top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Prezidentə bal hədiyyə edən arıçının Kəlbəcər həyatı - MÜSAHİBƏ


Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfərləri zamanı orada arıçılarla görüşüb, səmimi söhbət ediblər. Uzun illərdən sonra Qarabağa köç edən arıçılar ölkə başçısına işləri barədə məlumat verib, həmçinin Kəlbəcər balı hədiyyə ediblər.

Prezident və birinci xanımla görüşən arıçılardan biri Kəlbəcərdə doğulub-böyüyən, gənclik illəri Qarabağda keçən Sabir Mustafayevdir. O, ömrünün yarıdan çoxunu arıçılıqla məşğul olub, hazırda fəaliyyətini doğma yurdunda davam etdirir.

Sabir Mustafayev 28 ildən sonra geri döndüyü Kəlbəcər həyatı barədə Modern.az-a danışıb:

- Yenidən Kəlbəcərdəsiniz. Doğma el-obada işləriniz necə gedir?

- İşğaldan öncə də mən Kəlbəcərdə arıçılıqla məşğul olmuşam, 40 ildir arıçıyam. Arıçılıq üçün Kəlbəcər ən əlverişli yerdir. Buranın bitki örtüyü zəngin olduğu üçün balımız çox keyfiyyətlidir. Sovet dövründə Xalq Təsərrüfatları sərgisi keçirilirdi və Kəlbəcər balı mükafata layiq görülmüşdü. Başqa bölgələrə nisbətən Kəlbəcərdə vəziyyət yaxşıdır. Çünki burada çiçəklər solmayıb. Bu, çox önəmlidir.

- Bu yaxınlarda Prezident Kəlbəcərdə arıçılarla görüşdü. Həmin görüşdə siz də iştirak etdiniz. Təəssüratlarınızı bilmək istərdik...

- Cənab Prezident bizimlə görüşərək, işlərimizlə maraqlandı. Görüş çox xoş oldu. Biz Dəlidağın sağ ətəyində Qazıxan yaylağındayıq. Kəlbəcərdə bir süzüm etdik, əla alındı. Prezident gələn yerə təxminən 1 aydır köçmüşük.

Hazırda həmin bölgədəyik və arılarımız üçüncü süzümə gedir. Qazıxan yaylağında təxminən 8-10 kilo bal çəkəcəyik, çünki getdikcə havalar soyuyur.

- Bir neçə aydır ki, Qarabağ torpağındasınız. İndiyədək hansı təhlükə ilə üzləşmisiniz?

- Kəlbəcərə ilk arı köçünü mən gətirdim, bir gün sonra dörd nəfər gətirildi. Köçdüyümüz gündən çadırda qalırıq. Gəlməmişdən öncə ölkə başçısına müraciət etmişdik. Bizə təhlükəsizliklə bağlı xəbərdarlıq olunmuşdu. Şükürlər olsun, indiyədək hər hansı xoşagəlməz hadisə baş verməyib.

Burada yolların, körpülərin çoxu ermənilər tərəfindən dağıdılıb. Kəlbəcər rayonunun özünə işıq çəkilsə də kəndlərdə işıq yoxdu. Hətta bizim olduğumuz Qazıxan yaylağında telefon işləmir. Çətinliklər bunlardan ibarətdir. Kəlbəcərin ən əsas çətinliyi mağazanın və yanacaqdoldurma məntəqəsinin olmamsıdır. Çörək almaq üçün Gəncəyə getməlisən, məsafə çox uzaqdır. Marketə, yanacaqdoldurma məntəqəsinə çox ehtiyac var.


- Kəlbəcərə köçdüyünüz vaxtdan təsərrüfatınızda artım varmı?

- Bəli, artım var. Bura iki yüz arı ilə gəlmişdim, təxminən yüzə qədər arı ailəsi artıb.

- Kəlbəcər həsrətində olan arıçılar az deyil və onlar da bura gəlmək istəyirlər. Həmin arıçılara nə kimi məsləhətlər verə bilərsiniz?

- Arıçılar özlərini nizam-intizamlı aparsalar gələn ildən daha çox arı köçü olacaq. Söz verilmişdi ki, beş arıçı heç bir problem yaratmasa, hərbçilərin dediyinə əməl olunsa, köçün sayı artacaq. Deyildiyi kimi də edildi, bizdən sonra təxminən 20-30 köç oldu. Düzdür, tələblərə riayət etməyənlər də oldu, çaylardan farel balığı tutdular, cüyür ovladılar. Biz də istəyirik ki, arıçılıq üçün əlverişli yerlərə köçlər olsun. Məhsullarımızı fərqli ölkələrə də ixrac etmək istəyirik, bazarımız genişlənsin.


- Bəs hava şəraiti işlərinizə mane olmur ki?

- Quraqlıq olması problem yaradır. Sular azalıb, bizim kənddə təxminən üç dəfəyə qədər suyun səviyyəsi aşağı enib. Arıquşları bəzən arıları işləməyə qoymur, ancaq onlar köçəri quşlardır, uçub gedəcəklər.

Kəlbəcərdə yaşayış olmadığı üçün meşədə ayılar çoxdur. Bizim təsərrüfata ziyan verməyib, ancaq bəzi heyvandarların təsərrüfatına ziyan vurub. Günəş panelləri ilə işıqlar qurmuşuq, arıxananı qoruya bilirik.


Modern.az (Humay İsgəndərova)

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page