top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsi- Məşhur şeir belə yarandı


1955-ci ildə Kəlbəcərdə xalq şairi Səməd Vurğunla böyük el sənətkarı Aşıq Şəmşir görüşür.


Görüş sonradan əsl əfsanəyə çevrilir. Səməd Vurğunla Aşıq Şəmşir hətta o görüşdə deyişirlər də… Səməd Vurğunun sonradan “Unutmaz bu oba, bu mahal məni” misrası ilə başlayan qoşması da həmin deyişmənin tərkib hissəsidir. 1955-ci ildə Səməd Vurğun xəstə idi və ürəyinə nəsə dammışdı. Odur ki, fürsətdən istifadə edib Aşıq Şəmşirə bu vəsiyyətini bir bəndlə deyir və o bənd sonradan dilər əzbəri olur: Aşıq Şəmşir, Dəli dağdan keçəndə Kəklikli daşlardan xəbər al məni. Ceyran bulağından qızlar içəndə, Saz tutub, söz qoşub yada sal məni. 


Moderator.az iki el sənətkarının deyişməsini də təqdim edir: Səməd Vurğun Aşıq Şəmşir, Dəlidağdan keçəndə Kəklikli daşlardan xəbər al məni. Ceyran bulağından qızlar içəndə Saz tutub, söz qoşub, yada sal məni. Aşıq Şəmşir Qoşqarla yanaşı duran başın var, Bizim el tanıyır uca dağ səni. Yanır yolumuzda sənət çırağın, Bilirik şeirdə bir mayak səni. Səməd Vurğun Hay vurub, qıy vurub, səs sal dağlara, Gözəllər oylağı göy yaylaqlara. Mənim bu dərdimi de oylaqlara, Sinəmdən oxladı bir maral məni. Aşıq Şəmşir Əzəldən başında cəm olub kamal, Səni oğul kimi sevir el, mahal. Azad ölkəmizdə hər zaman ucal, İstəyir könlümüz bu sayaq səni. Səməd Vurğun O ceyran baxışlı baxdı uzaqdan, Canımı odlara yaxdı nahaqdan. Yüz il də dolanıb keçsə o vaxtdan, Unutmaz aləmdə əhli-hal məni. Aşıq Şəmşir Sən kamil sərrafsan, göz ustadısan! Fəhmin, fərasətin öz ustadısan! Qabil sənətkarsan, söz ustadısan: Dəryasan, arzular min bulaq səni. Səməd Vurğun Gəlmişəm, gəzməyə sizin dağları, Baxım bu yaylaqlara doyunca barı, Şairin bu yerə düşdü güzarı, Gözəl qarşıladı xoş iqbal məni. Aşıq Şəmşir Günbəgün gül açır Vaqifin bağı, Bir çox şairlərin ana torpağı. Səmədin məskəni, şeirin ocağı, Kamala yetirib o Qazax səni. Səməd Vurğun Bəxt məni bu yerə qonaq göndərdi. Gedirəm, yamandı ayrılıq dərdi. Demə, Səməd Vurğun gəldi-gedərdi, Unutmaz bu oba, bu mahal məni. Aşıq Şəmşir Şəmşirlə görüşün qaldı yadigar, Unutmaz nə qədər canında can var. Səndən dərs almağa diyarbədiyar - Gəzirəm əlimdə şam-çıraq səni. 


Moderator.az

#ŞairaşıqDədəŞəmşir #şeir #məqalə

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page