“Nizami” Kino Mərkəzində “Şəhid Fidanlar” filminin nümayişi keçirildi.


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Nizami” Kino Mərkəzində “Şəhid Fidanlar” filminin nümayişi keçirildi.


Öncə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək tədbirdə iştirak edənləri İctimai Birliyin sədri Qənbər Qurbanovun adından salamladı. O, bildirdi ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə çəkilmiş “Şəhid Fidanlar” filmi Kəlbəcərin ilk şəhidlərindən – 7-14 yaşlı uşaqlardan bəhs edir. 1989-cu ilin 14 iyulunda erməni millətçiləri və onların havadarları Kəlbəcər əhalisini qorxutmaq, əhali arasında çaşqınlıq yaratmaq məqsədilə qanlı cinayət törətmiş, rayon stadionunda 8 körpəni helikopterin pəri ilə doğrayaraq qanlarına qəltan etmişlər.


Hadisə zamanı 7-14 yaşlı 8 kəlbəcərli uşaq - Anar Qardaşxan oğlu Valehov, Azər Zakir oğlu Orucov, Cahid Telman oğlu İbişov, Bəxtiyar Rəhim oğlu Xəlilov, Natiq Məhəmməd oğlu Əsgərov, Razim Tofiq oğlu Salmanov, Sahib Sultan oğlu Məmmədov və Səxavət Dəmir oğlu Əsgərov faciəvi surətdə həlak olmuşlar. Həbib Misirov vurğuladı ki, ölkənin o zamankı rəhbərliyinin hadisəyə biganəliyi, bu qanlı hadisəni törədənlərin cəzalandırılmaması digər faciələrə gətirib çıxartdı, 1992-ci ilin 8 aprelində daha böyük faciə - Ağdaban soyqırımı baş verdi, bu soyqırım nəticəsində onlarla dinc Ağdaban sakini, o cümlədən Dədə Şəmşir nəslindən 15-ə yaxın ağdabanlı şəhid oldu. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqımızın başına gətirilən digər faciələrlə yanaşı, Ağdaban soyqırımına da dövlət səviyyəsində qiymət verildi.


#Şəhidlər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev