Qəmbər Şəmşiroğlu: “Kəlbəcərsizlik həyatıma silinməz izlər saldı” - AD GÜNÜ


Bu gün "Aşıq Şəmşir Mədəniyyət Ocağı”nın sədri, Yazıçılar Birliyinin üzvü Qənbər Qurbanovun doğum günüdür. Qənbər Qurbanov el ağsaqqalı Dədə Şəmşirin oğlu, millət vəkili, “Azərbaycan Dəmir Yolları “QSC” nin sədri Cavid Qurbanovun atasıdər. 


Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Kəlbəcər rayonunun Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək, Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına İnstitutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib. 


1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından "Azərittifaq"da baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib. Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Modern.az-ın əməkdaşı Qənbər Qurbanovla əlaqə saxlayıb. O bildirib ki, ən böyük istəyi Kəlbəcərlə bağlıdır:


“Ali məktəb dönəmində müəyyən çətinlik çəkmişəm. Vəzifələrdə çalışmışam, hər zaman camaatın rəğbətini qazanmağa çalışmışam. 25 ildir ata-baba torpağımız olan Kəlbəcərdən uzağıq. Kəlbəcərsiz illər bizim həyatımıza silinməz iz salıb. Kəlbəcərdə, mənim doğum günümdə dost-tanışlarım toplaşardı, maraqlı söhbətlər edərdik. Orada keçirdiyimiz məclislərin əvəzi olmaz. Hayıf keçən günlərimizə ki, hamısı arxada qaldı. Ən böyük dərd Kəlbəcərsiz qalmaqdır. Gecə-gündüz hər zaman Kəlbəcəri düşünürəm, xəyalımda ora səyahət edirəm. Kəlbəcərdə işğal olunandan sonra hərə bir yana düşdü, oğul bir yanda, qız bir yanda. Kəlbəcərsizlik elə bir elə böyük dərdir ki, onu sözlə ifadə etmək olmur”. 

Qəmbər Şəmşiroğlu deyib ki, Kəlbəcər azad edilsə, gedəcəyi ilk yer illərdir ayrı qaldığı evi olacaq.


“Kəlbəcərin azad olunacağı günü səbirsizliklə gözləyirəm. Əvəzsiz dağları, füsunkar təbiəti, bulaqları, saf insanları ilə seçilirdi Kəlbəcər”.

O bildirib ki, səhər açılandan ona gələn təbriklərin ardı-arası kəsilmir. “Kəlbəcərlilər, tanınmış ziyalılar, qohumlar, dostlar zəng edib doğum günümü təbrik edirlər. Mənə dəyər verənlər çox sağ olsunlar. Arzu edirəm ki, Kəlbəcər düşmən işğalından azad olunsun, hamımız gedək doğma torpaqlarımıza, ömrümüzü yaxşı başa vuraq. Allahdan başqa istəyim yoxdu”.  

MODERN.AZ


16 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev