Mirsəyyaf Zamanlının 70 illik yubileyi qeyd olundu

Updated: Oct 4, 2019

Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən Mədəniyyət sarayında, Kəlbəcər rayon İcra Hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar müəllim, şair-publisist Mirsəyyaf Zamanlının 70 illik yubileyi keçirilib. Tədbirdə rayon İca Hakimiyyətinin başçısı Aqil Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən Mədəniyyət sarayında, Kəlbəcər rayon İcra Hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar müəllim, şair-publisist Mirsəyyaf Zamanlının 70 illik yubileyi keçirilib. Tədbirdə rayon İca Hakimiyyətinin başçısı Aqil Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.

Əvvəlcə “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məcisin deputatı Cavid Qurbanovun yubiliyara təbrik məktubu oxunub. Sonra çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov yubilyarı və tədbir iştirakçılarını İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Şəmşiroğlunun adından salamlayıb, Mirsəyyaf Zamanlıya ədəbi-bədii yaradıcılığında uğurlar arzulayıb.

Çıxış edənlər – folklorşünas alim, şair Adil Cəmil, Kəlbəcər ədəbi mühitinin tədqiqatçısı, filologiya üzrə fəsləfə doktoru İlham Məmmədli, Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı və başqaları Mirsəyyaf Zamanlının bədii yaradıcığından geniş şəkildə bəhs etdilər, onun Kəlbəcər ədəbi mühitinin zənginləşməsindəki xidmətlərini xüsusi vurğuladılar.

Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov yubiliyarı rayon ictimaiyyəti və öz adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Sonda şair Mirsəyyaf Zamanlı çıxış edərək tədbirin təşkilinə görə Kəlbəcər rayon İcra Hakimiyyətinə və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyininin sədri Qənbər Şəmşiroğluna, millət vəkili Cavid Qurbanova, eləcə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev