Rövşən Rzayevdən Ağdama köçmək istəyən köçkünlərə MÜRACİƏT


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü olaraq Ağdam rayonuna köçmək istəyən məcburi köçkünlərə müraciət edib.

Kalbajar.com xəbər verir ki, komitə sədri "Report"a açıqlamasında könüllü olaraq Ağdama köçmək istəyən məcburi köçkünlərin həmin rayonda dövlət tərəfindən tikiləcək mənzillərdə yerləşdiriləcəyini deyib.

R.Rzayevin bu təklifinə Bakının Nərimanov rayonundakı yataqxanadaməskunlaşan Ağdamdan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Ağamirzəyev Kəmaləddin Əbdülhüseyn oğlu yerindəcə münasibət bildirib və təklifi qəbul etdiyini söyləyib.

Komitə sədri həmin məcburi köçkünün ad-soyadını və əlaqə telefonunu qeyd edərək tezliklə onunla əlaqə saxlayacağını və onun Ağdam rayonunun işğal olunmamış ərazilərindən birində müasir standartlara uyğun şəkildə inşa olunacaq evlə təmin ediləcəyini bildirib.


Report.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev