Mirsəyyaf ZAMANLI

Mirsəyyaf Zamanlı 1948-ci ildə Kəlbəcər rayonunun Ağyataq kəndində anadan olub. Kəlbəcərin Zülfüqarlı kəndində səkkizillik, Gəncə şəhərində orta məktəbi bitirib. N. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olaraq 1968-ci ildə oranı bitirib. Hərbi xidmətdən qayıdıb Kəlbəcərin Şurtan və Moz Qaraçanlı kəndinlərində müəllimlik edib. Kəlbəcərin işğalından sonra Bakıda məskünlaşıb. Bakıdakı 108 saylı Kəlbəcər orta məktəbində dil-ədəbiyyat müəllimidir. Mirsəyyaf Zamanlı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir neçə şerlər kitabının müəllifidir.