Səfər Verdiyev- Unudulmayan yaxşılıq, yaddan çıxmayan xeyirxahlıq ünvanı


Kəlbəcər təkcə, şeiriyyəti, təkrarsız poeziyası ilə deyil, xeyirxah insanları, ədalətli rəhbərləri ilə də tanınır.

Təqdim edəcəyimiz videoya dəyərli ziyalımız, professor Şahlar Əsgərovun səhifəsində rast gəldik. Haqqında bəhs etdiyimiz Səfər Verdiyev Kəlbəcərdə və digər rayonlarımızda məsul vəzifələrdə çalışıb. Kəlbəcər və Yardımlı rayonlarının Partiya Komitəsinin birinci katibi olub. Unudulmaz şair Səməd Vurğunun Kəlbəcərə səfəri, özü də incə ruhlu şeirlər yazan mərhum Səfər Verdiyevin rayonda raykom katibi işləyən vaxta təsadüf edib. O, şairi isti qonaqpərvərliklə qarşılayaraq, onu rayonun görməli yerləri və tanınmış saz-söz adamları ilə yaxından tanış edib. Səfər Verdiyev Kəlbəcərin cənnətmisal bir parçası olan Boyaqlı Turşsuyu adlanan ərazisində Səməd Vurğunun Aşıq Şəmşirlə görüşünü də təşkil edib. O görüş ki, üstündən onilliklər ötməsinə baxmayaraq hələ də dillərdə dastandır. S. Verdiyev yaddaşlarda xeyirxah, vətənpərvər, el-obasına canı yanan bir rəhbər kimi qalıb. Deməli, yaxşılıq heç vaxt unudulmur, yaddan çıxmır.


#ziyalılar

Dalidag.az

137 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev