top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

"Son 10 ildə təkcə Türkiyədə 8.7 milyon, 28 Avropa ölkəsində isə sadəcə 5.2 milyon iş yeri yara


"Heç kim bizi Avropadan qopara bilməz, Avropanın Türkiyəyə, Türkiyənin Avropaya ehtiyacı var"


Moderator.az xəbər verir ki, 23-24 Mart tarixlərində Türkiyənin Bursa şəhərində “SOCAR Türkiyə”nin ana sponsorluğu ilə Uludağ İqtisadiyyat Sammiti baş tutub. Ayrı-ayrı ölkələri təmsil edən hökumət nümayəndələri, tanınmış iqtisadçılar, böyük şirkətlərin rəhbərləri və media mənsublarının iştirakı ilə keçirilən Sammitdə Türkiyə Baş nazirinin müavini Mehmet Şimşek dünyada və Türkiyədə gedən son iqtisadi proseslərlə bağlı fikirlərini bölüşüb.  


Çıxışına Argentinada keçirilən G-20 Sammiti barədə təəssüratlarını bölüşərək başlayan M.Şimşek, qlobal iqtisadiyyatda müşahidə olunan proteksionist meyllərə qarşı narahatçılığını ifadə edərək, bu meyllərin bir sıra ölkələrdə ultra-sağçı və populist rejimlərin güclənməsi ilə nəticələndiyini qeyd edib: “Hal-hazırda dünyada ən böyük risk proteksionizmdir. ABŞ-dan başlayan çox güclü proteksionist meyllər var. Dünyada bəzi sənaye sahələrində müəyyən problemlər mövcud ola bilər, ancaq onları aradan qaldırmaq əvəzinə, böhrandan sonra gəlir bölgüsündə bərabərsizliyin yaratdığı populizmdən faydalanmağa qalxsaq, sonu yaxşı olmaz. G-20 ölkələri arasında iki ölkə xaric hər kəs bu fikirdədir.” M.Şimşek, çıxışının davamında qlobal iqtisadiyyatda mövcud fürsətlər və təhlükələr barədə bunları deyib: “Dünya iqtisadiyyatı gələcək qısa müddətdə olduqca parlaq görünür, iqtisadi artım var, qlobal inflyasiya nəzərət altındadır. Qısa müddətdə risklərin ortaya çıxma ehtimalı aşağıdır. Ancaq orta və uzun müddətdə sual işarələri var. Həmişə olduğu kimi, indi də iqtisadi artım dövrləri inflyasiya təzyiqləri doğurur və pul-kredit siyasətində sərtləşməyə səbəb olur. ABŞ Mərkəzi Bankı gələcək dönəmlərdə faizləri artırmağa davam edəcək. Əvvəlki illərə görə faiz gözləntisi yüksəkdir.” M. Şimşek, çıxışının Türkiyə iqtisadiyyatı ilə bağlı hissəsində Türkiyənin dünya ilə müqayisədə daha sürətli iqtisadi artıma nail olduğunu deyib: “Türkiyə iqtisadiyyatı son 15 ildə orta hesabla illik 5.7% böyüyüb. Yaxın Şərqdə xaosa, terrora, Türkiyədə çevriliş cəhdinə baxmayaraq, Türkiyə, dünya ölkələri arasında Çin və Hindistandan sonra yüksək iqtisadi artımı ilə fərqlənir. 2018-ci ildə Türkiyədə 5.5% iqtisadi artım gözlənilir. Belə gedərsə, Türkiyə 14 il sonra adam başına düşən milli gəlirdə Avropa Birliyi ilə eyni səviyyədə olacaq. Beləliklə, Türkiyənin ən önəmli hədəfi reallaşır. Türkiyədə investisiyalar artacaq. Dövlətin iqtisadi təşfiq proqramlarına müraciətlər rekord səviyyədədir. Türkiyədə son 10 ildə 8.7 milyon vətəndaşa iş yeri açılıb. Müqayisə olaraq, Avropada əhali sayı təxminən 512 milyon təşkil edir və 2007-ci ildən sonra Avropada 28 ölkədə sadəcə 5.2 milyon iş yeri yaradılıb. Həm daxili tələb, həm də xarici tələb böyüyür. Turizm sektoru yenidən canlanır. Avropa Birliyi də uzun bir fasilədən sonra böyüyür, nəticə etibarilə bu ölkələrdən tələb də güclü olacaq.” M. Şimşek, Türk lirasının dəyərindəki azalmanın inflyasiya təzyiqi doğurduğunu qeyd edib: “Sürətli iqtisadi artım qaçılmaz olaraq bəzi problemləri də bərabərində gətirir. Təəssüf ki, Türkiyədə inflyasiya yenidən ikirəqəmli səviyyəyə çatıb. Bu qarşı-qarşıya olduğumuz ən böyük problemdir. Bunun ən önəmli səbəbi Türk lirasının dəyərindəki azalmadır. İdxal məhsullarının Türk lirası ilə qiyməti keçən illə müqayisədə 30 faizə qədər artıb. Liradakı dəyər itkisi qismən iqtisadi, qismən də siyasi proseslərlə bağlıdır. Qlobal siyasi arenada bizim haqlı mövqeyimizə qarşı çıxanlar var. Məsələn, Suriya məsələsində bizim üzləşdiyimiz təhlükəni başa düşməkdə çətinlik çəkən müttəfiqlərimiz, dostlarımız var. Bunlar bizim münasibətlərimizə mənfi təsir göstərir.” Türkiyədə məcmu borcun milli gəlirə nisbətinin 41% olduğunu qeyd edən M. Şimşek, real sektorun borc əmsallarının nisbətən yüksək olduğunu və buna görə də borçlanma mövzusunda müəyyən məhdudiyyətlər gətirdiklərini açıqlayıb: “Dünya borc batağındadır. Dünya məcmu borcunun milli gəlirə nisbəti təxminən 320%-ə bərabərdir. Hal-hazırda bir problem yoxdur, ancaq faizlər yüksəlsə bu borçların qaytarılmasında problemlər ortaya çıxacaq. Dünya faizləri yüksəltsə iqtisadiyyat yavaşlayacaq. Ona görə indi leverec əmsalını aşağı salmalıyıq. Türkiyədə dövlətin dünyaya net xarici valyuta borcu yoxdur, alacağı var. Biz vətəndaşların xarici valyutada borclanmasına qadağa gətirdik. Çox doğru etmişik. Borc məsələsində əsas problem real sektordadır. Real rektor şirkətlərimizin xarici valyuta borc balansı 213 milyard dollar təşkil edir. Bu böyük rəqəmdir. Qısa müddətdə problemlər olmaz, ancaq orta müddətdə problemləri aradan qaldırmalıyıq. Nə etməliyik? İndi dünyada iqtisadi artım var, likvidlik boldur. Faizlər nisbətən aşağıdır. İndi bizim evin damını təmir etmə vaxtımızdır, çünki birazdan yağış yağacaq. Bugündən evimizi sağlamlaşdırmalıyıq.” “Türkiyənin gələcəyi parlıqdır” deyən M. Şimşek, Türkiyədə investisiya mühitini yaxşılaşdıran islahatlar həyata keçirdiklərini qeyd edib: “Çox geniş miqyaslı islahatlar həyata keçiririk. Yüksək gəlirli ölkələr siyahısında qala bilmək üçün biz, islahatlara davam etməliyik. Əsas prioritetimiz təhsildir. Peşə və ali təhsilə OECD ölkələrindən çox investisiya qoyuruq. Türkiyədə təhsilə əlçatanlıq dərəcəsi artır.” Türkiyədə kapital bazarlarının dərinləşdiriləcəyini açıqlayan M. Şimşek banklara səslənərək investisiya bankları qurmağa, gələcək vəd edən şirkətlərə invesitisiya qoymağa çağırış edib: “Kapital bazarımız inkişaf etmədən bu sürətlə iqtisadi artıma davam edə bilməyəcəyik. Kapital bazarının inkişaf etməsi üçün tələb-təklif tələb olunur. İndi şərtlər əlverişlidir. Şirkətlərinizin səhmlərini birjada xalqa satın. Yeni ortaqlar alın. Bank sektorunun maliyyə bazarlarında payı 82%-dir. Bank sektorumuz çox sağlamdır. Ancaq kapital bazarları o qədər də inkişaf etməyib. Bu yolla böyüməni daha sağlam həyata keçirin. Depozit banklarını investisiya bankları qurmağa çağırıram. “Start-up”lara gələcək vəd edən şirkətlərə investisiya qoyun, daha çox qazanarsınız. Riski daha yüksəkdir ancaq gələcək ordadır. Ənənəvi sektorlarda xalis gəlir marjı aşağıdır. Ənənəvi sektorlarda rəqabət yüksəkdir, gələcək vəd edən sektorlarda isə qazanc daha yüksəkdir.” Sonda Avropa Birliyi ilə münasibətlərdən danışan M.Şimşek, çıxışını bu sözlərlə yekunlaşdırıb: “Heç kim bizi Avropadan qopara bilməz. Avropanın Türkiyəyə, Türkiyənin Avropaya ehtiyacı var. Türkiyə, Avropanın ən böyük 5-ci ticarət ortağıdır. Avropa ölkələri ilə 160 milyard dollardan çox ticarət həcmimiz var. Avropanın təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyi Türkiyədən keçir. Türkiyə, NATO-nun ən etibarlı, ən güclü ölkələrindən biridir. NATO-da ən böyük 2-ci orduya sahibik, NATO-ya ən çox dəstək verən 4-cü ölkəyik. Bizim hüquqi dövlət quruculuğu, demokratik standartlar, korporativ keyfiyyət baxımından nə cənubda, nə şərqdə ilham alacağımız başqa bir yer yoxdur. Avropa bizim ilham alacağımız yerdir. Türkiyə də Avropanın stateji müttəfiqidir. Bunu heç kim dəyişdirə bilməz.” Qeyd edək ki, 2012-ci ildən etibarən keçirilən Uludağ İqtisadiyyat Sammiti bugünə qədər Türkiyədən və dünyadan çox sayda mötəbər siyasətçi və iş adamlarına ev sahibliyi edib. Hazırladı: Fazil Qasımov (“Aşıq Şəmşir” Mədəniyyət Ocağının nümayəndəsi)


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page