ORUCOV SƏFƏRƏLI SƏLİM OĞLU


Orucov Səfərəli Səlim oğlu, 1943-cü ildə Kəlbəcər rayonunun Xöləzək kəndində kəndli ailəsində anadan olmuşdur.

1950-ci il kənd ibtidai məktəbinin 1-ci sinifinə, 1954-cü ildə Kəlbəcər rayonu 1 saylı orta məktəbin 4-cü sinifinə daxil olmuş, 1961-ci ildə həmin məktəbin 10-cu sinifini əla qiymətlərlə bitirmişdir. 1962-ci ildə M.Əzizbə-yov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsinə daxil olmuşdur. 1967-ci ildə institutu müvəffəqiyyətlə başa vuraraq mühəndis-texnoloq ixtisasına yiyələnərək, ali təhsil diplomu almışdır.

S.S.Orucov 1968-74-cü illər ərzində Sumqayıt Superfosfat Zavodunda əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə, sexdə növbə rəisi, texnoloq, sex rəisi, sonra zavodun təhlükəsizlik texnikası üzrə baş mühəndislik müavini vəzifəsində çalışmışdır.

S.S.Orucov 1974-96-cı illər ərzində AEA-nın Sumqayıt filialı, indiki Polimer Materialları İnstitutunun kimya texnologiyalarının prosesləri və aparatları laboratoriyasında elmi-texniki şöbənin texnoloji qrupunun rəhbəri, kiçik elmi işçi, baş elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda həmin laboratoriyada dissertant kimi “Superfosfatların qaynar laylı aparatlarda su buxarının iştirakı ilə dənəvərləşdirilməsi prosesinin qanunauyğunluqları” mövzusunda elmi işini texnika elmlər doktoru Yavuz İsmail oğlu Rüstəmov və Moskva “Fosforlu gübrələr və Funqusidlər Elmi-tətqiqat İnstitutunun” direktor müavini Lıkov Mixail Vasilyeviçin rəhbərliyi altında 1979-82-ci illər ərzində müvəffəqiyyətlə yerinə yetirmiş və 1983-cü ilin sentyabr ayında AEA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun xüsusiləşdirilmiş Elmi Şurasında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Həmin il ona “Kimya texnologiyasının prosesləri və aparatları” ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

S.S.Orucov Elmi-tətqiqat işini yerinə yetirən müddətdən indiyə qədər 57 elmi məqalə və ixtiranın müəllifidir. O, cümlədən 6 ixtira və 2 patentin müəllifidir. O, EA-da işlədiyi müddətdə aşağıdakı elmi nəaliyyətləri əldə etmişdir:


-1980-ci ildə AEA-da yüksək elmi nailiyyətlərinə görə “Sosializm yarışı qalibi medalı” ilə təltif edilmişdir.

-1981-ci ildə D.İ.Mehdiyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Mərkəzi Şurasının “Sənaye aparatlarında fosfat kübrələrinin dənəvərləşdirilməsi presesinin səmərələliyinin yüksəldilməsi” mövzusuna görə Moskva şəhərində keçirilən müsabiqədə 1-ci dərəcəli diplom almışdır.

-1982-ci ildə Respublikada Mehdiyev adına Kimya Cəmiyyətinin Mərkəzi Şurasının keçirdiyi müsabiqədə “Tərkibində mikroelement olan superfosfat kübrələrin alınma texnologiyası” işinə görə 1-ci yeri tutmuşdur.

-1983-cü ildə Leysiq yarmarkasında “Texnikada yeni maddələr” nümayişi zamanı “Tərkibində valadium mikroelementi olan dənavər superfosfat” nümunəsini nümayiş etdirmişdir.

-1984-cü ildə Pakistanda “Yeni texnoloji sistemlərin səmərəliliyinin artırılma üsulları” adlı elmi tədqiqat işi nümayiş etdirilmişdir.

-1985-ci ildə Moskva şəhərində “Tərkibində mikroelement olan yeni mineral kürə” nümunəsi Ümumittifaq Xalq Nailiyyətləri Sərgisində nümayiş etdirilmişdir, 2 gümüş və 2 bürünc medal almışdır.

-1990-cı ildə “Yeni mineral kübrələrin alınması texnologiyası və tətbiqi” mövzusu ilə Azərbaycan Türkiyə 1-ci Beynəlxalq Simoziyumunda iştirak etmişdir.

-1991-ci ildə “Sənaye aparatlarında superfosfat kübrələrinin dənavərləşdirilməsi prosesinin səmərəliliyinin yüksəldilməsi” mövzusu ilə Türkiyə -Azərbaycan II Beynəlxalq Simposiyumun iştirakçısı olub.


Eyni zamanda S.S.Orucovun elmi məqalələri keçmiş SSRİ məkanının mərkəzi jurnallarında (Ximiçeskaya promışlennost”, “Teoretiçiskye osnovı ximiçeskoy texnoloqii”, “Jurnal Prikladnoy Ximii”) çap edilmişdir və həmin məqalələr paralel olaraq xarici jurnallarda (Kanadada, Çində, Macarıstanda, İranda, Türkiyədə və s.) ingilis dilinə tərcümə olunmuşdur.

S.S.Orucovun yerinə yetirdiyi dissertasiya işi 1984-cü ildə “Vsesoyuznıy nauçno-informatsionnıy sentr” və “Sbornik referat” jurnallarında Qarşılıqlı İqtisadi Yardım Şurası Ölkələri üçün ən yüksək səviyyəli elmi tətqiqat işi kimi valyuta ilə xarici ölkələrə satılmışdır.

S.S.Orucov müəlliflik şəhadətnamələrinin bir neçəsi sənaye miqyasında istehsalata tətbiq edilmişdir və ölkədə ildə 5 milyon manatdan artıq iqtisadi səmərə əldə olunmuşdur.


1. A.s.№-929614,1982-ci il (Mineral gübrələrin yeni üsulla dənəvərləşdirilməsi) Litva respublikası, Kedaynya şəhəri və Sumqayıt superfosfat zavodu.

2. A.S.№-615050,1976-cı il (Tozvari superfosfat əsasında dənəvər superfosfatın alınması). Sumqayıt superfosfat zavodu.

3. A.S.№-733838,1976-cı il (İkipilləli quruducu sistem) Leninqiproxim və Sumqayıt superfosfat zavodu.

4. Patent №-960010-si ilə müəlliflik şəhadətnaməsi “Karbok-simetilsellulozanın alınma üsulu” AZƏRKİMYA Dövlət Şirkətinin Sumqayıt Səthi-Aktiv Maddələr Zavodu.


S.S.Orucov Azərbaycan Sənaye İnstitutunda “Texnoloji maşınlar və avadanlıqlar” kafedrasının aparıcı dosenti olmaqla yanaşı, elmi tətqiqat işini davam etdirir və institutun professor-müəllim heyətinin konfrans və simpoziumlarında maraqlı məqlələr ilə çıxış edir.

Hal-hazırda S.S.Orucov eyni zamanda Azərbaycan Sənaye İnstitutunun Mexanika fakültəsinin dekanı vəzifəsində çalışır. Ailəlidir, bir qızı vardır. 1992-ci ildə Azərbaycan Sənaye İnstitutunun Avtomatika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İngilis dilində sərbəst danışır, müasir Elektron-hesablayıcı maşınların bütün tipləri (dilləri) üzrə kompyuter proqramlarını yüksək səviyyədə yerinə yetirir. Aparıcı mühəndis proqramlaşdırıcı vəzifəssində çalışır.

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev