Neçə ildir başım dərddən açılmır,Heç bilmirəm duman harda, cən harda?



Moskvadan Fəxri Zakirə təbrik! Bir məni də soraqla Dərd heykəli Zakir Fəxriyə Zakir Fəxri, bir məni də soraqla, Bilirsənmi dağlar harda, mən harda? Neçə ildir başım dərddən açılmır, Heç bilmirəm duman harda, cən harda? Göz-görəti ağa qara deyən var, Dəli olmaq köhnə vaxtin işidir. Düz iyirmi ildən çoxdur, eşit, bil, Kəlbəcərin dərdi məni üşüdür. Bu dərdlərin görünvəyən neştəri, Qıxma-qıxma kəsir, didir adamı. Deyən olsa, dərd yandırar, inanma, Dərd dondurub heykəl edir adamı. Qamətimiz düzələrmi bu dərddən? El qınayar, bu dərdlərə əyilsən. Dər içində, qəm içində böyüyən Dərd içində donub qalan heykəlsən. Dərdlərinin sayı coxdu əzəldən Soraqlayıb,eşitmişəm, duymuşam. Elə mən də sənin kimi ömrümü, Qəm yolunda, dərd yolunda qoymuşam. Harda gördüm, yasda gördüm mən səni, Neyləyək ki, dərd yazılıb baxtına. Sən keçəsi o cığırlar, o yollar, Keşməkeşli, sərt yazılıb baxtına. Kəlbəcərin vurğunusan əzəldən, Nədən belə vurğun oldun dağlara. Kəlbəcərin həsrətini çəkəndən, Sinəm altı kədər, qüssə, qəm, yara. Əyib məni yurd həsrəti, yurd qəmi, Qaysaq tutub ürəyimin yarası. O qədər də uzaq deyil, yaxındı, Füzuliynən Kəlbəcərin arası. Xəyalımda yollarımı kəsən yox. Yağıları doğrayıram, bicirəm. Füzulidən Kəlbəcərə nə var ki, Xəyalımda adlayıram, keçirəm, Zakir Fəxri bir məni də soraqla, Zakir Fəxri dost-tanışı yada sal. Dərdə belə tərif vurma amandı, Ürəyimi azca yandır, oda sal. Zakir Fəxri, bir məni də soraqla, Bilirsənmi dağlar harda, mən harda? Neçə ildir başım dərddən açılmır, Heç bilmirəm duman harda, cən harda? 525-ci qəzet, 02.04.2013 -il Nəsib Nəbioğlu


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev