QABAQCIL MÜƏLLİM, SEVİMLİ DOST



Cəfər Əhmədovu Zəylik kəndində işləyən qabaqcıl bir müəllim kimi tanımışdım. Onun zəhmətsevərliyi, şagirdləri tərəfindən sevilməyi, kənd içində xüsusi hörmət qazanması Kəlbəcər rayon rəhbərliyinin də diqqətini cəlb etmişdi. Adının dillərə düşməsi onun rayon rəhbərliyi tərəfinfən Kəlbəcər şəhər orta məktəbinə dəvət olunmasına səbəb oldu. Gənc dil-ədəbiyyat müəllimi olan Cəfər müəllim əslən qonşu Laçın rayonundan idi. Atası Sovet hakimiyyətinin repressiya qurbanlarından biri kimi Kəlbəcərin Zəylik kəndinə sürgün edilmişdi. Gənc Cəfər də ailəsi ilə birlikdə Zəylikdə yaşamalı olmuşdu. Onların ailəsi tezliklə kənd əhalisinin sevdiyi insanlara çevrimişdilər və Cəfər müəllim kənd qızlarından biri ilə ailə qurmuşdu.

Rayon rəhbərliyi Cəfər müəllimi Kəlbəcər şəhər orta məktəbində müəllim kimi işləməyə dəvət etmişdilər. Rayon Maarif Şöbəsi məktəbin binasında onların ailəsinin məskunlaşması üçün yer ayırmışdı. Az bir müddət ərzində Cəfər müəllim şəhər məktəbində də qabaqcıl müəllim kimi tanındı. O vaxtlar mən də bu məktəbin gənc coğrafiya müəllimi idim. Biz Cəfər müəllimlə həmkar kimi daima ünsiyyətdə olurduq. O olduqca təşkilatı bacarığa malik idi. İstənilən fənn müəllimi ilə ünsiyyət qurmağı bacarırdı. Bir müəllim kimi təhsil alanlara qarşı çox tələbkarlığı ilə seçilirdi və valideynlərin hörmət etdiyi müəllimlərdən idi. Gözəl və savadlı natiqlik qabiliyyəti vardı. Tezliklə əməkdar müəllim adını aldı. Onun təşkilatçılıq qabiliyyətini nəzərə alıb şəhər orta məktəbinə direktor təyin etdilər. Əbülfəz müəllim (fizika müəllimi idi) isə tədris hissə müdiri təyin edildi. Hər iki həmkar əl-ələ verib məktəbi əsil təhsil meydanına çevirə bildilər. Bir-birindən rəngarəng tədbirlər həyata keçirməklə şagirdləri və valideynləri məktəbə cəlb etməyi bacardılar. Onların gəlişi ilə məktəbin həyatında yüksəliş illəri başlandı. Tədris yarış meydanına çevrildi.

Cəfər müəllim dilli-dilavər bir şəxs idi. Danışığı olduqca savadlı və elmli idi. Həyatı bacarıqları çox güclü olmaqla yaradıcı fəaliyyətini təmin edirdi. O yalnız öz fənnini gözəl tədris etməyi ilə kifayətlənmirdi, eyni zamanda məktəbin həyatını, tədrisi bütüövlükdə yarış meydanına çevirməklə, məktəblilərin savadlanmasına gözəl situmul vermiş oldu. Məktəbdə keçirilən bütün tədbirlər o qədər rəngarəng olurdu ki, valideynlər dəvətsiz gəlib qonaq kimi iştirak edirdilər. Rayon rəhbərlili, Rayonun Maarif Şövəsinin əməkdaşları daima məktəbin fəxri qonaqları sırasında olardılar.

Təxminən 1977-ci illər idi. Bakıdan Kəlbəcərə çoxlu sayda şairlər, yazıçılar və Təhsil Nazirliyinin əməkdaşları gəlmişdilər. Rayon sevimli Cəfər müəlliminin yubileyini keçirməyə hazırlaşırdı. Kəlbəcərdə may ayı idi və dağlar gül-çiçəyə bürünmüşdü. Mən 1-ci sinifdə oxuyan oğlum Qisməti və 3-cü sinifdə oxuyan qızım Mirvarini də götürüb Cəfər müəllimin yubileyinə apardım. Yolda bir daşın üstündə oturub Cəfər müəllimə ünvanlanmış bir təbrik şeiri də yazdım. Oğlumla qızımın qucağında dağ güllərindən çiçək dəstələri vardı. İki qardaş-bacı arasında mübahisə düşdü:-yazdığım şeirin səhnədə kimin oxuyacağı və güllərin kim tərəfindən Cəfər müəllimə təqdim ediləcəyi uşaqların arasında müzakirə mövzusuna çevrilmişdi... Nəhayət uşaqların mübahisəsinə mən ədalətlə son qoymalı oldum:

-Cəfər müəllimin yubileyinə yazılmış bu 3 bənd şeiri kim kuluba gedənə qədər yaxşı əzbərləsə və çaşmadan söyləsə, o çıxış edəcək və çiçək dəstələrini də Cəfər müəllimə şeiri söyləyən təqdim edəcək!

Uşaqlar mənim bu şərtimlə razılaşdılar. Biz kuluba çatanda, mən şeiri onlardan bir-bir soruşdum. Mirvari kuluba gələn çoxlu sayda insanları görəndə həyəcanlandı və şeiri söyləyəndə səsi titrədi, şeiri düzgün intonasiya ilə söyləyə bilmədi. Qismət isə 1-ci sinif şagirdi olmasına baxmayaraq şeiri olduqca gözəl ifa etdi və beləliklə, onun çıxış edəcəyinə qərar verdik.

Biz zalda öz yerimizi tutduq, tədbir başlandı. Səhnədə rayonun I Katibi Əhəd İbrahimov, Maarif Şöbəsinin müdiri, Maarif Nazirliyinin əməkdaşları, şairlər, yazıçılar və bəzi qabaqcıl müəllimlər əyləşmişdi. Məni də səhnəyə dəvət etdilər. Mən Qismətlə bacısını zalda qoyub səhnədə göstərilən yerdə əyləşdim. Bərk həyəcan keçirirdim. Çıxış edənlər bir-birinin ardınca Cəfər müəllimi yubileyi münasibəti ilə təbrik etdilər, haqqında ona layiq olan gözəl fikirlər söylədilər. Mən Azərbaycanın görkəmli yazıçısı Süleyman Rəhimovun yanında əyləşmişdim. Hörmətli yazıçımız kiçik qız nəvəsi ilə gəlmişdi və yanaşı əyləşmişdilər. Nəhayət, sözü mənə verdilər. Mən tribunaya qalxdım və gözlərimlə zalda əyləşən Qismətə işarə etdim. O ayağa qalxdı və cəld addımlarla səhnəyə qalxdı, gəlib mənim yanımda dayandı. Bütün zaldakı tamaşaçılar və səhnədə əyləşənlər qucağında gül dəstəsi tutmuş bu balaca uşağa olduqca maraqla baxırdılar. Mən Cəfər müəllim haqqında ürək sözlərimi deyib, onu yubileyi münasibəti ilə təbrik edib susdum. Bu zaman Qismət uca səslə yolda yazdığım şeiri olduqca gözəl intonasiya ilə söylədi və sonda:

...Arzumdu bir dəstə çiçək gətirim,

Bənövşə bitəndə, gül açılanda.

Yenə bu səhnədən bir şeir deyim,

Babamın yüz yaşı tamam olanda!... -dedi və iti addımlarla Cəfər müəllimə yaxınlaşdı, əlindəki çiçək dəstəsini hörmətlə ona təqdim etdi. Cəfər müəllim onu qucağına alıb üzündən öpdü və dizinin üstündə otuzdurdu. Zalı alqış sədaları bürüdü. Mənim fərəhimdən ürəyim çırpınırdı. Keçib səhnədəki yerimdə əyləşdim. Bu mənim oğlumun qazandığı ilk uğuru idi...Tədbirdən sonra kollektiv şəkil çəkdirdik. Səhnədə əyləşənlər bir-bir Qisməti qucaqlayıb öpdülər...

İllər ötdü...Cəfər müəllimin ağır zəhmət tələb edən müəllim əməyini dövlət olduqca yüksək qiymətləndirdi. O keçmiş Sovet İttifaqında ən yüksək fəxri ad hesab edilən Lenin adına ordenlə təltif edildi. Onun bu mükafatını bütün rayon əhalisi olduqca sevinclə qarşıladılar.

Cəfər müəllim bacarıqlı məktəb direktoru, qabaqcıl fənn müəllimi kimi tanınmağı ilə yanaşı, həm də gözəl bir insan kimi ad qazanmışdı. O çox qonaqpərvər və zəhmətkeş, xalqının milli-mənəvi dəyərlərinə bağlı bir şəxsiyyət idi. Hər dəfə Qurban bayramı günlərində şəxsi hesabına bir cöngə alardı. Kəsdirib ailə üzvlərinin sayını nəzərə almaqla kasıblara qurban payı göndərərdi...O qabaqcıl müəllimləri yüksək qimətləndirərdi. Gənc müəllimlərə xüsusi qayğı ilə yanaşardı və onların uğur qazanmalarına şərait yaradardı...

Bu gün Cəfər müəllim həyatda olmasa da, onun yetirmələri, təhsil-tərbiyə verdiyi şagirdləri cəmiyyətdə şərəfli yer tutmaları, xalqına layiq olmaları ilə Cəfər müəllimin əməllərini öz iş fəaliyyətlərində yaşadırlar...Allah sənə rəhmət etsin əziz dost, əvəzolunmaz müəllim! Idris VERDİYEV (Allah İdris müəllimə rəhmət etsin,şairlərimiz haqqında bura bax) Məqaləni göndərdi Mirvari VERDİYEVA


9 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev