QİSMƏTİN ŞƏHİDLİK PAYI



-Kimdi o qisməti şəhidlik payı olan?!

-Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədət oğlu Səfərov!

-Hə, tanıdım, atası Mədət əmi də 1941-45-ci illər müharibəsində ağır döyüşlərdən çıxıb evə salamat qayıtmışdı, sover hökuməti də sinəsini doldurmuşdu orden-medallarla...

Bu sətirlər 1991-ci ilin oktyabr ayında Kəlbəcər dərd dəryasında boğulanda yazılıb. Guya, şəhid bacılarına bir təsəlli vermək istəyirmişəm. Amma hardaydı o təsəlli. Sərdar kimi qardaş itirən bacılar təsəlli taparlar ki?...

Əvvəllər tez-tez “dörd ilin” yaxasından tutub nifimizi tökərdik üstünə. Guya ki, ermənilər dörd ildir başımıza oyun açırlar. İllərin nə günahı? Axı, qara libaslı bu ulləri qaraya bükənlər var. Bu bəlaya düçar olan təkcə bugünkü nəsil deyil, nəsillərimizdir...

Bu qara xəbəri Kəlbəcərə əsən yellərmi, bu yerlərdən düşmən güləsinin vəhşi səslərindən perik düşmüş quşlarmı yetirdi – dilləri-ağızları qurusun. Axı, Sərdardan belə ağır xəbər gözləmirdik. Gəlmişdi ki, sərhədlərimizdə erməni quldurlarının payını versin, torpağımızı qorusun...

Uzun illərin ayrılığına dözməyən beş bacının göz yaşlarını silməyə bir qardaşı intizardan xilas eləməyə gələrkən onlara dərdmi gətirirdi? Qardaşsızlıq dərdinə dözməyən Məhəmmədi, Pərini, Həqiqəti, Gülnazı, Səadəti, Arzunu qardaşsız qoymağamı tələsirdin, Sərdar?! Yoxsa Vətən uğrunda şəhidlik payın səni tələsdirdi dağlara?! Sentyabrın 25-də (1991-ci il) radio ilə verilən bu ağır xəbəri eşidən bacılar, inandınızmı?!

...Sərdarın ata evi. Çoxdandır ki, bu həyətdə Sərdarın səsi, nəfəsi yoxdur. Çoxdandır ki, bu həyət Sərdarın ayaq izlərinə həsrətdir. Amma daş-divar onun səsini saxlayıb. Meyvəsi üstündə saralan ağacların budaqları, yarpaqları onun əl izlərini özündən xəbərsiz “gizləyib”. Saxlana bilməyən Sərdarın danışığı, yeriçi, duruşudu. Ona görə bu həyət-baca qan ağlayır, səsini, nəfəsini istəyir Sərdarın.

“Mübariz keşikdə” qəzetinin 29 oktyabr 1992-ci il tarixli ayında Sərdarın Milli Qəhrəman adına layiq görülməsi barədə Azərbaycan Prezidentinin Fərmanı var. Orada deyilir: “Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Daxili İşlər orqanlarının aşağıdakı əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)

  1. Səfərov Sərdar Mədət oğlu...”

Qəzetin 2-ci səhifəsində Sərdar Mədət oğlu Səfərovun şəkli və olduğca xırda (kiçik) bir yazı da var. Nə olasıydı ki? Nə yaşadı, nə uzun ömrü oldu ki, ətraflı da yazısı olsun...

Əziz xatirəsindən, bir də özündən sonra dünyaya göz açan körpəsi – Sərdaradan başqa bir yadigarı qaldısa, o da qəhrəmanlığı oldu.

Tərcümeyihalından oxuyuruq ki, polis leytenantı Sərdar Mədət oğlu Səfərov 1960-cı ildə Kəlbəcər şəhərində anadan olub. 1977-ci ildə şəhər orta məktəbini bitirib. Sonra kolxozda işləyib (o zamanlar alo məktəblərə qəbul olmaq üçün hökməm təsərrüftda işləməli və iş stajı ilə sənəd verməliydin). 1979-cu ildən 1981-ci ilədək əsgəri xidmətdə olub Qayıtdıqdan sonra da Bakı Avtomobillər Zavodunda işə girib.

Arzusu milis işçisi olmaq idi. Bu arzunun qanadlarında da üz tutdu Rusiyaya. İlk dəfə Tula vilayətinin Zaoksk şəhəri DİŞ-də milis nəfəri kimi fəaliyyətə başladı Təhsilini davam etdirmək üçün Kaunas Xüsusi Orta Milis Məktəbinə göndərildi. 1987-ci ildə həmin məktəbi bitirib köhnə iş yerinə qayıtdı və orada milis sahə müvəkkili işlədi. 1991-ci ildə doğma Vətəni Azərbaycana qayıdan Sərdar Qusar rayon DİŞ-nə sərəncam aldı. Orada da sahə müvəkkili kimi fəaliyyətini davam etdirdi.

Bundan sonra Sərdar haqqında rəsmi dildə danışmaq günahdı. Gərək sinəsi qardaş dağı ilə dağlanan Gülnazı danışdıraydım ki, Sərdarın yazısını yaza biləydim. Erkən itirdiyi anasına əlim çatmadı, amma gərək Pəri bacısını tapıb sizinlə dərdləşdirəydim. Onda görərdiniz ki, qardaş dağı nədi.

1991-ci ilin sentyabr ayının 25-də Əsgəran rayonunun ərazisində erməni terrorçuları “QAZ-53” markalı sərnişin avtobusuna hücum etmişdilər. Hadisə yerinə gələn istintaq-əməliyyat qrupunun tərkibində Qarabağa könüllü ezam olunmuş Sərdar da vardı. Hadisə yerindən qayıdarkən Xankəndi şəhəi yaxınlığında həmin qrupun getdiyi “UAZ” markalı avtomobil erməni silahlı quldur dəstəsi tərəfindən təcavüzə məruz qaldı. Qəhrəmanlıqla müqavimət göstərən Sərdar da yeddi yerindən güllə yarası aldı. Dözümlü olsa da, son nəfəsi doğmalarına çatmadı.

Sərdar torpaq, qeyrət uğrunda şəhid getdi qismətinə yazılan payı aldı. Qardaşa, bacıya acı olan bu pay Sərdara şirin gəlirdi. Özü getdi ki, şirin xatirələri və bir də şərəfli şəhid adı yaşasın! Məhəmməd Nərimanoğlu (Daların sinə dağı kitabı)


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev