''Qanlı kaha'' kitabının imza mərasimi keçirilib - FOTOLAR


Qarabağ müharibəsi zamanı elə hadisələr baş verib ki, nəinki ölkə ictimaiyyəti, hətta həmin bölgədə yaşayanlar da xəbərsiz olub. Belə hadisələrdən biri 1993-cü ildə Kəlbəcərin işğalı zamanı yaşanıb. Həmin vaxt rayonun ən böyük və ən ucqar kəndi olan Başlıbeldə sakinlərin bir hissəsi ermənilərin ətraf kəndləri mühasirəyə almasından gec xəbər tutublar. Kəndlə rayon mərkəzini birləşdirən tuneldən keçən yol kəsilib, mühasirədən xilas olmağa isə başqa yol qalmayıb...


Elxan Salahovun “Qanlı kaha” kitabı həmin hadisə zamanı dağlara çəkilərək kahalara sığınan və tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan dinc sakinlərin ağır və dözülməz mühasirə günləri, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar, vandalizm hərəkətləri, həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri əsasında qələmə alınıb. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə dolu həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir.



Muzey Mərkəzində kitabın imza günü ilə əlaqədar keçirilən tədbirdə bu barədə danışılıb.

Tədbirdə çıxış edən Başlıbel kəndinin ziyalıları Osman Mirzəyev, Fazil Əzizov, ehtiyatda olan polkovnik Balay Nəsibov, mühasirə həyatının iştirakçısı Səlim Mehdiyev 1993-cü ildə baş verən bu hadisəni Qarabağ müharibəsinin ən az işıqlandırılan faciəli hadisələrindən biri olduğunu söyləyiblər. 


“Ulduz” jurnalının baş redaktor müavini Təranə Vahid, tanınmış jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Qurban Yaquboğlu, Qurban Təbiətoğlu və başqaları kitabda müəllifin həmin hadisələri canlı və gerçək bir şəkildə təsvir etdiyini bildiriblər.

Oxucular müəllifin avtoqrafı ilə “Qanlı kaha” kitabını əldə ediblər.


Moderator.az

20 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev