Min illik dostun 60 yaşına...



Mənsur Həllac Bağdad bazarında qışqırır: “Ay camaat, məni Allahın əlindən alın, O, məni məndən alıb geriyə qaytarmır!..” Deyərdim ki, dosta bağlılıq da belədi, – o da səni səndən alıb geri qaytarmır, xeyirxahlığı, sədaqəti, sevgisi başın üstə dolaşır, arxanca gəzir, ürəyində, ruhunda yuva qurur... O dəhşətli faciədə düşdüyüm qaranlıqdan, dərin quyudan çıxmağa işıq axtarırdım, iynə ucu boyda işıq... Hamıdan Uca Allahın rəhmiydi, – bir əl uzanıb əlimdən tutdu, məni o zülmətdən işığa çıxartdı. O, sənin əlin idi, Cavid Qənbəroğlu! Sənin dost əlin! Və yazdığım bu şeir o günlərin canlı şahididi. O ağlayan kimdi elə? Ağlaya-ağlaya gülür... Sinəsini qan aparır, Yarasının düyməsini Bağlaya-bağlaya gülür... Ocağı kül, közü gülən İçi yanıb, üzü gülən, Göz yaşında gözü gülən O ağlayan kimdi elə? Sığınıb qərib dağlara, Batıb qalıb uzaqlara. Qısılıb ötən çağlara O ağlayan kimdi elə? Baxıb şəkli düşən daşa, Göydə süzən tənha quşa... Uşaqlığıyla baş-başa O ağlayan kimdi elə? Dayanıb yolayrıcında, Gözünün yaşı ovcunda. Son Söz dilinin ucunda O ağlayan kimdi elə? Niyə keçmişə qayıtdım?.. Təməli, özülü olmadan ev tikilməz. Dostluğun da təməli, özülü keçmişdi, ötən günlərdi, o günləri yaşadan xatirələrdi, hər gələn gün ötən günün üstünə hörülə-hörülə “ev” olur. Xatirə evi... Nəsəfinin sözü olmasın – olacaqlar elə olmuşlardı... Dünya çox maddiləşib. Dəyərlər əriyib yox olduqca qələmə gələn adamlar da tükənir, azalır... Hamıdan uca Allahın kəlamıdı: “Ey bu dünyanın olanlar... Qaçın sizə tamah salan insandan!.. Sizdən qaçanlara sarı gedin, sizləri kənardan seyr edənin olun!..” Hələ illər öncə sənə yazmışdım. Göz dünyadan doymaz, ona həsəddi, Nəfsin sərhəddi yox, tamahın həddi. Bu gün bədən diri, sabah cəsəddi, Cavid Qənbəroğlu, yalandı dünya, Gözəl qız cildində ilandı dünya! Miskin Abdal, Qurban, Şəmşirdi qalan Bu Söz qalasının közünə qalan! Yerdə qalan nə var, yalandı, yalan... Cavid Qəmbəroğlu, yalandı dünya, Gözəl qız cildində ilandı dünya! Doğulduğun ocaqdan başlayan yol kənd-kənd, rayon-rayon, şəhər-şəhər bir-birinə calandı, Bakı-Tbilisi-Qarsa, sonda İpək yoluna birləşdi... İşindən, gücündən, danışmıram – hamısı bəlli, göz qabağında. Ölkə başçısı, cənab İlham Əliyev sənin əməyini layiqincə dəyərləndirdi. Yorulmaq bilməyən, tikib-qurmaq eşqiylə yanan, xeyirxah, sədaqətli, içi Vətən sevgisi ilə dolu bir insana verdiyi dəyərə görə cənab İlham Əliyevə alqış düşür! 60 ildi yol gedirsən. Qoy gedəcəyin yollarda getdiyin Yol və Allah əlindən tutsun. Nə yaxşı ki, Sən varsan bu dünyada – Adam oğlu Adam! Bir az da gəldim yaxına Qopdum odumdan, közümdən, Əllərim qopdu dizimdən. Bir az da qopdum özümdən Bir az da gəldim yaxına... Keçdim ilanlı yolları, Daşlı, tikanlı yolları, Bazar-dükanlı yolları... Bir az da gəldim yaxına... Bir az da qaçdım tamahdan, Nəfslə çəkdiyim ahdan... Qurtuldum bir az günahdan, Bir az da gəldim yaxına... Aldandım dilə, dilçəyə, Qoca nəfsə – ağbirçəyə! Üz çevirdim gül-çiçəyə, Bir az da gəldim yaxına... Dünya şirə, şirələndim, Hər pətəkdə girələndim. Qəm xəlbirində ələndim, Bir az da gəldim yaxına... Çiynimdəm yükləri atdım, Hey üzdüm üzü axına... Addım-addım gəlib çatdım, Bir az da gəldim yaxına... Doğmalarım döndü yada, Evim oldu qərib ada... Dolaşıb payi-piyada, Bir az da gəldim yaxına... İçim yalan, çölüm yalan, Bu daş dərddən ölüm yalan. Çat verdi tikdiyin qalan, Bir az da gəldim yaxına... Gözlərimi bağla, Tanrım, Adəm olan bağlamasın... Ağla məni, ağla, Tanrım, Məni bəndə ağlamasın. Zakir Fəxri

Moderator.az

#ƏlamətdarGünlər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev