Polkovnik: ''Yerdə o qədər erməni vardı ki, üstündən keçib gedirdim''



"400-ə yaxın erməni öldürmüşdük. Murovdağdan Kəlbəcərə düşən yerdə o qədər çox erməni meyiti vardı ki, düşüb onları dərəyə tullamağa vaxt yox idi. Maşınla meyitlərin üstündən keçib gedirdim".

Bu sözləri Axar.az-a 1993-1994-cü ilin ən böyük qış əməliyyatlarından biri olmuş Murovdağ əməliyyatının komandiri Valeh Rəfiyev deyib.


Polkovnik-leytenant Valeh Rəfiyev 1993-cü ildə Kəlbəcərdən çıxmış dağınıq briqadaya komandir təyin edilib. Məqsəd isə qışda hərbi əməliyyatlar apararaq Kəlbəcəri işğaldan azad etmək olub.


Əməliyyat öncəsi düşmənə informasiya sızdırılır

"Bir neçə dəfə uğurlu döyüş əməliyatlarına başlamaq istəsəm də, bu, baş tutmadı. Çünki daxildən kimsə bu barədə ermənilərə öncədən məlumat verirdi və biz döyüş əməliyyatlarına başlamaq istəyəndə hücuma məruz qalırdıq. Belə olan halda əməliyyat planımı yalnız briqadamın yüksək rütbəli zabitlərinə dedim. Ondan sonra bizim döyüş əməliyyatlarımız uğurlu alındı".


Meydançay döyüşü

Polkovnik-leytenant Valeh Rəfiyev

Murovdağ əməliyyatının Meydançay adlanan ilk uğurlu mərhələsi dekabrın 29-da başlanır. Kərim Vəliyev 701-ci briqadanın komandiri, polkovnik-leytenant Valeh Rəfiyevə əməliyyat planını həyata keçirmək əmri verir:

"Məqsədimiz Murovdağdakı yüksəkliklərə hücum edərək ermənilərdən geri almaq idi. Havanın soyuq olması işimizi çətinləşdirirdi. Hücuma iki istiqamətdən keçməyi qərarı almışdım. Biri Daşkəsən, digəri isə birbaşa Murovdağdan Yanşaq kəndi istiqamətində olmalı idi. Taborlardan birini gecə ilə Koroğlu dağı (3462 m) tərəfdən ermənilərin arxasına, Meydançay istiqamətində göndərdim. Niyyətim pusqu qurmaq idi. Qoşunlarımız həmin yerdən hücuma keçməli, həmçinin, geriyə çəkiləcək olan düşməni və köməyə gələcək erməniləri məhv etməliydi".


5 saat davam edən döyüş və öldürülən 400 erməni

"Elə bir hücum alındı ki, bunu heç özüm də gözləmirdim. Səhər saat 5-ədək bütün əməliyyat bitdi. Biz xeyli sayda düşmənin canlı qüvvəsini və texnikasını məhv etdik. Murovdağdan Kəlbəcərə düşən yerdə o qədər çox erməni vardı ki, düşüb onları dərəyə tullamağa vaxt yox idi. 400-ə yaxın erməni öldürdük. Maşınla meyitlərin üstündən keçib gedirdim. Biz bu tapşırığı layiqincə yerinə yetirdik. 13 yaşayış məntəqəsini azad edərək, 22 km Kəlbəcərin içərilərinə doğru daxil olduq".


Levon Ter Petrosyan Heydər Əliyevə yalvarır

Murovdağ əməliyyatı çəkilən foto

Briqada komandiri aparılan Murovdağ əməliyyatı ilə bağlı məruzə etmək üçün Gəncəyə çağırılıb. Valeh Rəfiyev Gəncədə əməliyyatla bağlı mərhum general Zaur Rzayevə məruzə edib:

"Mən tapşırıq alıb geri dönərkən Toğanada külli miqdarda xarici maşınlar gördüm. Gələnlər ətraf rayonların rəhbər işçiləri idi. Onların hamısı uğurlu əməliyyatdan çox razı qalmışdılar. Murovdağ istiqamətində qazanılan qələbə bütün cəbhəboyu ruh yüksəkliyi yaratdı. Əməliyyat o qədər uğurlu olmuşdu ki, Ermənistan prezidenti Levon Ter-Petrosyan atəşkəsin imzalanması üçün Heydər Əliyevə yalvarırdı. Yanvar ayında yeni əməliyyatın başlanması nəzərdə tutulurdu və ordumuz artıq Horadiz istiqamətində əməliyyatlara başlamışdı. Füzulinin bir neçə kəndi işğaldan azad edilmişdi. Bunun nəticəsində Beyləqan rayonunun işğal edilməsinin qarşısı alındı. Ermənilərin qeyd etdikləri kimi, döyüş əməliyyatlarını aparacaq qoşunları və texnikaları yox idi. Hətta onların xarici millətlərdən olan döyüşçüləri maşınlara minib qaçırdılar".


Uğursuz qış əməliyyatı

Murovdağ əməliyyatı Kəlbəcər əməliyyatının 2-ci hissəsi idi və Kəlbəcəri geri almaq nəzərdə tutulurdu. Amma bu zaman yüksək rütbəli şəxslərin fikirləri üst-üstə düşmür. Müdafiə Nazirliyinin qərarı ilə 1994-cü il yanvarın 8-i Valeh Rəfiyev vəzifəsindən azad edilir:


"Vəzifəmdən azad edilməyin bir neçə səbəbi vardı. Əməliyyat zamanı taborlarımız qarda 3-4 sutka hərəkət etmiş və isti yeməklər yeməmişdilər. Əllərində olan quru yeməklər qurtarmışdı. Mən onları geri çəkib, başqa taborla əvəz etmək və müdafiə mövqeyinə çəkilmək istəyirdim. Əsgərləri yedirdib, yuyundurmaq və onlarda yenidən ruh yüksəkliyi yaratmaq lazım idi. Amma rəhbərlik mənim bu fikrim ilə razılaşmadı və irəli hərəkət etmək əmri verildi. Etiraz etdim ki, əsgərlərimiz ac halda soyuqda irəliləyə bilməyəcək.


Murov Dağ Şəhidlərinə həsr olunmuş xatirə lövhəsi

İrəli hərəkət etmək qərarı veriləndə əlavə briqadalar istədim. Mənim əsas planım Murovdağdakı yüksəklikləri ələ keçirtmək idi. Qoşunları Kəlbəcərə, cənub tərəfə çəkmək lazım idi. Kəskin soyuqlar əsgərlərin irəliləməsinə mane olurdu. Amma irəli hərəkət etmək qərarı verildi. Mən əlavə briqadalar istədim. Onlardan biri Tərtər, digəri isə Gədəbəy tərəfdən hücum etməliydilər. Erməniləri mühasirəyə almağı planlaşdırmışdım. Amma o vaxt ordu tam şəkildə formalaşmamışdı. Könüllülər dəstəsinə döyüş bacarıqları olmayan adamlar rəhbərlik edirdilər. Məni briqada komandiri vəzifəsindən azad etdikdən sonra qoşunlarımız Murovdağda mühasirəyə düşdülər. Qar uçqunları və soyuq hava şəraitinə görə geri çəkilib uğursuzluğa düçar oldular. Amma yaza qədər müdafiəyə keçib, aprel-may aylarında yenidən əməliyyatlara başlasaydıq, nəticəsi də çox yaxşı olacaqdı. Burada şəxsi münaqişələr də böyük rol oynadı. Murovdağ əməliyyatı ermənilər üzərində olan müharibəni qələbə ilə başa vurmaq üçün nəzərdə tutulmuşdu. Amma rəhbərlik arasında fikir ayrılığı əməliyyatın uğursuz nəticələnməsinə gətirib çıxardı".


Bu gün istefada olan polkovnik-leytenant Valeh Rəfiyev ehtiyac yaranacağı halda öz döyüş yoldaşları ilə birgə Murovdağ əməliyyatındakı qələbəsini yenidən təkrarlayacağını deyir.


#MurovdağƏməliyyatı


Axar.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev