top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı keçirildi.


Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı keçirildi.


18 Noyabr 2017-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı olub. Tədbiri əməkdar elm xadimi, professor, Aşıqlar birliyinin sədri, Məhərrəm Qasımlı acaraq Qənbər Şəmşiroğlunun yaradıçılığı və kitab haqqında ətraflı məlumat verdi. Bildirdi ki, saz-söz sərrafı olan Qənbər Şəmşiroğlunun “Kəlbəcər ömürüm həyatım kitabının ikinçi hissəsində də birinçi hissədə olduğu kimi Kəlbəcərdə baş verən ictimai-siyasi hadisələr geniş əksini tapmışdır. Müəllif burda da gündəliklərdən istifadə etməklə hadisələri faktlarla göstərməyə calışmışdır. Azərbaycan Yazıcılar birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı , şair, nasir, publisist kimi geniş yaradıçılıq imkanlarına malik Qənbər Şəmşiroğlu “Kəlbəcər: ömürüm, həyatım” toplusunun ikinçi hissəsində də öz ənənəsinə sadiq qalaraq oxucusuna günümüzün aktual mövzusu olan vətənpərvərlik, yurdsevərlik hissləri aşlayır. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü Muxtar İmanov, Xalq şairi Sabir Rüstəmxanlı? Akademik Kamran Əliyev və filologiya elimləri doktoru Şirindil Alışanlı bildirdilər ki, Qənbər Şəmşiroğlu Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalımız Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Burada Qənbər müəllimin ötən əsrin 80-ci illərdən bəri başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr, hətta baməzə hadisələr öz ifadəsini tapıb. Milli Məclisin deputatları Jalə Əliyeva və Aqil Abbas çıxışlarında böyük sənətkarın ictimai fəaliyyətindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar. Bildiriblər ki, kitabda şairin doğulub boya çatdığı eldə, obada bir sıra partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərdə gördükləri xatirələr yer alıb. Qənbər Şəmşiroğlu müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışmağına baxmayaraq öz soykökünü unutmayaraq yaradıcılığa, şeirə, nasrə, publisistikaya böyük yer ayırıb. Əməkdar jurnalist, şair Adil Cəmil, professorlar Şahlar Əsgərov, Azərbaycan Yazıcılar birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, ziyalılardan Ağalar İdirisoğlu, Vəliyəddin İsmayılov, Azərbaycan Dəmir Yolları QSC-nin YAP Partiya təşkilatının sədri, Xeyurulla Hümbətov və digərləri cıxış edərək bildirdilər ki, 30 dan artıq kitab müəllifi Qənbər Şəmşiroğlunun şeirlərindəki məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açıblar. Natiqlər Qənbər Şəmşiroğlu şəxsiyyəti və yaradıcılığı haqqında maraqlı söhbət açaraq onun tapındığı od-ocağın XVI əsrin böyük dövlət xadimi, şair-övliya ulu babası Miskin Abdaldan üzü bəri onlarla saz və söz xiridarlarının, o cümlədən, babası Ağdabanlı şair Qurbanın, atası ustad sənətkar Dədə Şəmşirin ədəbiyyatımıza, mənəviyyatımıza göstərdikləri böyük xidmətlərini qeyd etdilər. Bildirilib ki, Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri - qoşma, qəzəl, gəraylılarla bu bulağın suyunu daha da gur edib. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili var. Bildirilib ki, ədibin “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Dostlar unutmaz məni”, “Tale oxşarlığı” Birdə görüşərdik, Nigəranam, Canının etirafı və s. kitablarındakı şeirlərində düşmən tapdağı altında qalmış doğma Kəlbəcər həsrəti əksini tapıb. Öz qayğıkeşliyi, insanlara və təbiətə vurğunluğu, bitib-tükənməz yaradıcılıq enerjisi ilə o, bu gün ömrünün müdrik çağlarını yaşayır. Sürətlə ömürdən ötən illər el ağsaqqalı Qənbər Şəmşiroğlu üçün həm gözəl, həm keşməkeşli, həm şirin, həm də acı və əzablı olub.





























Qeyd edilib ki, Qənbər Şəmşiroğlu bu gün öz kamillik yaşında da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur. Tədbirdə şagirdlər ədəbin şeirlərindən nümunələr səsləndiriblər. Tədbirin sonunda isə Qənbər Şəmşiroğlu dövlətimiz tərəfindən yazarlara diqqət və qayğıdan çıxış edərək onun ədəbi-bədii yaradıcılığına, şəxsiyyətinə, ona dəyər verib bu tədbirə gələn qonaqların hər birinə öz təşəkkürünü bildirdi. 


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page