Qızıl əlli, zər qələmli


Tibb elmləri doktoru, Professor şair Zərraf Təhməzoğlu Şirinov


Zərraf Təhməz oğlu Şirinov 1962-ci ildə Kəlbəcər rayonunun Kilsə kəndində doğulub. 1983-cü ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakultəsinə qəbul olub. 1989-cu ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə ilə ali təhsili bitirdiyi üçün həmin ildə internanı bitirməmiş birbaşa yeni yaranmış Elmi Tədqiqat Qastroenterologiya İnstitutuna klinik ordinator kimi işə götürülüb. 2 illik kliniki ordinatura dövründə həmin illərdə qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi üzrə ixtisaslaşma kursu keçib. Bundan sonra həmin klinikanın qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi şöbəsində kiçik elmi işçi kimi işləyib. 1997-ci ildə namizədlik dissertasiyasını müadfiə edib və tibb elmləri namizədi elmi adını alıb. 2000-ci ildə həmin şöbəyə müdir təyin edilib. 2005-ci ildə Moskvada Xalqlar Dostluğu Universitetinin Tibb fakültəsində doktorluq dissertasiyasını müdafiə edib. 2008-cı ildə isə Azərbaycan Resbublikası Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri doktoru elmi adı təqdim edilib. 150-dən artıq çap edilmiş elmi məqalələri var. Bir monoqrafiyanın müəllifidir. Rusiya Federasiyası Patent İdarəsi tərəfindən səmərələşdirici işinə görə 3 patent alıb. Onun namizədlik və doktorluq işi mədə və onikibarmaq bağırsağın xorasının cərrahiyyəsi mövzusundadır. 10 ilə yaxındır ki, Akademik M.A.Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəzin xəstəliklərinin cərrahlığı şöbəsinin müdiridir. Bu müddət ərzində 2000-dən artıq qeyd olunan cərrahiyyə sferasında əməliyyatlar icra edib. Öd kisəsində aparılan həm açıq, həm də laporaskopik əməliyyatları da həyata keçirir. 2008-cu ildə Türkiyənin Ankara şəhərində Hacettepe Universitetinin klinikasında laporaskopik öd cərrahiyyəsi və 2010-cu ildə Ukraynanın Kiyev şəhərində Şalimovun klinikasında endoskopik cərrahiyyə və qaraciyər köçürülməsi (transplantasiya) üzrə ixtisasartırma kursu keçib. 2011-ci ildə Almaniyanın Manhaym klinikasında laparoskopik cərrahiyyə kursunda olub. Əməliyyatlarının çoxunu öd kisəsində aparılan əməliyyatlar (xolesistektomiya) təşkil etsə də olduqca bir cox digər daxili xəstəliklərdə elmi-tibbi əhəmiyyət kəsb edən yeni cərrahi taktikalar tətbiq edib. Bu da əsasən qaraciyər və öd yollarında yatrogen zədələnmələr zamanı rekonstruktiv əməliyyatları əhatə edir. Özünəməxsus praktiki və elmi məktəb yaradıb. Onun rəhbərliyi ilə 6 nəfər tibb üzrə fəlsəfə doktoru elmi ad almaq üçün dissertasiya müdafiə etmişdir. Mən neçə illərdi ki, professorla dostluq əlaqəsindəyəm. Zərraf həkim yaxşı cərrah, yaxşı professor olmaqla bərabər yaxşı dost, yaxş ailə başçısı, həm də gözəl şairdir. Bu yazımda yeri gəlmişkən olu da oxucularıma xatırladım ki, Kəlbəcərin Molla Nəsrəddini adlanan Rəfi kişinin qız nəvəsidir. Bu səviyyəyə gəlib çatmasına yorulmaz əməyi və iradəsi səbəb olub. Yeri gəldikcə bu yazımda Zəərraf həkimin babası Rəfidən də maraqlı, eşitmədiyiniz ibratəmiz sözləri, məsəlləri oxuya biləcəksiniz. Əsasən Zərraf həkimin bir şair kimi ürək döyüntülərini sizə çatdırmaq istəyirəm. Inkan olduqca görüşüb söhbət edirik. Bir-birimizə şerlər oxuyar və fikir mübadiləsi aparırıq. *** Yanılmıramsa 2006 cı ilin yayı idi. İctimai televiziyadan Bədii verilişlərin redaktoru Rafiq Səməndər məni “Sözün sehri” proqrqmı üçün çəkilişə dəvət etdi. Onun kabinetində çox səmimi bir görüşümüz oldu. Dedi ki, qərara alındı ki, sizi yaradıcılığınızdan 35-40 dəqiqəlik bir filim çəkilsin. “Sözün sehri” proqrqmı üçün. Həm də fondda qalacaq. Amma təbiətin qoynunda çəkilməlidir. Təbii ki, mən belə təmənnasız bir çəkilişə görə televiziyanin hər bir işçisinə. Rəhbərlik başda olmaqla, Rafiq Səməndərə öz təşəkkürümü bildirdim. Dedim:- Rafiq müəllim, təşəkkür edirəm. Əgər icazə versəydiniz mən də öz fikirlərimi deyərdim. Rafiq müəllim buyurun dedi:- Bilmirəm siz necə qarşılayacaqsınız. Amma icazə versəydiniz tək mən yox, əlavə bir neçə nəfər də bu çəkiliş üçün gətirərdim. Bir neçə Kəlbəcərli gənc yazarlarımız var ki, onlar da olsa daha yaxşı olar. Rafiq müəllim bu fikrin daha gözəl olduğunu dedi. Dedim ki, indi siz mənə tapşırıq verin ki, mən neyləməliyəm və kimlərlə getməliyəm? O üzünü verlilşin baş rejisoru Taleh İsmayıla tutub dedi:- İsmayıl müəllim, bir rejisor kimi sizin fikriniz nədir? Kimlər getsə yaxşı olar? Taleh İsmayıl dedi:- Rafiq müəllim, mən Yusifi çoxdan tanıyıram. Özü də xoş münasibətimiz olub, həmişə bir-birimizə. Həm də Yusif Bəhmən Vətənoğlunun xalası oğludur. Elə o zaman Bəhməni, Sücaəti, Aşıq Ədaləti, Akif Səmədi də Göy-göldə mən çəkdim. Bu çəkilişə də özüm başda olmaqla köməkçimi, və iki operatorumu aparmalıyam və özüm çəkəcəm. Çün ki bu da gələcək üçün bir tarixdir. Amma bilmirəm ki, biz dörd nəfərin getməyini şairin özü necə qarşılayacaq? Mən gülə-gülə dedim ki, narahat olmayın Taleh müəllim, Sizi öz maşınımda aparacam. Taleh müəllim soruşdu ki. Axı deyəsən əlavə olaraq üç-dörd şair də aparmağı söylədiniz. Bəs onlar necə gedəcək? Dedim ki, Taleh müəllim, onlar üçün siz narahat olmayın. Yəqin ki, bir plan düşünmüşəm. Amma bunlar mənim işimdi. Sizsə getmək vaxtımızı təxminən mənə deyin. O fikirləşmədən dedi:- Mən elə bilirəm ki, siz bu işləri bir-iki günə həll edə biləcəksiniz. Onda həftənin sonunda Şənbə günü getsək necə olar? Mən cavab verdim ki, əgər hava yaxşı olsa, heç bir narahatçılıq yoxdu. İnşallah da ki, hava gözəl olacaq. Danışıb vədələşdik. Xoş təəssüratla onlardan ayrıldım. Elə ordan da Zərraf həkimin iş yeri yaxın olduğundan onun yanına getdim. Görüşdük. Salamdan sonra soruşdu ki, nə yaxşı gəlmisən, Ağrıyıb eləmirsən ki? Dedim ki, qardaş, Allahın böyüklüyünə şükür. Yox hələki elə bir narahatçılıq yoxdu. Amma balaca bir planım var. Səninlə məsləhətə gəlmişəm. Dedi ki, buyur, qardaş. Taki yaxşı plan olsun. Dedim:- Zərraf İctimai televiziya məni çəkilişə çağırmışdı. Özü də 35-40 dəqiqəılik bir filmə. Poeziyam haqda. O tez cavab verdi. Ə qardaş, nə yaxşı. Bundan gözəl plan ola bilərmi? Bəs sənin planın nədi? Dedim ki, Zərraf, mən tək çəkilmək istəmirəm. İstəyirəm ki, vaxtımı bir neçə gənc şairə böləm. Sizinlə, Xatirəylə, Ələmdarla, Sevda ilə birlikdə çəkiliş aparıla. Amma balaca çətinliklər olacaq. Ona görə də sənin yanına üz tutdum. Bilirsən nə çətinlik. Gərək Sevda xanımla, Xatirə xanımı sən öz maşınında aparıb, həm də gətirəsən. Ola bilər ki, bir nəfər də yanında olar. O, əlini qaldıraraq çox şirinliklə bir cavab verdi:- Ə qardaş, mən hazır! Sən nə desən baş üstə. Ta ki belə xoş işlər olsun. Dedim ki, burdan da gedib Məmməd Aslanla danışacam. Onu da bizimlə getməyə razı salacam. Dünya ölüm itimdi. Qoy elə birlikdə bir verilişimiz də qalsın Ustadla xatirəmizdən. Biz xoş təssüratla ayrıldıq. Ordan da birbaşa gedib ustadımız , dostum Məmməd Aslanla görüşdüm. Razılığa gəldik ki, inşallah şənbə günü birlidə çəkişimimizlə bağlı harasa təbiətin qoynuna gedəcəyik. Allahın böyüklüyünə min şükür ki, bu səfəimiz də gözəl təssüratlarla yadda qaldı. Həm də dəfələrlə İctimai kanalda göstərildi və televiziyanın fonduna daxil oldu. *** Əziz oxucular. Mən bu yazımda Zərraf həkimdən yox, şair Zərrafdan söhbət açıb, qısa da ols onun poeziyasına birlikdə səyahət edəcəyik. Mən inanıram ki, həkimin şair duyğuları sizi də, duyğulandıracaq və düşünməyə vadar edəcək. Onun şerlərinin mövzusu yaşadığımız həyatdan götürülür. Bu şerlər həmişə oxucular tərəfindən maraqla qarşılanır. Zərraf oxucuları olan şairlərimizdəndir:- Sinem yanır, dağ-dağ olur, Başı qarlı dağ görende. "İstisu" gözümden axır, Bir serin bulaq görende. İtib ağzın dadı-duzu, Qefes sıxır ruhumuzu, Çemenlikde qoyun-quzu, Yanında uşaq görende. Nece qıydı bize Ağam? Yada qismet oldu dağım. Az qalıram tutub boğum, Ehrimeni sağ görende… …Sanki esdi qara yeller, Cennetden qovuldu eller. Yada düşür Alagöller, Harda bir yaylaq görende. Zerraf, qanım laxtalanıb, İndi çox şey saxtalanıb! Bey kişiler axtalanıb, Qorxuruq “papaq” görende. Bu şeri şair İsveçrədə, Montre də olanda yazmışdı. Görürsünüzmü, şair hara gedirsə ürəyində yurd həsrəti daşıyır. Doğma dağlar bir an da yadından çıxmır. Zərrafın babası Rəfi kişi hikmətli el ağsaqqalı idi. Mən özüm görmüşdüm. İlk baxışda nədənsə mənə Molla Nəsrəddini xatırladırdı. Çünki, harada olurdum, onun maraqlı hikmətlərinin şahidi olurdum. Hətda balaca vaxtı anamla birlikdə harasa gedirdik. Rəhmətlik öz atı ilə birlikdə qarşımıza çıxdı. Mən anamdan soruşdum:- Ana bu kişi Molla Nəsrəddin deyilmi? Anam gülə-gülə dediyi sözlər indiki kimi yadımdadır:- Bala bu kişi Molla Nəsrəddindən də, böyük adamdı. Nə olsun ki, arxası, adamı yoxdu. Zamanı gələcək ki, bu kişinin dediyi hikməti sözləri çox axtaracaqlar. Anamın bu sözü zaman-zaman məni tərk etmədi. Harada Rəfi kişiyə aid olan maraqlı bir söz eşidirdimsə, öz qeyd dəftərimə yazırdım. Bu yazımın içində də yeri gəldikcə Zərrafın babası Rəfi kişinin ibratəmiz kəlamlarından istifadə edəcəyəm. Allah Rəfi kişiyə rəhmət eləsin! *** Bir dəfə Kəlbəcərdə köhnə univermaqdan nə isə alırdım. Baxdım ki, hansı kəndinsə dükançısı öz mağazası üçün mal götürür. O zaman icazə var idi ki, kənd dükançıları faktura əsasında öz mağazalarında satmaq üçün olan gündəlik tələbat mallarını götürə bilərdilər. Bu zaman Rəfi kişi mağazaya daxil oldu. Onu hamı tanıyırdı. Satıcı Seyid Zöhrab kişiyə xoş gəlin elədi. Rəfi kişi də, salam alandan sonra dedi ki, tələsmə, kəndin dükançısını yola sal. Sonra bir-iki şey alacam. Zöhrab da. hər işi qurtarıb, fakturaya qol çəkdi. Sürətini kənd satıcısına verib dedi:- Qardaş, Sağ ol, Yaxşı yol! Dükançı sağollaşıb çıxmaq istəyəndə Rəfi kişi dedi:- Ay sağolmuş, o, bizim dükançıdır. Yaxşı tanıyıram. Tapşırırsansa ona başqa şey tapşır. O, yolmağı səndən də. yaxşı bilir. Onsuz da camaatı yolacaq! Araya gülüşmə düşdü. Belə hazırcavablığa nə deyəsən? Allah rəhmət eləsin! *** Yenə də qayıdaq Zərraf həkimin poeziyasına. Onun şerlərində yurd yanğısı həmişə özünü göstərir. Vətənpərvər bir şairin yurda çağırışı səslənir hər bir misrasında: Eheyy!! Atlanın, nər igidlər, Dəli, hünərvər igidlər! Papaq altda yatdıq, yetər, Namusumuz- arımız var! Arımıza sarı gedək! Deməsinlər qaçaq soyuq. Biz ər soyuq, qoçaq soyuq! Qəribə hər bucaq soyuq! Yurdda yanar qorumuz var, Qorumuza sarı gedək! Dədələrdən bizə qismət, Altı sərvət, üstü zinət, Kimsəyə qıyılmaz, cənnət! Torpaq adlı varımız var, Varımıza sarı gedək! Dünya işin bilmək olmaz, İzimizi silmək olmaz! Qəriblikdə ölmək olmaz, Orda bizim gorumuz var! Gorumuza sarı gedək! Zərraf, yandıq bu həsrətdən, Qurtulaq hər cür töhmətdən! Şəhid olaq məhəbbətdən, Bizi doğan Vətən adli, Yarımıza sarı gedək! ....Arımıza sarı grdək, Varımıza sarı gedək! Elliklə durun, Gorumuza sarı gedək! Yalnız el-oba dərdi görmüş, doğma obasını- elini, evini-eşiyini itirmiş yurd həsrətli bir şair belə çağlaya bilər. *** Yenə də, Zərrafın boxçası hikmətlə dolu olan babasından maraqlı bir hadisə:- İstibulaq kolxozunun sədri Bayramov İsa gözəl polis(milis) işçisi olmuşdu. O təqaüdə çıxandan sonra təsərrüfatı gözəl bildiyindən və el-oba xətrini istədiyindən bu kolxozda sədr kimi fəaliyyətini davam etdirirdi. O, gözəl, bacarıqlı, el-oba içində hörməti olan bir ağsaqqal idi. O zaman kolxozçular işə briqada şəkilində çıxardılar. Bir kolxozun bir neçə təsərrüfat briqadası olardı ki, hər briqadanın da öz briqadiri. Amma bu briqadirlərdən biri bir az tənbəl imiş Həmişə işə gecikərmiş. Ona görə də hər gün səhər tezdən sədr Bayramov İsa briqadirin evinə gələr, əlindəki zoğal ağacı ilə onun doqqaz ağacını döyüb yuxudan qaldırarmış. Bu münvalla briqadir işə çıxırmış. Amma kənd hamısı bir-birinə qohum olduğndan Bayramov bu briqadirin ərköyünlüyünə səbirlə dözür, buna görə onu işindən belə azad etmir ki, yazıqdı, qoy uşaqları çətinlik və korluq çəkməsinlər. Bu münvalla bir neçə ildən sonra bu briqadir ölür. Hamı kimi Sədr də, kənd camaatı da, hətda yaşlı Rəfi kişi də dəfndə iştirak edirmiş. O zamanlar meyidi dəfn edəndə quran oxunan zaman mərhumun qəbrinin baş tərəfində bir nəfər əyləşərək, qəbirdəki adamın adı və atasının adı çəkiləndə söyüd çöpü ilə yavaşca meyidin böyrünə toxunardı. Bu zaman Rəfi kişi dözməyib özünə məxsus yumoru ilə deir: -Ayə, ay balam, o kişini hamımız yaxşı tanıyırıq. Nahaq özünüzü yorursunuz. Bunu sağlığında Bayramov İsa kimi bir kişi zoğal ağacı ilə başa sala bilmədi. İndi bu meyidi bir söyüd budağı ilə inanmıram ki, başa sala biləsiniz. İbratəmiz bir misaldı. Elə deyilmi,əziz oxucular?! *** Yenə də qayıdaq Zərraf həkimim poezuya çələnginə. Onun yaradıcılığında maraqlı nüanslara tez-tez rast gəlirsən. Bu onu göstərir ki, poeziya alımınə təsadüfən gələn, şeri günlərlə oturub fikirləşib yazan şairlərdən deyil. Tez-tez xarici səyyahətlərdə olan həkim Zərraf hətta təyyarədə olanda belə, ilham pərisi ilə görüşünü çox maraqlı təsvir etmişdir: İlham perim xoş görüşdük, öpürem ! Neden yene teyyarede gelmisen? Men uçub gedirem derdin elinden. Bes sen hansı seyyarede gelmisen? Sen menim ruhumun can sirdaşısan, Doğması, ekizi -qan qardaşısan! Hardasa sıxılsam söz yaddaşısan, Sevinirem ziyarete gelmisen!

Senin gücün, ne şekerem- balam men, Belke söznen yaddaşlarda qalam men. Secdedeyem bir Allaha qulam men, Yoxsa sen de, esarete gelmisen?! Ne gücün var esirgeme Zerrafa! Tanrıdan zaval yox doğruya, safa. Sözüme keser ver, elime şefa! Duyan desin cesarete gelmisen! Digər bir şerinə də nəzr salaq: Mən çox da, "anlamaram" məhəbbətdən, gözəldən, Ruhən ilham alıram şeriyyətdən, qəzəldən. Ədalət axtarıram yaranışdan- əzəldən, Ayrı qulluq yaraşmaz bir allahın quluna! Başı qurban demişəm azadlığın yoluna! Qoy kimsə inciməsin doğru-acı sözümdən, Mən haqqı söyləyəcəm, ox dəysə də, gözümdən. Dəlidağ, Ala göllər, bir də Cıdır düzündən, Keçmək istəyirəm mən, yatıb kəhər yalına, Başı qurban demişəm azadlığın yoluna! Biz gərək yağıları buraxmayaq yaxına! Zərraf səsləyir səni, Ramiz qoşul axına! Çıxaq Palantökənə ya da, Murov dağına, Mübariz tək vuruşaq, bu torpaqlar alına, Başı qurban demişəm azadlığın yoluna!im Ruhən, qəlbən azadlıq carçısı olan bir şairin ürək döyüntüləri eşidilir bu şerlərin hər sətirində. Təbinə alqış, şair! Allah səni qorusun! *** Həkim Zərrafa cərrah kimi həmişə işimiz düşüb. Bir dəfə dostumuz, rəhmətlik şair Əmrah Qəmxar əməliyyat olunmalı idi. İmkansızlıqdan çox çətinliklərimiz var idi. Zərraf eşidəndə dedi:- Qardaş, bəs mən burda nə işin sahibiyəm. Heç bir narahatçılıq yoxdu. Özüm təmənnasız əməliyyat edəcəyəm. Hətda dərmanı da özüm alacağam. Bəs dost nə zaman adama lazım olar?! Həqiqətən də Professorun bu cəhətdən çox böyük bir ürəyi var. Həmişə imkansız dostların harayına çatır. Bu günlərdə dostumuz, yazıçı jurnalis Məhəmməd Nərimanoğlu bərk ağrıyırdı. Hətda ağrıları o qədər şiddətli idi ki, gecələr yuxusu ərşə çəkilmişdi. Dedim ki, mütləq Zərrafa məsləhət edək görək nə deyir. Bilirdim ki, maddi ehtiyac üzündən əməliyyata getmək istəmir. Zorla professorun yanına getdik. Yoxladı dedi ki, sabah gəl axırıncı dəfə də yoxlayıb bir qərara gələrik. Amma mən bilirdim ki, sabah Məhəmməd xəstəxanaya, həkimin yanına gedən kimi, professor onu əməliyyata götürəcək. Ona görə mən də, Məhəmmədə heç nə demədən onlardan az sonra cərrahiyyə şöbəsində oldum. Zəttaf həkim məni yenə gülə-gülə qarşıladı. Qardaş, narahat olma, elə bilir ki, indi əməliyyat etməyəcəm. ürəyi sakitdir. Amma asisentlərimə göstəriş vermişəm. Artıq əməliyyata hazıram. Az müddətə qurtarıb sizə təhvil verəcəm. Allahın köməkliyi ilə. Həkim mənimlə sağollaşıb əməliyyatxanaya getdi. Mən Məhəmmədin oğlu Sənanın və həyat yoldaşı Gülbəniz xanımın yanına qayıtdım. De im ki, narahat olmayın. Özünüz də gördünüz və eşitdiniz. Hər şey yaxşı olacaq,İnşallah. Amma Gülbənizlə Sənan çox narahat halda cərrahiyyə şöbəsinin qarşısına çıxdılar. Bir mərtəbə yuxarı. Palatada bəzi əşyalar olduğundan mən eləcə palatada oturub gözləməyi qərara aldım. Belə zamanlarda vaxt da elə bil ki, çox gec, ağır-ağır gedir. Nəhayyət, saat yarımdan sonra tibb bacıları arabada əməliyyat olunmuş Məhəmmədi palataya gətirdilər. Amma bu zaman Sənan və Gülbənizin xəbəri olmadan hələ də yuxarıda, cərrahiyyə şöbəsinin qarşısında idilər. Telefonları isə mənim yanımda qalmışdı. Çətinlik olsa da tibb bacıları ilə Məhəmmədi arabadan öz çarpayısına yendirdik. O gözünü açanda başının üstündə məni görüb dedi:- Demədim, gəlmə. Əməliyyat olmayacam. Dedim ki, artıq əməliyyatdan qurtarmısan, şükür. Amma, mən axşamdan bilirdim ki, professor səni bu gün əməliyyat edəcək. bir az keçmiş, Sənangil gəldi. Heyrətlə Məhəmmədə baxıb soruşdular ki, necə olub ki, gələndə biz görmədik. Dedim ki, digər qapıda ayrıca lift var, əməliyyatdan çıxan xəstələri mərtəbələrə yendirmək üçün. Bir az da keçmiş, professor gülər üzlə palataya daxil oldu. O əllərini göyə qaldırıb Allah şükranlıq etdi. Bir az da babası Rəfi kişi kimi zarafatla, özü də gülə-gülə dedi:- Şair, elə bir yamaq qoymuşam ki, söz ola bilməz. Arxayın olun! Allah sizi qorusun, əziz