top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

"Peyğəmbərlərdən sonra dünyaya şairlər gəlir və şairlərin seçilmişlərindən biri də Nəsibdir"


Bu gün şair Nəsib Nəbioğlunun doğum günüdür. N.Nəbioğlu 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Moderator.az-a açıqlamasında 65 yaşlı Nəsib Nəbioğlunu doğum günü münasibətiylə təbrik etdi:




“Nəsib müəllimi təbrik edirəm. O, bizim gözəl şairimizdir. Həm də ki, Azərbaycan Yazıçılar Birliyinin Moskva filialının katibidir. Ona yaradıcılıq uğurları, cansağlığı arzu edirəm”.






**********************************************************************************


Keçmiş deputat Əlövsət Ağalarov saytımıza açıqlamasında bildirdi ki, Nəsib Nəbioğlunun təbrik etmək üçün onun işğal altında olan rayonu Kəlbəcəri azad etmək lazımdır:


“Nəsib Nəbioğlu Azərbaycanın böyük şairidir. Nəsib anadangəlmə şairdir. Ona görə də Nəsibi doğum günü münasibətilə təbrik edirəm. O, Kəlbəcərin ən gözəl kəndində dünyaya gəlib, amma çox təəəssüflər olsun ki, 30 ilə yaxındır ki, doğma kəndinə gedə bilmir. Bununla bərabər Nəsib həyatında ikinci qəribçilik həyatı sürür. Biz onu təbrik etməliyik ki, heç olmazsa qürbətdə vətən övladlarının təbrikini eşidib bir az toxtaqlıq tapsın. Nəsib doğulandan şeir yazır. Şeir yazmaq çətindir və Nəsib üçün isə bu ümumiyyətlə çətindir. Peyğəmbərlərdən sonra dünyaya şairlər gəlir və şairlərin seçilmişlərindən biri də Nəsibdir. O, dünyanın ən gözəl rayonunda, kəndində doğulub və dünyanın ən gözəl şairlərindən biridir. O, bir şeirində yazır ki:


Nəsib qəlbi sağallamaz yaradan, 

Tanrı çəkir bizi yaradan.

Ayırmayaq bir də ağı-qaradan, 

Kəlbəcər tək gəl yadına düşməsin. 


Kəlbəcər rayonu Allahın bir möcüzəsi idi. Nəsibə ikinci qürbət həyatında arzu edirəm ki, Allah onu Kəlbəcərə qaytarsın. O, Kəlbəcəri görsün. Onun ilk şeirlərini tələbə olan vaxtlarında  oxuyuram. Kəlbəcər işğal olunandan sonra təkcə Nəsibin yox, torpağını itirən insanların həyatı bir dolaşıq kələfə döndü. Allah bir möcüzə göstərsin və o dolaşıq kələf açılsın. Nəsibə ən böyük təbrikimiz onun doğulduğu torpağı azad etməkdir. 1992-ci ildən bu günəı kimi deyirəm ki, sülh yoluyla torpaq alınmayacaq. Ermənilər qansız torpaq verən deyillər. Başımıza gətirilən oyunları görürsünüz. Ona görə də bizim bir yolumuz var ki, silaha sarılıb torpaqlarımızı işğaldan azad edək. Nəsibin torpağını azad etmək üçün özü də silaha sarılmağa hazırdır. 25-30 min şəhidimiz var, onların qisasını almamış dünyadan necə gedəcəyik? Hər dəfə Şəhidlər Xiyabanına qardaşımın məzarı üstünə gedəndə özümü onların yanında gözükölgəli hesab edirəm. Bizim qəriblikdə yaşayan soydaşlarımızı təbrik etmək üçün ancaq torpaqlarını işğaldan azad etmək lazımdır. Nəsibi bir daha təbrik edirəm və arzu edirəm ki, növəti doğum gününü azad olmuş Kəlbəcərdə, xaraba qalmış dağlarda keçirsin”.


Vasif Əlihüseyn

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page