Modern Azərbaycan ailəsinin ideoloqu: Mehriban xanım Əliyeva

Qərb ölkələrində ailə problemləri ilə ciddi məşğul olan beyin mərkəzlərinin, QHT-lərin, ailə institutlarının, sosioloji təsisatların çoxsaylı araşdırmalarına, maraqlı nəticələrinə, fərqli metodoloji modellərinə rəğmən, Azərbaycanda da dövlət qurumları və ictimai təşkilatlar tərəfindən bir sıra dəyərli layihələr həyata keçirilir. Dövlət müstəqilliyimizin qarantı olan Ümummilli Liderimiz Heydər Əliyevin Prezidentliyi dönəmindən bu yana çoxsaylı elmi-kütləvi tədqiqatlar, sosioloji sorğular, kulturoloji və sosioloji, iqtisadi-sosial araşdırmalar aparılsa da, cəmiyyət və onun kiçik forması sayılan ailə modelləri, birgəyaşarlıq bilgiləri, gender məsələləri durmadan dəyişikliklərə uğrayır, dövrün – zəmanənin tələblərinə uyğun olan elmi-intellektual yanaşmalar tələb edir. Dəyişiklərin durmadan artdığı bir vaxtda hər zaman Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının xarici və daxili siyasətini dəstəkləyən Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli və modern ailə problemləri ilə ardıcıl məşğul olur. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO cə ISESKO-nun xoşməramlı səfiri olaraq da cəmiyyətimizin bütün təbəqələrinin pənah gətirdiyi dövlət xadimi kimi müxtəlif proqramların, layihələrin müəllifi kimi beynəlaxlq aləmdə nüfuz sahibidir. Çağdaş həyatımızın bütün sahələrinin qloballaşdığı, İnternetləşdiyi, elektronlaşdığı, virtuallaşdığı bir zəmanədə gənc nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, yad mədəniyyətlərin daşıyıcılarına çevrilməkdə olan milyonlarla soydaşmız arasında siyasi-dövlətçilik liderləri kimi qəbul olunan Əliyevlər ailəsi Azərbaycan ictimai-mənəvi dünyagörüşünün və etnik kimliyimizin əsas hissəsinə çevrilən milli ailə dəyərlərinin dirçəldilməsində xüsusi fəallıqları ilə seçilirlər. Prezident İlham Əliyevlə yanaşı, sədaqətli ailə başçısı kimi dünyada tanınan Birinci vitse-prezident Mehriban Əliyeva həm də birinci xanım missiyasını uğurla həyata keçirməkdədir. O, yalnız öz ailəsinin deyil, həm də Azərbaycan adlanan böyük ailəmizin lideridir! Modern ailə formalarının modellərini işləyib hazırlayan mütəxəssislərin iştirakı ilə ictimai-mədəni, sosial-intellektual müzakirələrə başlamaqla yanaşı, Mehriban xanım Əliyeva keçmiş SSRİ-nin dağlması ilə bir formasiyadan digər yaşam tərzinə keçən cəmiyyətimiz, eləcə də Ermənistanın işğalçı siyasəti, Qərbi Azərbaycan və Dağlıq Qarabağdakı məlum münaqişələr nəticəsində doğma yurd-yuvalarından qovulan milyona yaxın insanımızın, yüzminlərlə ailələrin, qadınların, uşaqların, xəstələrin, əlillərin sosial durumu ilə mütəmadi maraqlanır, yüz minlərlə insana yardım göstərir. Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sonralar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, bütün dünyada qadınlarımızın, analarımızın dostu, ailə dəyərlərinin böyük təbliğatçısı etimadını qazanan Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə müstəqil ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət bu istiqamətdə problemlərin böyük əksəriyyətini aradan qaldırılmasına kömək edir. Son zamanlar mənəvi-ruhi ailə dəyərlərimizə qarşı xaricdən olan hücumlar zamanı bəzən gənclərimizin məhdud bir hissəsi "liberal” dəyərlərin – insan haqlarının, qadın azadlığının, gender bərabərliyinin qorunması kimi "dəbə mindirilən trendlər”in təsirinə düşə bildiyini nəzərə alaraq, çağdaş dünyada getdikcə zəifləyən ailə dəyərlərinin bərpası və genişlənməsi istiqamətində fərqli formatlı aksiyalar həyata keçirmək, sadalanan mənfi halları zəiflətmək qarşıya qoyulmuş əsas məqsədlərdəndir. Yaşlılara olan sayğını, gənclərə-uşaqlara yönəli sevgini artırmaqla, bu istiqamətdəki gərginlikləri azaltmağı, qədim dəyərlərimizin dirçəldilməsi, daha da inkişaf etdirilməsi, o istiqamətdə ciddi addımları, innovativ təşəbbüsləri, yeni yaşam dünyagörüşlərini, modern ailə modellərini, yeni nəslin qəbul etdiyi çevik formaları dəstəklədiyinə görə Mehriban xanım Əliyeva hər zaman bizim mənəvi-ideoloji liderimiz olaraq qalacaq.

Zekaishiginda.az

18 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev