Prezident İlham Əliyev şəhid jurnalistləri və icra nümayəndəsini təltif edib

Prezident İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Kalbajar.com xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin: Abışov Sirac Abış oğlu Əliyev Arif Ağalar oğlu İbrahimov Məhərrəm Əli oğlu".