top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

“Qanlı kaha” Laçın obalarında – FOTO


Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun yenicə çapdan çıxmış “Qanlı kaha” kitabının təqdimat mərasimi keçirilib. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Taxta körpü qəsəbəsindəki Laçın obalarında məskunlaşmış laçınlı məcburi köçkünlər, rayon ziyalıları, ictimaiyyət nümayəndələri və müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Kalbajar.com Hafta.az-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cabir Əvəzzadə açıb. O, 1992-ci ilin yay-payız mövsümündə işğaldan edilən Laçının bir çox kəndləri 1993-cü Kəlbəcərin işğalı zamanı yenidən düşmənin nəzarətinə keçdiyini xatırladıb: “Kəlbəcərin işğalı zamanı Laçında düşmən ordunun mühasirəsində düşən hərbçilər və mülki şəxslərin bir qismi Kəlbəcər istiqamətində döyüş zonasını tərk etməyə çalışsa da, buna nail ola bilməyiblər. Həmin şəxslərdən 9-u əsgər, 4-ü mülki sakin olmaqla 13 nəfər Kəlbəcər rayonunun Başlıbel kəndinə gələrək burada yerli sakinlərləbirlikdə 113 gün kahalara sığınaraq orada yaşayıblar. “Qanlı kaha” kitabı məhz bu hadisələrdən bəhs edir”.

Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin müəllimi Tale Şahməmmədov isə çıxışında deyib ki, “Qanlı kaha” kitabında haqqında danışılan hadislər ilk dəfə tam və dolğun şəkildə geniş ictimaiyyətə təqdim olunur. Onun sözlərinə görə, sənədli-publisistik povestdə Kəlbəcərin işğalı Başlıbel kəndində kahalara sığınan dinc sakinlərin məşəqqətli mühasirə həyatı, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar şahidlərin xatirələri əsasında qələmə alınıb.

Tale Şahməmmədov tədbirdə iştirak edən məktəblilərə çağırış edərək deyib: “Dörd ay ərzində Başlıbel kəndində kahalara sığınmış 76 dinc sakinin mühasirə həyatı hər bir laçınlı, kəlbəcərli, qarabağlı üçün bir örnəkdir. “Qanlı kaha” kahada toplanmış materiallar gənclərin vətənpərvər ruhda tərbiyə olunması işində əvəzolunmaz mənbədir və bu nəşr hər birimizin stolüstü kitabı olmalıdır. Müəllif bu kitabda torpaqlarımızın işğalı zamanı laçınlıların, kəlbəcərlilərin başına gətirilən müsibətləri dolğun və əhatəli şəkildə oxucuların diqqətinə çatdırır. Biz məcburi köçkünlər el-obamızın başına gətirilən hadisələri tarixə çevirmək, gələcək nəsillərə çatdırmaq üçün səfərbər olmalıyıq. Çünki torpaqlarımızın işğaldan azad olunması bizim birliyimizdən, keçmişdə baş verənləri öyrənməyimizdən, bu hadisələri kitab və filmlər şəklində arxivləşdirməyimizdən, gələcək nəsillərə çatdırmağımızdan çox asılıdır. Bu baxımdan “Qanlı kaha” kitabı ən tutarlı mənbədir”.

Daha sonra söz keçmiş döyüşçü, Laçın rayon Ərdəşəvi kənd sakini Səlim Mehtiyevə verilib. O, Kəlbəcərin işğalı zamanı Azərbaycan ordusunun Laçında istiqamətində ciddi müqavimətlə üzləşməsindən, mühasirədə qalan hərbçilərin Başlıbelə necə gəlib çıxmasından danışıb: “Biz aprelin 1-də ermənilərin mühasirəsinə düşəndə 13 nəfər idik – Laçın batalyonunun 9 əsgəri və Dambulaq kəndindən olan 4 nəfərdən ibarət Əsgərovlar ailəsi. Ermənilər Kəlbəcərə hücum edəndə biz Laçın rayonunun Təzəkənd sovetliyində – Ərdəşəvi və Təzəkənd yaxınlığındakı döyüş mövqelərində idik. Martın 26-da bizi Kəlbəcərdə döyüşən əsgərlərə köməyə göndərdilər. Tapşırıq Laçın rayonunun Böyük Piçənis kəndi istiqamətində hərəkət etməkdən ibarət idi. Yolda ermənilərin pusqusuna düşdük, düşmən bizi hər tərəfdən mühasirəyə almışdı, ona görə dayanmaq olmazdı, düşmənin nəzarətindən yayınıb xilas olmalı idik. Bir qədər yuxarıdan keçib çayı o taya adladıq. Daşlı kəndindən Dambulaq istiqamətində yolumuza davam etdik. Dambulaq kəndindən olan Əhliman Əsgərov, qızları Laləzar və Həcər,oğlu Vəkillə qarşılaşana qədər hara gedəcəyimizi bilmirdik. Çünki yolu tanımırdıq, düşmən hər tərəfdən başımızın üzərindən güllə yağdırırdı. Sanki Əhliman dayı gili Allah bizə xilaskar kimi göndərmişdi.Əhliman dayı dedi ki, Dəlidağın ətəyində bir seyid kəndi var – Başlıbel. Ora böyük kənddi, biz oraya gedib çata bilsək, gizli yollarla Murovdağı Daşkəsənə tərəf keçmək şansımız olacaq. Əhliman kişinin bələdçiliyi ilə aprelin 2-dən 3-ə keçən gecə gəlib Başlıbelə çatdıq. Bu kənddə çoxlu adamlar vardı, onlar da mühasirədən çıxa bilməmişdilər. Biz də Başlıbel kəndinin sakinlərinə qoşulub onlarla birlikdə 4 ay kahalarda yaşadıq...”

Keçmiş döyüşçü Mehti Məmmədov da çıxışında Kəlbəcərin işğalının ağır nəticələrindən, düşmən ordusunun mühasirəsinə düşmüş hərbi və mülki şəxslərin ağır məhrumiyyətlərə düçar olmasından danışıb. O, qeyd edib ki, həmin hadisələr zamanı Laçın istiqamətində döyüşən hərbi bölmələrimizin düşmənin mühasirəsində qalması Azərbaycan ordusunun daha ağır itkilər verməsinə səbəb olub.

1993-cü il aprelin 18-də Başlıbel kəndində şəhid olmuş Əhliman Əsgərovun yaxın qohumu İsmayıl Abbasov isə “Qanlı kaha” kitabında toplanmış məlumatları nəinki Kəlbəcərin, bütövlükdə Qarabağ müharibəsi dövrünün nadir faktları kimi xarakterizə edib. O, indiyədək Azərbaycan ictimaiyyətinin xəbərsiz olduğu bu faktları sənədləşdirərək kitab halında nəşr etdirdiyinə görə müəllifə təşəkkür edib.



Tədbirin sonunda söz kitabın müəllifi Elxan Salahova verilib. O, qeyd edib ki, “Qanlı kaha” müasir tariximizin təkcə faciə səhifələrindən deyil, həm də qəhrəmanlıq səhifəsidir. Məcburi köçkün oxucularla belə bir görüşü təşkil etdiyinə görə Laçın Rayon İcra Hakimiyyətininin rəhbərliyinə təşəkkür edən müəllif rayon ziyalılarını, xüsusilə təhsil işçilərini gəncləri vətənpərvər ruhda tərbiyə olunması istiqamatətində səyləri artırmağa çağırıb.

Xatırladaq ki, “Qanlı kaha”da 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər, məşhur “Murovdağ əməliyyatı” və onun nəticələri barədə də geniş məlumat verilir

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page