top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Qlobal Bakı Forumu: Sülhə, təhlükəsizliyə əsaslanan vacib məkan


Artıq Bakı bir sıra regional və qlobal proseslər üçün vacib məsələlərin müzakirə edildiyi məkana çevrilir. Azərbaycanın regionda formalaşdırmış olduğu təhlükəsizlik adası məhz bu reallığı təmin edib. Çünki Azərbaycanın ortaya qoymuş olduğu realıq regional və qlobal miqyasda sülhü, əməkdaşlığı təşviq edir. Bu mənada “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu qlobal miqyasda baş verən dəyişikliklərlə bağlı vacib müzakirələrin aparıldığı paltformaya çevrildi.


Kalbajar.com xəbər verir ki, bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun fikrincə, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin Bakıda keçirilməsi xüsusi olaraq diqqəti cəlb edir: “Azərbaycanın artıq beynəlxalq təşkilatların vacib tədbirlərinin təşəbbüskarı və ev sahibi kimi yüksək təşkilatçılıq təcrübəsi də burada başlıca amil kimi önə çıxır. Bütün bunların fonunda ölkəmiz bu gün regional və qlobal miqyasda açıq dialoq mühitinə başlıca töhfə verən dövlət kimi qəbul edilir. Dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər və Prezident İlham Əliyevin qəbul olunan yüksək beynəlxalq nüfuzu Azərbaycanı bütövlükdə dünya siyasətinin reallaşmasında vacib, mühüm iştirakçıya çevrilməsini təmin edib. Məhz bu reallığın nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə beynəlxalq tədbirə ev sahibliyi edir. Bu mənada Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu qlobal dünyanı narahat edən və üzləşdiyi problemlərin müzakirəsi baxımından çox ciddi və nüfuzlu bir beynəlxalq platforma hesab olunur”.

Deputat deyib ki, Prezident İlham Əliyev X Qlobal Bakı Forumunda çıxışında bu mühüm tədbirin təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğulayıb: “60 ölkədən 350 nəfər iştirakçının olması, habelə onlardan 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident, baş nazir statusunda təmsilçiliyi yüksək göstərici hesab edilir. Müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdəndir. Prezident İlham Əliyev Forumda çıxışında qarşıda dayanan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirləri olduqca önəmlidir. Ölkəmizin başçısı vurğulayıb ki, artıq Cənubi Qafqaz regionu üçün sülh imkanları yaranıb”.

Aqil Məmmədova vurğulayıb ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bundan əvvəl reallaşan forumundan ötən müddətdə bir sıra önəmli iqtisadi hadisələrin baş verdiyini diqqətə çatdırıb: “Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalandığı, bu tarixi əhəmiyyətli sənədin hazırda uğurla icra olunduğu bildirilib. Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandumun imzalanması da bu mənada xüsusi ilə qeyd edilməlidir. Həmin memorandumda Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin 2027-ci ildə 20 milyard kubmetrə çatdıracağı nəzərdə tutulub. Bununla yanaşı Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair imzalanan sazişin də əhəmiyəti olduqca yükəsk dəyərləndirilib. Bütün bunların fonunda onu deməyə əsas yaranır ki, martın 11-də başa çatan X Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsi və sülhün təmin olunması üçün perspektivlər geniş müzakirə edilib”.


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page