Nəvəsindən babası Dilqəm Əsgərova məktub: "Gələndə "əla" qiymətlərimi sənə gostərəcəm

Dilqəm Əsgərovun nəvəsi Nazlı babasına məktub yazıb. Məktubda yazılır : " Salam baba necəsən,mən böyümüşəm,məktəbə gedirəm.Sənə məktub yazdım,səni çox istəyirəm.Baba mənə məktub yaz,sən gələndə məktəbdən aldığım beşləri sənə göstərəcəm,öpürəm".
Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır. 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.