Nəsib Nəbioğlunun Seçilmiş əsərlərinin I cildinin təqdimat mərasimi keçirilib-FOTOLAR



Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Moskvada yaşayan tanınmış şair Nəsib Nəbioğlunun Seçilmiş əsərlərinin I cildinin təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AYB-nin sədr müavini Çingiz Abdullayev, şair Ramiz Rövşən, xalq şairi Fikrət Qoca, professor Qəzənfər Paşayev, professor Qulu Məhərrəmli və başqa tanınmışlar iştirak edib.

Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev deyib ki, Nəsib Nəbioğlu onun tələbəsi olub.

“Nəsibin kitabının təqdim olunması məni çox sevindirir. Biz Moskvaya gedənlərə zəmanət verərdik. Zəmanət verdiklərimizdən biri də Nəsib oldu. Nəsibin yazdığı bütün şeirlərdə vətən həsrəti hiss olunur, o, Moskvada işləyir, yazıb yaradır. Onun çox dərin fikirləri var. Bütün şeirlərində Kəlbəcər həsrətini açıq şəkildə görmək olur. Nəsib Azərbaycanda kənarda yaşasa da, o Azərbaycanla yaşayır”.

Xalq yazıçısı Anar deyib ki, Nəsib Nəbioğlunu çoxdan tanıyır.

“Hər zaman Nəsib Nəbioğluna böyük rəğbətlə, hörmətlə yanaşmışam. Kitabınının birinci cildidir, mən biraz vərəqlədim, şeirlərin çoxu ilə tanış idim. Nəsib Nəbioğlunun şeirlərində əsas iki motiv var, bir Azərbaycanın tərənnümü, Azərbaycana həsr olunmuş şeirlər, bir də həsrət şeirləri. Nəsib müəllim məncə 3 qat həsrət çəkir. Bu 3 qat həsrətin ikisi təmin oluna bilər, amma biri hələ ki, yox. Bu həsrətlərdən biri Bakı həsrətidir ki, Moskvada yaşaya yaşaya Bakının həsrətini çəkir, bu ellə bir həsrətdir ki, istədiyi vaxt təyyarəyə bilet alıb gəlir. İkinci, bir müddət Bakıda qalandan sonra Moskva həsrəti oldu, bura alışa bilmədi nədənsə yenidən ora qayıtdı. Üçüncü həsrət isə hələlik Kəlbəcər həsrətidir ki, ora hələ gedə bilmirik. Amma mən qəti əminəm ki, gec-tez bu da həll olunacaq, bizim torpaqlar azad olunacaq və insallah kitabının ikinci cildinin təqdimatı Kəlbəcərdə keçiriləcək”.

Şair Ramiz Rövşən deyib ki, Nəsib Nəbioğlunun adı gələndə onu tanıyanların üzü gülür.

“Vətən hissi, vətən duyğusunu guya Moskvada yoxa çıxan Nəsib qədər heç Bakıda saxlayan adamlar azdı. Kəlbəcər həqiqətən də şairlər yurdudur, şeir, saz, söz orada önəmlidir. Nəsibdə də o hava var”

Sonda çıxış edən şair Nəsib Nəbioğlu təbdirdə iştirak edənlərə təşəkkürünü bildirib.

“Mən kitab çap etmək niyyətində olmamışam, kitabın bütün əziyyətlərini Əlövsət Ağalarov çəkib. Mənim ilk şeirim 1970-ci ildə çıxıb. Şeirin adı “Dəlidağ” idi. İlk şeirim qəzetldə çıxanda sevincimin həddi hüdudu yox idi. İndi də Azərbaycanda ilk kitabım çap olunub, buna görə çox sevincliyəm. Rusiyada bir çox kitabım çap olunub və universitetlərdə dərslik kimi istifadə olunur, amma bu kitab mənim üçün digər kitablardan dəyərlidir”.














Təqdimat mərasimində iştirak edən yazıçılar, şairlər, şairin dostları kitabla bağlı fikirlərini bildiriblər. 

#Şairlər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev