Serbiyada Novruz bayramı qeyd edilib (FOTO)



Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə Belqradda keçirilən “Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.


Tədbirdə Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun sədri və üzvləri, ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları, eləcə də Serbiyada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.


Əvvəlcə Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına təbriki oxunub.

Sonra Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, Novruz bayramı münasibətilə səfirliyin qonaqlarını, Serbiyada yaşayan həmvətənlərimizi və Novruz bayramını qeyd edən xalqları təbrik edib.

Tədbirdə “Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində Belqradda səfərdə olan, Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü, usta aşpaz Ziya Şahbazovun hazırladığı milli yeməklərimizdən ibarət bayram süfrəsi açılıb, Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun olaraq, masalara xonça və səmənilər düzülüb.


Daha sonra Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Katarina Rakiç çıxış edərək milli bayram münasibətilə Azərbaycan xalqını təbrik edib və firavanlıq arzulayıb.

Mərasim milli musiqi və rəqslərlə davam edib.


Trend.az

36 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev