SALAHOV RAFİQ AZAD OĞLU


Salahov Rafiq Azad oğlu, 1955-ci ildə Kəlbəcər rayonunun Əsrik kəndində anadan olmuşdur. O, 1972-ci ildə Ağcakənd orta məktəbini bitirib və elə həmin ildə Bakı şəhərində Çingiz İldırım adına Politexnik İnstitutuna qəbul olub, yarımçıq təhsillə Sovet ordusu sıralarına çağırılmışdır. O, az müddət içərisində göstərdiyi yüksək hərbi xidmətlərə görə əlaçı serjant rütbəsi almışdır.

Əsgərlik xidmətini Moskva şəhərində başa vurub Bakıya qayıtmş və 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə bərpa olmuşdur. Çünki bu fakültə Rafiq qayıdana kimi ayrıca İnstitut olmuşdur. İnstitutda oxuya -oxuya ümumiinşaat birliyində laborant kimi fəaliyyət göstərmişdir.

R.A.Salahov 1981-ci ildə institutunu fərqlənmə diplomu ilə qurtarmışdır. Elə həmin ildən 1986-cı ilə kimi Bakı Politexnik Texnikumunda müəllim işləmişdir. 1985-ci ildə Sovet İKP-yə üzv qəbul olmuş Rafiq müəllim Bakı Marksizm-Leninizm Universitetinə oxumağa göndəriımiş, 1988-ci ildə həmin universitetin iqtisadiyyat fakültəsini əla qiymətlərlə bitirmişdir. 1990-cı ilə kimi Bakı İnşaat Texnikumunda şöbə müdiri işləmişdir.


Daima elmin yüksək zirvələrinə yüksəlməyə can atan Rafiq Salahov 1990-cı ildə Moskva Kuybışev adına İnşaat Mühəndisləri İnstitutunun aspiranturasına qəbul olmuşdur. Elə aspiranturada oxuduğu illərdəki həyatında inşaat materialları sahəsində elmi axtarışlarla məşğul olmuşdur. 1993-cü il iyun ayının 15-də Moskvada Kuybışev adına İnşaat Mühəndisləri İnstitutunda “İstilik izolyasiyası materialları” mövzusunda dissertasiya müdafiə edib, elmlər namizədi alimlik dərəcəsi almışdır.


Texniki elmlər namizədi Salahov Rafiq 1995-ci ildə yenidən seçki yolu ilə İnşaat Texnikumuna direktor seçilmiş və indi də həmin vəzifədə çalışır. Rafiq müəllim rəhbər işdə işləməklə, elmi işlərini davam etdirir. Onlarla elmi məqalənin müəllifidir. Məqalələri 1990-1993-cü illərdə Moskva və Bakının texniki jurnallarında dərc olunmuşdur. O, İordaniyada və Çexoslovakiyada yerli alimlərlə birlikdə işləmişdir.


Rafiq müəllim evlidir. Həyat yoldaşı Əhmədova Rayisə musiqi müəlliməsidir. İki qızı və bir oğlu var.

49 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev