Qərib quşun yuvası soyuq olar - Kəlbəcər həsrəti...



Keçmiş millət vəkili, tanınmış publisist-jurnalist Əlövsət Ağalarovun Moderator.az-a göndərdiyi yazını oxuculara təqdim edirik. Yazını müəllifin göndərdiyi şriftlə verdiyimiz üçün oxuculardan üzr istəyirik:

"1992-ci ilin bu günleri--daha deqiqi, aprel ayinin 20-de Kelbecerde briqada komandiri rehmetlik Zaur Rzayev rayon ziyalilarinin bir qrupu ile görüśürdü. Meqsed camaatin orduya kömeyinin formalarini tapmaq, esger ve zabitlerin herbi sursatla, erzaqla pal-paltarla teminatini teśkil etmek idi. Men bir gün evvel Murov yolu ile Kelbecere gelmiśdim. Hansi müsibetle geldiyimi yazmayacam, sadece, bu çetinliklere baxmayaraq, ertesi günü o görüśden derhal sonra Genceye qayidib Gence śeher Polis Idaresinin reisi eslen kelbecerli olan Eldar Hesenovdan lazim olan silah-sursatin alinib rayona aparandaki esl müsibetin ildönümünú oxucularla bólüśmeye çaliśacagam.


..Zaur Rzayevin dama-dama śagird defterinin qośa sehifesin doldurdugu siyahi elimde Ocaqqulunun "UAZ" maśini ile rehmetlik polis iśçisi Šakirle birlikde Murovdan aśib Genceye--ümid dalinca gedirdik. Ümid ise, esgerlerimize hava-su kimi lazim olan silah-sursat, bir de gece-gündüz bilmeden ordumuza, Kelbecere her cúr yardim eden Eldar Hesenov idi. Ocagin (Ocaqquluya bele müraciet edirdik) "UAZ"-i Yanśaqdan Murova diklenib sert döngeleri, sanki göylere millenen yoxuślari qirgi kimi keçir, müherrikin neriltisi arxa oturacaqda mürgú vurmaga çaliśan Šakirin yuxulamagina imkan vermirdi. Kelbecerin Çaykend kendinden olan Šakir gece növbesinden sonra evlerine dincelmeye getmeyib bizi müśaiyet edirdi. Qoçaq ve cesur oglan idi. Sonralar Yevlaxda avtoqezada helak oldu. Arada zarafatla deyirem ki, Ocaq, seni aparib Gencede bir-iki "Kalaśnikova" deyiśib rayona qayidanda deyeceyik ki, yolda ermenilere esir düśdü. Fagir-fagir qayitdi ki, Elövset müellim, sen Allah ele demeyin, heç olmasa deyin ki, yolda qarśimiza qefil çixan düśmenle qeyri-beraber döyüśde qehremanliqla śehid oldu. Gúlúśürük, amma hiss edirem ki, ürekden deyir. Yeni, bele ölüm isteyir. Murovun zirvesine çixanda maśini saxlayib düśür, hesretle iki-üç saat qabaq ayrildigimiz Kelbecere baxib yeniden sükan arxasina keçir. Axśam Gencede mehmanxanada bilecekdim ki, dogrudan da Kelbecerden yana nigaran imiś...

Ermeni tebligati öz mekrli iśini görmüśdü: saiye buraxirdilar ki, aprelin 24-de--qondarma "ermeni soyqirimi"nin ildönümünde Kelbeceri iśgal edecekler. Bizim de ele bele telesik lazim olan silahlari tapib getirmekde meqsedimiz bu mekrli plana qarśi hazirliqli olmaq idi.

Genceye axśam 11-12 radelerinde çatdiq ve birbaśa śeher Milis Idaresine getdik. Növbetçi dedi ki, reise ne deyim, deyim ki, kim gelib? Dedim deynen Kelbecerden gelmiśik. Ta ad-filan demedik. Ikinci mertebeye--reisin otagina qalxib düśmeyi bir oldu. "Reis sizi gözleyir." Otaqda bir neçe nefer de vardi. Görúśdúk, onlarla bizi taniś edib dedi ki, bilirem, bunlar silah-sursat dalinca gelibler, sabah tezden sizin hereniz bir maśin silah tapirsiniz. Zaur Rzayevin siyahisini verdim ve dedim ki, ilk nüvbede iki eded ikilüleli iriçapli Zenit qurgusu lazimdir. Çünki ermenilerin herbi helikopterleri Söyüdlü ve Dikyurd zastavalarina hücum edir. Eldarin bir baxiśiyla yanindaki adamlar siyahini elimden alib sagollaśib getdiler. Bele baśa düśdüm ki, Kelbecerdeki narahatliqdan halidir ve artiq sabah bütn silah-sursati aparmaq üçün avtomobiller de hazirdir. Ne illah etdise, eve getmekden imtina edib mehmanxanada qalacagimizi bildirdim. Bizi "Gence" mehmanxanasina apardi, otaqlarimizi alandan sonra restoranda çörek yemeye düśdúk. Onsuz da bilirdik ki, Kelbecerdeki veziyyeti, ordumuzun demek olar ki, olmayan techizatini, neye ehtiyaci oldugunu bizden yaxśi bilir. Ayrilanda dedi ki, onsuz da men de eve getmeyecem, etraf rayonlarda ve kendlerde veziyyet agirdir, postlari yoxlayacam, sabah tezden gelib sizinle seher yemeyi yeyib maśin karvanini yola salacagiq... Sübh tezden bir milis iśçisi geldi ki, reis sizi aśagida gözleyir. Ocaq gözlerini ova-ova dedi ki, ay qardaś, heç olmasa, bir az yatib dinceleydik de, xoruz banlamamiśdan bizi durguzursunuz. Dedim Ocaq, seni deyiśeceyimiz "Kalaśnikovlar" gözleye bilmir, getmeliyik. Ne ise, telem-telesik bir tike çörek yeyib Milis Idaresine gelende gördúk ki, silahla dolu 3 "Kamaz" maśin bizi gözleyir. Eldar gece sehere kimi yatmayib, bu maśinlari silahla doldurtdurub hazir veziyyetde Milis Idaresinin qabagina getizdiribmiś. Her maśinin da kabinesine iki-üç günlük azuqe: çörek, pendir, kolbasa, Gence qaymagi ve s. Sagollaśib yola düśdük. Toganadan Murova sari burulanda qeyri-iradi dönüb çayin kenarindaki "Yol evi" adlanan beś-alti barak tipli daxmaya baxdim ve zarafatla dedim, Ocaq, bunlardan birini özüne seç, deyesen bu gece burada qalacagiq. Sen deme, zarafatim ebes deyilmiś. Hemen geceni pençerelerinin śüśesi sinib tökülmüś bu baraklarda qalacagimiśiq. Ilan vuran yatdi, biz yatmadiq. Külek sanki qaraçi kamani kimi inleyir, Murovun sazagini iliklerimize iśledirdi. Seher açilar-açilmaz yola çixdiq. Minbir müsibetle Turśsuya qeder gede bildik. Yol tamam baglanmiśdi. Maśinlar amansiz Murova teslim olub fagir-fagir mürgü vururdu. Bir nefer sürúcü maśindan düśüb mene yaxinlaśdi ve dedi ki, bu minvalla gözlesek, hele bir-iki sutka buradayiq. Güzgü deyilen yerde buldozer var, gedib onu getirmek lazimdir ki, maśinlari bir-bir dartib çixarsin. Šakire dedim siz maśinlardan aralanmayin (silah-sursati yiyesiz qoymaq olmazdi) , men gedim görüm neynirem. Tek-tenha yola düśdúm. Yixila-dura birteher sonuncu döngeye çatdim ve heqiqeten de, Murov yolunu böyük fedakarliqla açan Nesreddinin buldozerini gördüm. Hal-ehval tutdum ve ehvalati ona daniśdim. And-aman eledi ki, yanacagim yoxdur, gede bilmeyecem. Dedim vedren var, dedi beli. Dedim götür dalimca gel. Yaxinliqdaki bir "Kamaz"a yaxinlaśib bir vedre yanacaq istedim. Dedi vallah, menim de maśinimin yanacagi qurtarib. Ne ise, kime yaxinlaśdimsa, heç kimde yanacaq tapilmadi. Yaziqlari qinamirdim da, anlayiśla qarśilayirdim. Iki sutka yolda qalib olan-qalan yanacagi da yandiriblar. Axir ki, qohumum Aydini gördüm ve iki vedre yanacaq alib Nesreddinin buldozerine töküb yolda qalan maśinlari bir-bir dartib Murovun baśina çixardiq. Nehayet gelib öz maśinlarimizi da buksire qośub dardan qurtardi. Sen deme, esl müsibet buradan baślayirmiś: Murovun Kelbecer üzünde bir maśin yolun içine aśib yolu tamam baglayibmiś. Hemen gece ne zúlüm, ne sintiran çekdik, bir biz bildik, bir de Allah. Tesevvür edin, Murovun düz zirvesi, qar-boran, külek de ki, külek! Külek deyirem ey, sene!.. Bir atalar meseli var: eri döymüś arvadi it de bir yandan tutdu... maśinimizin benzini qurtardi! Tentli "UAZ", Murovun aśirimi ve qar-boran! Dedim he, Ocaq, bizimki bura qedermiś. Indi seni de, meni de, Šakiri de heç bir pasli "berdankaya" da deyiśmezler. Indi kelmeyi-śehadetini yadina sal! Yarim saat keçmemiś dedi Elövset müellim, ölürem, soyuq iliyime iśleyir. Baśladim bunu yumruqlamaga, boynunu-baśini ovuśdurmaga. Arada zarafatimdan da qalmirdim. Çetin anlarda insani incenbir yumor da xilas ede biler. Deyirdim Ocaq, rehmetlik Eliqulu kiśi bilseydi ki, oglu Murovun zirvrsinde sahibsiz-yiyesiz ölecek, heç seni bu dünyaya getirmezdi. Arada ximir-ximir gülümseyib müellim, ölürem, soyuq ehedimi kesir. Bu defe ciddi terzde dedim: Ocaq, döz, qerib quśun yuvasi soyuq olur... amma ne bileydim ki, bir il keçmeyecek, hamimiz qerib quśa dönüb dogma ocaqlarimizda perik düśecek ve bir de isti yuva görmeyeceyik... Šakirin vecine deyildi: eyninde qalin kürk vardi, o dözürdü. Ocaq yaziq, ariq adam, eyni-baśi nazik... dedim maśinda yandirmaga ne ise bir śey yoxdur? Maśinin kitabini çixardi, her 20 deqiqeden bir bir vereq yandiririq, ellerimizi azaciq isidirik ve yeniden donmamaga baślayiriq. Sonuncu sehifeni yandiranda artiq hava iśiqlaśirdi... bir ag vereq saxladim ve vesiyyeteoxśar bir cümle yazib qabaq śüśeye yapiśdirdim. Soyuqdan titreyen barmaqlarin eyri-üyrü xettle yazdigi cümle beleydi: biz ölsek, bu maśinlari ilk növbede Kelbecere çatdirin! Ne ise, ölmedik. Allah saxlayanda saxlayir. Demek, külek qari sovurub maśini tamam baglayibmiś. Bizi de sag-salamat saxlayan o qar olubmuś... Aprelin 23-de artiq Kelbecerdedeydik. Ve deyim ki, hem de o silahlarin kömeyi ile düśmen bir il Kelbecere gire bilmedi. Indi oturub o dehśetli günleri minqat ürek agrisiyla xatirlayiram: özümúzú bir kitabi yandirmaqla qoruduq, amma Veteni qoruya bilmedik... Moderator.az


149 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev