Seyid ƏLİ

Məmmədov Əli Xudaverdi oğlu Kəlbəcərin Zar kəndində seyid ailəsində anadan olub. Anadangəlmə gözləri zəif görürdü. Xalq şairi Bəxtiyar Vahabzadə Kəlbəcərə gələndə (1985) onu Seyid Əli ilə görüşdürürlər. Seyid Əli Bəxtiyar Vahabzadəni şerlə salamlayır. Həmin görüşdə heyrətini gizlətməyib kövrələn Bəxtiyar Vahabzadə Seyid Əlinin “Salam söyləyir” şerinə “Əleykəssəlam” şerilə cavab verir. Doğma Kəlbəcər torpağında dəfn olunan şairin nəşr olunmağa layiq poetik irsi qalıb.