top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

PKK Qarabağda – Türkiyə anti-terror əməliyyatı başlada bilər

Türkiyənin Suriyada başlatdığı antiterror əməliyyatına az qala bütün dünya dəstək verir. PKK və bu kimi digər terror qruplaşmalarına qarşı yönələn mübarizə dünyanı təhdid edən təhlükələrin qarşısını almaqdan ötrüdür. Bu məqamda yada salmaq lazımdır ki, Türkiyə mətbuatı zaman-zaman PKK üzvlərinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçdiyi barədə məlumatlar dərc edib. Demək ki, Türkiyə və müttəfiqləri terrorun kökünü kəsmək üçün Qarabağda da antiterror əməliyyatlarına başlaya bilərlər. Kalbajar.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Modern.az-a açıqlamasında nəzəri olaraq Türkiyənin digər ölkələrin də dəstəyi ilə Qarabağda antiterror əməliyyatı həyata keçirməsinin mümkün olduğunu deyir: “Nəzəri olaraq bu halın gerçəkləşəcəyini mümkün gösrəm də, reallığa qalanda hələ, bu məsələnin ola biləcəyini düşünmürəm. Çünki praktik cəhətdən Türkiyə hazırki şəraitdə iki cəbhədə müharibə aparmaq istəməz. Türkiyə indi tamamilə Suriya məsələsinə köklənib. İkinci cəbhəni açmaq artıq Türkiyə tərəfi üçün çətin olar. Suriyada stabilliyi təmin etmək mümkün olarsa, yeganə problem kimi Cənubi Qafqaz, Qarabağ məsələsi qaldığı halda, o zaman Azərbaycana daha yaxşı dəstək verilə bilər. Onu da vurğulayım ki, Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstək verməsinə mane olacaq təkcə Rusiya deyil, həm də Qərbdir. Ermənistan elə obraz yaradıb ki, əksər ölkələr onu sevir. Azərbaycan öz problemini özü həll edəcək və həll etmək iqtidarındadır da. 1990-cı ildə SSRİ dağılanda Azərbaycanda nə zabit heyəti var idi, nə ordu təcrübəsi. Sovetdən qalma mozaik bir şəkildə zabitlər olsa da sistemli ordu mövcud deyildi. Hərbi təhsilimiz də yarımçıq idi, bu məsələdə Türkiyə bizə çox dəstək oldu. Bu dəstəyin özü də az deyil. Bu cür köməyi Azərbaycan sonradan daha da genişləndirib. Azərbaycan hazırki situasiyadan necə istifadə edə bilər? Hər bir hərbi səhnə yaxşı təcrübə meydanıdır. Ölkə olaraq hərbi ekspertlərimiz Suriyadakı məsələləri yaxından izləyib, nəticə çıxarmalıdır. Hansı tank növləri hərbi meydanda özünü yaxşı doğruldur, onu öyrənmək lazımdır. Məsələn, dünən müşahidə etdim ki, Türkiyə Suriyada hərbi sahəyə dron əməliyyatları ilə bağlı yenilik gətirdi. Məsələn, bu cür praktik məsələləri öyrənmək lazımdır ki, gələcəkdə ehtiyac yaranacağı təqdirdə tətbiq etmək olsun”.

Modern.az

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page