SALAHOV MUĞAN ƏLİ OĞLU


Salahov Muğan Əli oğlu, 1941-ci ilin iyun ayının 21-də Kəlbəcər rayonunun Çobangərəkməz kəndində anadan olmuşdur. O, 1958-ci ildə Ağcakənd orta məktəbini bitirib və həmin il Bakıdakı Komunal-İnşaat texniku-muna daxil olmuşdur.1961-ci ildə texnikumu qurtarıb, C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Tələbə ikən o, Azərbaycan Baş Layihə İntitutunda baş texnik işləmişdir. 1967-ci ildə institutu bitirib müsabiqə nəticəsində C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Tikinti istehsalatının texnologiyası kafedrasında asistent işləmişdir.

M.Ə.Salahov 1972-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun ixtisası üzrə aspiranturasına qəbul olmuşdur. Texniki elmlər üzrə dissertasiya müdafiə edərək, texniki elmlər namizədi alimlik dərəcəsinə yüksəlmişdir.


M.Ə.Salahov 1975-ci ildən İnşaat Mühəndisləri Universitetində assistent, dosent işləmişdir. 1990-cı ildən Tikinti İstehsalının Texnologiyası kafedrasının professorudur. Eyni zamanda Salahov 1970-ci ildən 1979-cu ilədək İnşaat fakültəsində dekan müavini, 1979-cu ildən 1984-cü ilədək Xarici tələbələrin işləri üzrə dekanı, 1984-cü ildən oktyabr 1992-ci ilə kimi isə Beynəlxalq əlaqələr üzrə prorektor işləmişdir.


M.Ə.Salahov xarici tələbələrlə işlədiyi müddətdə SSRİ və Azərbaycan SSR Xalq Təhsili Nazirliklərinin bir sıra təşəkkür Fəxri Fərmanları və s.mükafatları ilə təltif olunmuşdur.

Professor M.Ə.Salahov 1993-cü ildə İnşaat Mühəndisləri Universitetində Azərbaycan Ümumittifaq Xarici Festivalının yüksək səviyyədə keçirilməsində göstərdiyi fəaliyyətə görə Azərbaycan Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda xarici ölkələrə mütəxəssis hazırlanmasında yüksək fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur. O, işlədiyi müddətdə ictimai, metodik və elmi işlərlə də məşğul olmuşdur. Elmi yaradıcılıq fəaliyyətini davam etdirərək 60 çap vərəqi həcmində 30 elmi əsəri çap etdirmişdir. Həmin əsərlər “Ali tədris müəssisələrinin xəbərləri”, “Moskva tikintisində qabaqcıl təcrübə”,


“Moskva İnşaat Mühəndisləri Universitetinin əsərləri məcmusu”, “Slovakiya Politexnik İnistitunun əsərləri məcmuəsi”ndə, o cümlədən, Respublika, Ümumittifaq və beynəlxalq jurnallarda çap olunmuşdur. 1988-ci ildə professor tərtib edərək çap etdirdiyi Azərbaycan dilində “İnşaat konstruksiyalarının quraşdırılması” adlı dərsliyi ali məktəb tələbələri üçün qiymətli hədiyyədir.


M.Ə.Salahov Respublikada tikilən tikililərin əksəriyyətini təşkil edən iri panelli yaşayış evlərinin və sənaye binalarının konsturuksiyasının quraşdırılmaya və möhkəmliyə hesablanması metoduna aid 15.7 çap vərəqi həcmində elmi monoqrafiyasının çap olunması Azərnəşrin planına salınmışdır.


Hal-hazırda professor bütün bilik və bacarığını Azərbaycan gənclərinin yüksək ixtisaslı kadr kimi hazırlanmasına sərf edir.

M.Ə.Salahovun atası Ədil kişi Böyük Vətən Müharibəsi iştirakçısı olmuş, 1953-cü ildə dünyasını dəyişmişdir.


Anası Cəvahir xanım 1951-ci ildə 49 yaşında vəfat etmişdir.

M.Ə.Salahov həmdə gözəl ailə başçısıdır. Həyat yoldaşı Esmiralda Salahova həkimdir. Oğlu Salahov Samir Moskvada ali təhsil alır. Qızı Salahova Səbinə ADU-nun tələbəsidir.

40 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev