top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Qarabağ qazisi: "Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər"



Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun.


Kalbajar.com Trend-ə istinadən bildirir ki, bunu fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı Qarabağ qazisi, baş leytenant Kamil Musavi deyib.

K.Musavi bildirib ki, Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir: "Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır, Vətənini sevməlidir. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib hərbçi olmaq deyil. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil".


O qeyd edib ki, hər bir insanın vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir:


"Mən bu gün burada həm Azərbaycan Ordusunu, həm Qarabağ qazilərini təmsil edirəm. Bildirmək istəyirəm ki, biz hər zaman döyüş əhval-ruhiyyəsi ilə yaşayırıq. Biz hər zaman öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək arzusundayıq.


Cənab Baş Komandan, bir zamanlar hücum əmri sanki yaddaşımızdan silinmişdi. Amma Aprel döyüşlərində gözlənilməyən anda Sizin "İrəli" əmri verməyiniz cəsarətli qərarlarınızdan oldu. Siz çıxışlarınızın birində belə bir fikir söyləmişdiniz: "Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq". Bu fikirlərinizi dünyaya sübut etmək və öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Azərbaycanın qeyrətli oğulları Sizin "İrəli" əmrinizə hazırdır.


Möhtərəm cənab Prezident, "İrəli" əmri verdiyiniz zaman biz qazilər də bu əmrdən kənarda qalmayacağıq. Düzdür, kimlərsə düşünər ki, bədənin hər hansısa bir üzvünü itirmiş insanlar necə döyüşə bilər? Amma ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər. Yetər ki, xalqımız yaşasın, yetər ki, müstəqil Azərbaycanımız var olsun".

Açar sözlər : #Qarabağ #Azərbaycan #Şəhidlər #Qazilər #Prezident #Tədbir

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page