top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

''Nə qələt qırsanız da o OCAQ müqəddəsliyini itirməz''-Hidayət Elvüsal

Azərbaycanın bölgələri müqəddəs insanlarla, yəni ağır seyidlərlə, pirlərlə, ocaqlarla tanınır. Kəlbəcər DƏDƏ ŞƏMŞİR AİLƏSİ İLƏ, OCAĞI İLƏ tanınıb. Tərtəmiz həyatı, sənəti, hətta vücudu ilə müqəddəs bilinən Şəmşir kişinin ocağına kim üz tutmayıb? Böyük Səməd Vurğundan tutmuş Məmməd Araza, Zəlimxan Yaquba, Əli Vəliyevə, Səyavuş Sərxana…kimi az qala bütün Azərbaycan məşhurları, söz adamları onun görüşünə gəlib.



Bu ocaq Kəlbəcər camaatı ücün müqəddəs ünvan olub.Bu ailənin bütün üzvləri yalnız xeyirxahlıq ediblər. Təsəvvür edin, Şəmşir kişi o qədər müqəddəs olub ki, camaat onu uşaq məzarlığında, yəni günahsızlar arasında dəfn eləyib. Məmməd Aslan sağlığında o məzarlığı həmişə yad edərdi. Kəlbəcərdə məhz Şəmşir kişinin təsiri ilə Bəhmən,Ənvər,Məmməd, Cücaət, Adil, Abbas,Şamil, Mehdixan,Yusif, Elşən, Ələmdar…yüzlərlə qələm əhli yetişib. Bütün bu və başqa məziyyətlərinə görə DƏDƏ ŞƏMŞİR ÜNVANI MÜQƏDDƏS OCAQ kimi tanınıb. O ocağa, o ocağın hər hansı üzvünə qara yaxmaq, ünvanına xoşagəlməz söz söyləmək, hərəkət etmək namərdlik, nakişiluk, alçaqlıq sayılıb. Ermənilər bu ocağa zülm ediblər- ERMƏNİLƏR yəni KAFİRLƏR. Camaatı qoca,qadın, uşaq demədən qırıb, kəndə , Ağdabana od vurublar,insanları diri-diri o odda yandırıblar. Qəsdən, müqəddəs olduğunu bilə-bilə. Azərbaycan xalqının sinəsinə dağ çəkmək niyyəti ilə. Sən demə… Dədə Şəmşirin qızını, ciyərparasını namərdcəsinə pusqu quraraq qətlə yetirən ermənilərin əməllərini başqa cür davam etdirən kafir, şərəfsiz, namərd, nankor biqeyrətlər də varmış . O müqəddəs ocağa ləkə yaxmağa çalışan…( əgər bu yazıda söhbət o müqəddəs ocaqdan getməsəydi, söyüş arsenalımdan gen-bol istifadə edərdim ) gədə-güdələr varmış. O ocağın insanına küfr etmək bütün kəlbəcərlilərin ünvanına yönəlmiş qəsddir.Ay… ora-bura qaçıb, bizə hürməyin, kişiliyiniz varsa buralarda söyləyin. Ermənilərin kölgəsində yallanıb zingildəməyin. Unutmayın,nə qələt qırsanız da o OCAQ müqəddəsliyini itirməz, əksinə inancımızı daha da artırır və.. İnanın – günlərin birində cəzanızı alacaqsınız – ya yaradandan, ya dövlətdən, ya da millətdən. Siz uzaqda olsanız da , o gün uzaqda deyil !!!

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page