Sentyabr konfransının plenar müşavirəsi keçirilib

Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhər, Göygöl və Kəlbəcər rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Plenar müşavirədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru, Emin Əmrullayev, Gəncə şəhər, Göygöl və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda hesabatla çıxış ediblər.

Daha sonra Təhslilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev hesabatlara öz münasibətini bildirib. Emin Əmrullayev son dövrlər təhsildə qazanılan nailiyyətlər, əsaslı dəyişikliklər və həlli vacib məsələlər barədə danışıb, tədrisin inkişafının bütün təhsil işçiləri üçün əsas məqsəd olduğunu bildirib. Emin Əmrullayev öz çıxışında bölgələrdə yeni açılması nəzərdə tutulan lisey siniflər barədə geniş məlumat verib.

Emin Əmrullayev 2019-2020-ci tədris ilində görüləcək işlərlə bağlı təhsil işçilərinə tövsiyələrini verib, hər birinə uğurlar arzulayıb. Sonda konfrans iştirakçılarının rəy, təklif və sorğuları dinlənilib və cavablandırılıb.

#EduAz #TəhsilNazirliyi #KəlbəcərTəhsilŞöbəsi #Müəllim #Şagird #Konfrans

28 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev