top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Natəvan klubunda kitab təqdimatı


18 mart 2019 cu ildə yazıçılar birliyində Natəvan klubunda Kəlbəcər elinin dəyərli yazarlarında olan Məhəbbət müəllimin Basma İzimi Dünya kitabınının işıgına toplaşmışdıq.


Məhəbbət müəllimin könlündən süzülən şeir söz dünyasının işıgı Natəvan klubunu nura boyamışdı bu nurun ətrafına Azərbaycanımızın layiqli dəyərli elm adamları söz xiridarları Məhəbbət müəllimin şeir dünyasının könül dünyasının aşiqləri toplaşmışdı məclisin bahar ayı olan mart ayına təsadüf etməsi şairin seçimi idi ya təsadüf deyə bilmərəm sevincli oldugu bayram ayı oldugu qədərdə kədərli olan marta ayında Kəlbəcər eli öz yurdundan didərgin olmuş köçkün həyatı yaşamaga məhkum olunmuşdur onun üçündə tədbirdə bir niskil qəm kədər yurd acısı hiss olunmaqdaydı Məhəbbət müllimin yeni kitabında təxəllüsü Kəlbəcərli məhəbbətin indi Kəlbəcərsiz təxəllüs seçməsi heçdə təsadüf sayıla bilməz 26 illik yurd itkisinə qələmi ilə sözüylə etiraz edən şair təxəllüsü ilədə üsyan edir biz Kəlbəcərlilərin daha neçə illər Kəlbəcərsiz yaşayacagımızı sual edir Gözlərimə bulud dolub, Şimşək çaxır Kəlbəcərsiz. Yanagımda şırım açıb, "Tərtər” axır Kəlbəcərsiz.

Bəli hər bir Kəlbəcərlinin yanagında yaş izləri aydın görsənir hərbirimiz açılan hər səhərimizi Kəlbəcər deyə deyə açırıq yenədə şairin tərənnüm etdiyini bizlər dilə gətirməkdə acizik Zilim susub, bəm aglayır, Bütöv sınıb , bəm aglayır. Ürəyimdə sim aglayır, Tel doluxur Kəlbəcərsiz. Bəli şairin yaradıcılıgı poyeziyası qələmi qəmə niskilə yurd itkisinə özünə məxsus şirinliklə əsir daglarımıza yurdumuza agı deyir Məhəbbəti əyə-əyə Vətən dərdi yeyə-yeyə "Kəlbəcərli”deyə-deyə, Oldum axır "Kəlbəcərsiz”. Məhəbbət müəllim beləcə öz qələmi ilə hər gün Kəlbəcər arzusuyla yaşadıgını sübut edir : "Yatmış yaddaşlara” salınsa əgər Zəfər nəgmələri çalınsa əgər, Vətənim düşməndən alınsa əgər, Məni dilənçiyə əyanət verin! Bu misralarda şair canını Vətən torpagı yolunda qurban etməyə hazır oldugunu bəyan edir şairin şeirlərinin əsasını Vətən sevgisi oldugunu görsəkdə adı kimi Məhəbbətdən yogrulan sevgi ətirli sevgi şerləridə könüllər oxşayır : Gündə neçə kərə sıgallayıram... Telimdə "göyərən” dənimsən elə! Dogandan, batana sən görünürsən Daha günəş adlı yönümsən elə! Bir həsrət köçündə düşdü lələyim, Paralandı arzum,söndü diləyim. Yüz mələk yıgıla, sənsən mələyim, Min il ömrüm ola, minimsən elə! Qızarır-sinəmdə, lalə "çəkirəm” Kirpiyim boyunca "jalə çəkirəm” Dönüb Məhəbbətə, nalə çəkirəm, Göyləri bürüyən ünümsən el!



Hər misrasında dag çiçəklərinin ətri olan şairimizin məclisini gözəlləşdirən Kəlbəcərimizin dəyərli ziyalılarının çıxışları şairin şeir dünyasına işıq salmaqdan çox yurd itkisiylə baglı yetərincə oxucusu olan Məhəbbət müəllimin tədbiri elə Kəlbəcərimizin anaım günü kimidə qəbul etmək olardı öz çıxışlarında Əlövsət Agalarov, İlham Məmmədli, Yusif Hüseyn adların çəkmədiyim yazarlar jurnalistlər saz söz adamları məclisə şairin şeirlərindən ifa edərək bizlərə Kəlbəcər anımlı gün yaşatdılar harada Kəlbəcər məclisi varsa Əlövsət müəllim hər zaman o məclisləri yaxından izləyir iştirak edir və bu bizlərə qürur verir ən azından Əlövsət müəllimi öz tədbirində məclisində görən insanlara bir təskinlik olur demək bütün Kəlbəcər bu məclisdədir Əlövsət müəllim verdiyi dəyərlə Kəlbəcərlilərin sevgisini qazanıb o cümlədəndə digər ziyalılarımız axsaqqallarımız öz örnək addımları ilə bizlərə bir yol görsədir öyüd nəsihətlər verirlər müvəqqəti olaraq param parça olan elimizin birliyini sevgisini sayqısını bizlərə unutmamagı aşılayırlar şairin Əlövsət müəllimə ittihaf etdiyi şeirin bir neçə misrasını burda yazmagı özümə borc bildim. Dövran dəyişsə də, yenilməzləri "Köhnə” cıgırından döndərə bilmir. Girir yüz oyuna, əqidəsindən Həyat arifləri çöndərə bilmir. Kimi gileyləndi bəzən baxtından, Kimisi qazandı-izi vaxtından, Şahları endirir dünya-taxtından, Ancaq kişiləri endirə bilmir. Məhəbbət müəllim elimizin dəyərli ziyalılarına böyük dəyər verir qiymətləndirir örnək olur gənc nəsilə dəyərli şairimiz arzular istəklər müxtəlif olur məndə sizə hər zaman oxucularının könlündə qəlbində olmagı diləyirəm inanıram ki növbəti Kitablarınız qələbə sevincli Kəlbəcərimizin gözəlliyini tərənnüm edən qələbəmizdən ilhamlanaraq yazılan sevgidən məhəbbətdən bəhs edən şeirlər kitabları olacaq oxucunuz olaraq sizə yaradıcılıq ugurları diləyirəm dəyərli insan gözəl şair Məhəbbət müəllim.


( Kəlbəcərsiz deməyə dilim gəlmədi yəqinki bagışlayasız məni)

Hörmətlə Rövşən Hüseynli

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page