Rəşad Sadıqov: “Dərhal təxribatçı erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım, amma...” - VİDEO



Avropa Liqasının “Arsenal” – “Qarabağ” matçının sonlarında meydana əlində Dağlıq Qarabağdakı separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni ilə bağlı bəzi məlumatlar yayılıb.

Kalbajar.com saytı Qol.az-a istinadən xəbər verir ki, həmin dığanın Şuşa ermənisi olduğu bildirilir.

Hadisə zamanı erməni dığasının əynindəki geyimin üzərində Qarabağda məhv edilmiş terrorçusu Monte Melkomyanın şəkli olub. Britaniyanın “Mirror” nəşri onun niyyətinin həm də “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryana tərəf qaçmaq olduğunu yazıb.

Erməni gəncin bu təxribatına “Qarabağ”ın futbolçuları dərhal sərt reaksiya veriblər. Bu zaman Ağdam klubunun kapitanı Rəşad Sadıqov və yarımmüdafiəçisi Qara Qarayev fəallıq göstəriblər. Daha sonra stüardlar ermənini meydandan kənarlaşdıra biliblər.

Bu zaman tribunalara toplaşan “Qarabağ” azarkeşləri “Azərbaycan, Azərbaycan!” şüarı səsləndiriblər.

"Bu təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik" – deyə Rəşad Sadıqov hadisə ilə bağlı bildirib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə klubun saytı vasitəsi ilə insidentə münasibətini açıqlayarkən bunları deyib: "Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".

Şotlandiya parlamentinin əməkdaşı, matçın azərbaycanllı diktoru Fuad Ələkbərov hadisə ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində yazıb: “London polisinin zabiti mənə dedi ki, günahkar stadiona buraxılmaqdan ömürlük məhrum olunacaq. Bundan başqa, milli zəmində nifrət yaratmağa cəhdə görə ona qarşı cinayət işi açıla bilər”.

Qeyd edək ki, bu təxribata cəhdin Avropadakı erməni diasporunun dəstəyi ilə təşkil olunduğu istisna edilmir.



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev