Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi


16 mart tarixində Belqradda keçirilmiş “Anastasiya Günləri” beynəlxalq poeziya festivalı çərçivəsində öz fəaliyyəti ilə xüsusi fərqlənən 6 şairə əsas mükafat qismində Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş, “Nəsimi 650 il” adlı diplomlar təqdim edilib.

Kalbajar.com modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın Serbiyadakı Səfirliyinin təşəbbüsü və dəstəyi, eləcə də Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə keçirilmiş festivalda müxtəlif ölkələrdən yüzdən artıq şair iştirak edib.

Hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə açıq elan edilən festivalda çıxış edən Serbiya Kral Akademiyasının prezidenti Draqan Damyanoviç sözügedən festivalın keçirilməsində göstərilən dəstəyə görə səfirliyimizə təşəkkürünü ifadə etdi. Hər  iki ölkənin ədəbiyyat və incəsənətə xüsusi rəğbətini olduğunu qeyd edən D.Damyanoviç, müasir mərhələdə Serbiya-Azərbaycan əməkdaşlığının aktual cəhətlərinə toxundu, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Səfir Eldar Həsənov ədəbiyyat aləmində xüsusi yeri olan bu festivalın yüksək səviyyədə təşkil edildiyini, əsas mükafat qismində Azərbaycanın dahi şairi Nəsiminin adını daşıyan diplomların təqdim edilməsindən qürur duyduğunu və belə mədəni, ədəbi  tədbirlərin mədəniyyət sahəsində Azərbaycan və Serbiya, həmçinin festival iştirakçısı olan digər ölkələrlə əlaqələrinin daha da canlanmasına öz töhfəsini verəcəyindən əmin olduğunu bildirdi. Dünya ədəbiyyatına və mədəniyyətinə öz töhvələrini vermiş poeziya sənətimizin Nəsimi, Füzuli, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərlərinin sonrakı dövrlərdə müasir şairlərimizin ilham qaynağı olduğunu, həmçinin serb şairləri Petar Neqoş, Branko Radiçeviç, Yovan Zmay, Aleksa Şantiç, Yovan Duçiç, Milan Pakiçin yaradıcılığının da əhəmiyyətli rol oynadığını söylədi.

Mədəniyyət, incəsənət və poeziyanın xalqları birləşdirən bir körpü olduğunu deyən Səfir, festivala və təşkilatçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Gün ərzində davam edən festival yerli və xarici KİV nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

75 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev