsi barədə tədbir içtirakçılarına geniş məlumat verdilər.

Sonra Milli Qəhrəmana həsr olunmuş “Bir elin Şahları” adlı film nümayiş etdirilib. Filmin nümayişindən sonra Kəlbəcər rayon ziyalıları, ictimaiyyət nümayəndələri qəhrəman haqqında, eyni zamanda film barəsində təəssüratlarını bölüşüblər. Çıxış edənlər – Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov, şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, və başqaları Şahlar Şükürovun hər kəsə nümunə olan ömür yolundan bəhs ediblər, eyni zamanda bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynadığını xüsusi vurğulayıblar.

Milli Qəhrəmanın qardaşı Malik Şükürov Şahlar Şükürovun ailəsi adından filimin hazhazırlanmasında xidmətləri olanlara, “ Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinə tədbir iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına da minnətdarlıq edib.

Tədbirin sonunda Milli Qəhrəman Şahlar Şükürovun ömür yolunu əks etdirən “Bir elin Şahları” filminin ərsəyə gəlməsindəki xidmətlərinə görə Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz xanım Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin redaktoru Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Təşəkkürnamə” Diplomu ilə təltif ediliblər.




Digər xəbərdə



Mayın17-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” studiyasında çəkilmiş, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov haqqında “Bir elin Şahları” sənədli filminin təqdimatı keçirilmişdir. Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” studiyasında çəkilmiş, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov haqqında “Bir elin Şahları” sənədli filminin təqdimatı keçirilmişdir.

Tədbirin sonunda Milli Qəhrəman Şahlar Şükürovun ömür yolunu əks etdirən “Bir elin Şahları” filminin ərsəyə gəlməsindəki xidmətlərinə görə Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz xanım Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin redaktoru Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Təşəkkürnamə” Diplomu ilə təltif ediliblər.





Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page