dostumuz, professor Zərraf Şirinov. Nə yaxşı ki, sizin kimi təmənnasız cərrah dostlarımız var. Yoxsa biz imkansız qələm adamları neyəyərdik?! *** Yenə də gözəl dostumuz, gözəl insan, gözəl şair, gözəl təb əhli Zərrafın poeziyasından məhəbbət ətirli bir şerini birlikdə oxuyaq:- Məndən şer uman gözəl, Gəl, gir könlüə-könlümə! Gəlişinlə sevgi- duyğu , Gətir könlümə-könlümə! Gəl, gir könlüə-könlümə! Duruşun mələk, ilahə, İlham pərim qalxdı şahə! Gəlişinlə gətir rahə, Ətir könlümə-könlümə! Gəl, gir könlüə-könlümə! Min aləmdir bəbəklərin, Məna dərin, duyğu dərin! Gözlər yuvam, kirpiklərin, Çətir könlümə-könlümə! Gəl, gir könlüə-könlümə! Bilirsənmi neyləmişəm, Gəncliyimi əyləmişəm. Sevgini dəfn eyləmişəm, Qəbir könlümə-könlümə Gəl, gir könlüə-könlümə! Xudam verər həyat dərsin! Gülü layiq olan dərsin. Zərraf çaşmaz Allah versin Səbir könlümə-könlümə Gəl, gir könlümə-könlümə! Nə gözəl bir məhəbbət duyğularıdır. İnsanlığa vurğun, sevgi dolu bir ürəyin harayı-səsi eşidilir. Belə şerlər insanda həyat eşqini gücləndirir, yaşamaq həvəsini artırır. *** Yenə də Professorun babası Rəfi kişidən maraqlı hekayətlər:- Kəlbəcərli dünya görmüşlərin təbirincə desək, qışın oğlan çağı imiş. Rəfi kişinin kənddə çox yaşlı bir qohumu rəhmətə gedir. Bizim yerlərdə havadan asılı olmayaraq yas mərasimlərinə və dəfnə çox adam gəlirdi. Hətda qonşu kəndlərdən də gələnlər çox olardı. Belə soyuq bir gündə dəfn mərasimi olmalı idi. Amma kənd qəbirstanlığı yalın üstündə olduğundan, axundun məsləhəti ilə cənazə namazına elə məhrumun həyətində durmalı olurlar. Axundda əlindəki qalın Quran kitabını açıb oxumağa başlayır. Bu axund da həmişə cənazə namazında quranı çax uzun səsləndirərmiş. Bu zaman Rəfi kişi irəli gəlir. Həm bir ağsaqqal kimi, həm də ölü yeyəsi kimi deyir:- Ay molla, neçə ildi ki, sən bizim ölüləri götürürsən. Səni yaxşı tanıyırıq. Sənə böyük hörmətimiz var. Xahiş edirm ki, quranın bir birinci səhifəsini, bir də axırıncı səhifəsini oxuyasan. Hamısını o qədər dinləmişik ki, hamımız əzbər bilirik. Əgər belə etməsən, bu gələn camaatın çoxunu da burada soyuqdan qıracaqsan. Mən ki, ölü yeyəsiyəm, mənə qulaq asmalısan... *** Bu o zamanlar idi ki, Səfər Verdiyev Kəlbəcər rayonunda raykom katibi idi. O söz adamlarına hənişə hörmətlə yanaşardı. Özü də gözəl şerlər yazardı. Həm də çox gözəl saz havaları ifa edərdi. Yeri gəlmişkən onu da deyim ki, sazda ifa olunan məşhur “Gilənar” saz havasının havacatı və sözləri Səfər Verdiyevə aiddir. Xalq şairi Səməd Vurğunla, Dədə şəmşirin görüşünü də Səfər Verdiyev təşkil etmişdir. Onun Rəfi kişinin hazırcavab bir insan olduğunu bilirdi. Ona görə də həmişə yol üstündə ona rast gələndə atmacalı sözlər atır və aldığı maraqlı cavablardan da razı qalardı. Hətda ağır yüklü sözlər olsa belə. Bir dəfə öz Pobedasında gələrkən baxır ki, Rəfi kişi qabağında yüklü eşşəyi ilə rayon mərkəzinə tərəf gedir. Sürücüyə deyir ki, bu kişinin hazırcavablığı mənə ləzzət eyləyir. Yenə də maşını onun yaxınlığında saxla. Onda da sürücü hamımızın tanıdığı Ələslan dayı imiş. O maşını Rəfi kişinin yanında saxlayır. Katib soruşur:- Rəfi kişi, bizim maşının benzini qurtardı . Maşınında benzin olarmı bizim maşına verəsiniz? Rəfi kişi təmkinlə öz eşşəyinə baxır və katibin maşınına yaxınlaşıb deyir:- Yoldaş katib, özün də görürsənki, mənmkinin benzin qabı çox balacadı. Quyruğun altına işarə edib, özü də “nol” göstərir! Katib gülərək deyir:- Yox, bu dəfə də hazır oldu. *** Yenə bir dəfə yolu dar bir yerində Rəfi kişi baxır ki, arxadan maşın gəlir. Yola tərəf durub, ulağı vurur ki, yoldan kənara çəkilsin. Bu zaman Səfər Verdiyev yenə də sürücüyə deyir ki, maşını onun yanında saxla, görək bu gün Molla Nəsrəddinimiz necə cavab verəcək? Ələsdan dayı maşını Rəfi kişinin yanında saxlayır. Katib deyir:- A kişi, deyəsən o ulaq yaman ağıllıdı. Maşın gəldiyini duyub yoldan çəkildi. Amma sən yoldan hələ də çəkilməmisən. Rəfi kişi çox təmkinlə tutarlı bir cavab verir:- Qadan alım, ay Katib, o da sizin kimi ziyalıdı da oxuyanlardandı. Ona görə tez yoldan çəkildi. Mən isə bisavadın biriyəm. Verdiyev Səfər gülür və deyir;- Rəfi kişi, bu gündən səninlə dostam Sən əsil hikmət sahibisən. Şərt oxuyub təhsil almada deyil. *** Əziz oxucular, gözəl istedad Allah tərəfindən insana verilmiş ən ail nemətdir. Zərrafın poeziyası, onun dostluğu, bir cərrah kimi bacarığı göz qabağındadır. Şairin şerlərindən çox misallar gətirmək olar. Amma hər bir yazının da qədəri var. İndi isə şairin ATƏTƏ və BMT yə ünvanlanmış bir şerini sizlərə ərməğan edirəm. Zərrafın bu şerində üsyankar bir şairin haqq səsi eşidilir:- Kəlbəcər, gözəl məkan, Dədə yurdum-can evim. İllərdir əsarətdə, Tari-mar,viran evim. Baharın gəlişindən, El firavan olardı. Təbiət yaşıllaşar, Güllər əlvan olardı. Uzaq-uzaq ellərdən, Qonaq gələrdi quşlar. Baharın müjdəçisi, Sevimli qaranquşlar. Cütləşən qaranquşlar, Eyvanda yuva qurar. Qayğıyla, nəvazişlə, Bala bəslər, uçurar. Biz də, min həvəs ilə Müşahidə edərdik. Hər cür yardım etməyə, Mübahisə edərdik. Bala yuvadan düşsə, Necə məyus olardıq. Qaldırıb əzizləyər, Öz yerinə qoyardıq. Kəlbəcər, gözəl məkan, Tari-mar, viran evim, Tək bizim yox, dağılıb, Quşların "tavan" evi BMT, ATƏT, NATO, Yaraşıqlı adınız! Milyonlarla insanın Haqqın qorumadınız! Heç olmasa qoruyun, Haqqlarını quşların! Qaytarın yuvasını Perik qaranquşların! Əziz qardaşım Zərraf sizə uzun ömür, can sağlığı , hər bir işinizdə uğurlar arzulayıram. Əlləriniz şəfalı, Zəkanəz aydın, Qələminiz iti olsun! Hörmətlə: şair-publisist Yusif Hüseyn. “Qızıl Qələm” mükafatı laureatı. Bakı. 01-10-2015.

#Alimlər #Ziyalılar #Kəlbəcər #Şair

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev