Qızıl Xaç Komitəsi azərbaycanlı girovlarla bağlı müraciətə cavab verdi



Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı 7 aprel 2017 tarixliş müraciətinə rəsmi cavab verib.

Bu barədə Dünya Azərbaycanlıları Assambleyası Mətbuat Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Məktubda komitə prezidenti Rəşad Quliyevə məsələni gündəmə gətirdiyi üçün təşəkkür edib. Müraciətdə qeyd edilmiş məsələləri ciddi və xüsusi diqqətlə oxuduğunu, qeyd olunan məsələləri diqqətdə saxlayacağını bildirib.

O, Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda fəaliyyət göstərən nümayəndələrinin davamlı olaraq hər iki girovun saxlanma şəraiti ilə ciddi maraqlandığını, müalicə və müayinəsini xüsusi nəzarətdə saxladıqlarını məktubunda bildirib. Ayrıca hər iki şəxslə bağlı rəsmi qurumlarla danışıqlar getdiyi üçün bu danışıqların gizlilik anlaşmasına xüsusi riayət etdiklərinə görə girovların azadlığı ilə bağlı və bu məsələyə aid danışıqların tam detalları ilə bağlı açıqlama verə bilməyəcəyini təəssüflə məktubda qeyd edib.

“Mən çox əminəm ki, ciddi əməkdaşlıq və qarşılıqlı dialoq sayəsində biz hər iki şəxslə bağlı müsbət nəticələrin əldə olunmasına nail olacağıq”,-deyə məktubda Peter Maurer qeyd edib.

Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev hər iki girovumuzla bağlı 4 aprel 2017 tarixinində beynəlxalq təşkilatlara müraciət etmişdi. Müraciətdə hər iki girov haqqında heç bir beynəlxalq qurumun tanımadığı bir qondarma respublikanın məhkəmə orqanının çıxardığı qeyri-qanuni, heç bir beynəlxalq normalara uyğun gəlməyən qərarından bəhs edilib, girovlara qarşı amansız davranışın beynəlxalq humanitar hüququn normalarına zidd olduğu bildirilib, girovlarımızın azad olunması üçün beynəlxalq təşkilatdan Ermənistan hakimiyyətinə təzyiq göstərmək istənilib.

Qeyd edək ki, bir neçə gün öncə Avropa İnsan Haqları Kommissarı Nils Muiznieks də müraciətə reaksiya vermiş, məsələni şəxsi icraatına götürdüyünü bildirib. Modern.az-a

#Əsirlər #Kəlbəcərhəsrəti #Kəlbəcər #Işğal #DağlıqQarabağ

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev