QƏNBƏR ŞƏMŞİROĞLU 85


Qənbər Şəmşiroğlu (Qurbanov Qənbər Şəmşir oğlu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı


Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib. 




1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib. Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 





Uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim "Şərəf Nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalı ilə təltif edilib. Azərbaycanın sosial-iqtisadi inkişafındakı əməyi müstəqil Azərbaycan dövləti tərəfindən 18 oktyabr 2011-ci ildə "Tərəqqi" medalı ilə dəyərləndirilib. 

Qənbər Şəmşiroğlunun şeirlərinin böyük bir qismi "Dünya", "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat" və başqa qəzetlərdə, "Folklor və etnoqrafiya" jurnalında dərc olunmuşdur.


Kitabları:

• Dədə Şəmşir yaddaşlarda (xatirələr). Bakı: "Gənclik", 2000, 360 səh.

• Gədəbəy xatirələri. Bakı: "Gənclik", 2001, 336 səh.

• Axtarıb Şəmşiri görmək istəsən. Bakı: "Adiloğlu", 2003.

• Oğul gərək oğul olsun (şeirlər, dastanlar, hekayələr). Bakı: "Səda", 2006, 300 səh.

• Ömrün işıqlı anları. Bakı: "Nurlan", 2008.

• Dostlar unutmaz məni. Bakı: "Təknur", 2010, 

392 səh.+24 səh.şəkil. 500 tiraj.

• Birdə görüşərik. Bakı: 2012.

• Kəlbəcər: ömrüm, həyatım. Bakı: 2012. Tale oxşarlığı. (rus dilində).

• "Hələ vurur ürəyim". Bakı: "Təknur", 2013, 296 səh. 500 tiraj.

Qənbər müəllimi kalbajar.com olaraq təbrik edir,uzun ömür can sağlığı arzulayırıq ! Kəlbəcərli günlər arzulayırıq hörmətli ziyalımıza !!!

#ƏlamətdarGünlər

22 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev