SARIYEV BƏHRAM BAHADUR OĞLU


Sarıyev Bəhram Bahadur oğlu, 1932-ci ildə Kəlbəcər rayonunun Sınıqkilsə kəndində anadan olmuşdur. 1949-cu ildə Kəlbəcər şəhər orta məktəbini bitirdikdən sonra, Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə qəbul olunmuşdur. 1955-ci ildə universiteti qurtarıb iki il təyinat ilə Kəlbəcər rayonunda, 1957-ci ildən 1959-cu ilə kimi Mirbəşir rayonunda (indiki Tərtər) həkim-cərrah işləmişdir. Bəhram həkim 1959-cu ildə Tibb Universitetinə dəvət edilmişdir və 1966-cı ildə Cərrahiyə fakültəsində aspiranturaya qəbul edilmiş, 1968-ci ildən həmin kafedranın asistenti seçilmişdir.

B.B.Sarıyev 1971-ci ildə tibb elmlər namizədi alimlik dərəcəsi almaq üçün, müvəffəqiyyətlə dissertasiyasını müdafiə etmiş, tibb elmlər namizədi adına layiq görülmüşdür. 1988-ci ildən Ümumcərrahiyə kafedrasına konkursdan keçməklə dosent seçilmişdir. O, 25 elmi əsərin və bir neçə səmərələşdirici elmi təklifin müəllifidir.


B.B.Sarıyev dissertasiyasının və elmi əsərlərinin əsas mövzuları qalxanvari vəzin xəstəliklərinin tədqiqinə və müalicəsinə həsr edilmişdir. Onun şəfalı əlləri 10 mindən çox mürəkkəb və ağır cərrahiyə əməliiyatı apararaq xəstəliyə tutulmuş insanlara şəfa vermişdir.

B.B.Sarıyev həmdə gənc həkimlərin yetişdirilməsində, əhaliyə tibbi-cərrahiyə xidmətin aparılmasında öz fəaliyyətinin bir pedaqoq kimi davam etdirir.


B.B.Sarıyev Kəlbəcər mahalında möhtərəm sayılan Kərbəlayi Sarının nəvəsi, el ağsaqqalı Bahadur kişinin oğludur. Bu nəsil həmişə xeyriyyəçi, halal Allah adamı, qan barışdıran el ağsaqqalları olduğundan Bəhrama da bu xüsusiyyətlər nəsillərindən keçmişdir. O, bu yaxınlarda Məkkə ziyarətində olmuş, müqəddəs “Qara daşa” üz söykəmiş, hacı tituluna nəsib olmuşdur. İmanı kamil olsun!


B.B.Sarıyev həkimliklə yanaşı Hacı Bəhram olmuşdur. Evlidir. Üç övlad atasıdır.

24 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev