SADIQOV QALİB SÜLEYMAN OĞLU


Sadıqov Qalib Süleyman oğlu, 1965-ci ildə Kəlbəcər şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Kəlbəcər şəhəri 1 nömrəli orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Elektro-energetika fakültəsinə daxil olmuşdur. 1987-ci ildə həmin akademiyanı qurtarmışdır. Bitirdiyi ixtisas üzrə elektrik mühəndisi adını qazanmışdır. O, ixtisası üzrə təyinatla Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutuna göndərilmişdir.

Q.S.Sadıqov 1995-ci ilə qədər işlədiyi ixtisasda elmi fəaliyyətlə ciddi-cəhdlə məşğul olmuşdur. O, həmin institutun nəzdində “Elektrik stansiyaları, şəbəkələri, elektroenergetika sistemləri və onların idarə olunması” ixtisası üzrə 6-35 kv-lıq paylayıcı şəbəkələrdə yerlə qapanmadan mühafizənin səhv işləmələrinin qarşısını alan üsul və texniki qurğuların işlənməsi” mövzusunda dissertasiya müdafiə edib və texniki elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Onunun dissertasiyasının elmi rəhbəri Azərbaycan Texniki Universitetinin “Elektroenergetikanın nəzəri əsasları kafedrasının müdiri t.e.doktoru mərhum İsmayıl Quliyev olmuşdur. Apardığı elm-tədqiqat işlərində, paylaşdırıcı elektrik şəbəkə-lərində baş verən qəza rejimlərinin qarşısının alınması həmin şəbəkələrin iş etibarlılığının yüksəldilməsi ilə bağlı olduğunu isbat etmişdir. Bu işlər hazırda respublikamızın bir sıra elektrik şəbəkələrində müvəffəqiyyətlə tətbiq olunur və iqtisadi səmərə verir.


Q.S.Sadıqovun Moskvada və Bakıda 20 elmi əsəri nəşr olunmuşdur. Sadıqov 1995-ci ildə “İqtisadi islahatlar şəraitində Azərbaycan energetikası”, 1997-ci ildə “Müasir şəraitdə elektrotexnikanın elmi və texniki problemləri” mövzularında Bakıda keçirilmiş elmi konfranslarda məruzə ilə çıxış etmişdir. Sadıqov hələ gəncdir. O, gələcəkdə daha yüksək elmi mərhələlərdə yüksəlmək üçün çalışır.


Hazırda Sadıqov Azərbaycan Texniki Universitetində elmi işçi kimi çalışmaqla “Yarımstansiya” şöbəsinin rəhbəridir.


Sadıqov ailəlidir. İki övladı var. Atası – Sadıqov Süleyman İbrahim oğlu 1993-cü il Kəlbəcərin işğalı zamanı müəmmalı şəkildə itkin düşmüşdür.

53 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev