Sonuncu zəngə cavab verməyən komandir



...Dünyaya göz açdığı kənd 28 il idi ki, təcavüzkar Ermənistanın tapdağı altında qalmışdı. Digər ərazilərimizdən fərqli olaraq, bu kəndin bəxti onda gətirmişdi ki, camaat qocalı-qarılı, böyüklü-kiçikli 113 gün dağlara çəkilərək erməni vandallarının doğma ocaqlarını söndürməyə, tar-mar etməyə imkan verməmişdi.

Bütün bu olmuşlar 4 mart 1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş Cəfərov Zaur Hüseyn oğlunun yaddaşına yazılmışdı. Atası Hüseyn Cəfərov əvvəllər Kəlbəcərdəki Televiziya Stansiyasında, sonralar isə rabitə qovşağında, əmisi Əli isə uzun illər Bakı Metropolitenində baş mühəndis vəzifəsində işləmişdi, Əməkdar mühəndis idi.


1993-cü ilin aprelində Ermənistanın Kəlbəcəri işğal etməsi nəticəsində ailə əvvəlcə Qax rayonuna, sonra isə işlə əlaqədar Bakıya köçməyə məcbur olub. Ona görə də Zaur orta təhsilini 1997-ci ildə Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki şəhid Azər Namazov adına məktəbdə başa vurub. Qardaşı Niyaməddin müəllim deyir ki, babalarımız Cəfərov Həsənlə Həsənov Həsən 1941-1945-ci illər müharibəsinin veteranları, bibimiz oğlu Yalçın isə Birinci Qarabağ savaşında şəhid olub: “Hələ 13 yaşında ikən ata yurdumuz, ana Vətənimiz Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi, qaçqınlıq-köçkünlük, qohumlarımızdan 9-nun bu yolda şəhid olması gənc Zaurun yaddaşına ağrılı-acılı məqamlar kimi həkk olunmuşdu. Bundan başqa, 49 başlıbellimizin mühasirəyə salınaraq Tuneldə girov götürülmələri, 113 gün kaha və mağaralarda ac-susuz qalıb doğma kəndi qoruyarkən 18 nəfərimizin son nəfəsədək döyüşsələr də, düşmən tərəfindən amansızcasına qətlə yetirilmələri onu rahat buraxmırdı....”

Şəksiz ki, o, bütün bu amansızlıqları yaddaşına yazmaqla hərbçi olmağa qəti qərar verib. Vaxtı və zamanı gələndə düşməndən qisas almasını isə unutmurdu. Orta məktəbi müvəffəqiyyətlə başa vuran Zaur buna görə də sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verib və istəyinə nail olub.


2000-ci ildə NATO ölkələrinin - qardaş Türkiyə, Macarıstan və Rumıniyada keçirilən təlim və kurslara qatılan Zaur Cəfərov burada bilik, təcrübə və vərdişlərə yiyələnərək, əsl hərbçi kimi yetişib. Ali Hərbi Məktəbi bitirərək Dövlət Attestasiya Komissiyyasının 2001-ci ildə qəbul etdiyi qərarla Raket Artilleriya Qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ taktiki raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının bakalavr dərəcəsini alan Zaur Cəfərov getdikcə bu sahədə mütəxəssis kimi tanınmağa başlayıb.


O, 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura pilləsinə daxil olub. Təhsilini bitirdikdən sonra polkovnik-leytenant rütbəsi alıb. Diviziya komandirliyindən artilleriya rəisliyinə, daha sonra hərbi hissə komandirinin müavini və qərargah rəisi vəzifəsindək yüksəlib. Polkovnik-leytenant 2016-cı ilin “Aprel döyüşləri”ndə və 2020-ci ildə Ermənistanın Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində təcavüzü zamanı öz əsgərləri ilə birlikdə ön cəbhədə olub və amansız düşmənə qarşı barışmaz mövqeyini ortaya qoyub.


Komandir Zaur Cəfərov 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində də öz briqadası ilə döyüşlərin şiddətli yerində olub. O, həmin günü 28 il gözləmişdi. Düşmənin döyüş mövqelərində qoyub qaçdığı ağır hərbi texnikanı qənimət kimi götürərək özü idarə edirdi. Komandir və döyüş dostları general Polad Həşimovla İlqar Mirzəyevin və bibisi oğlu Yalçın Mustafayevin, eləcə də istər Başlıbelin mühasirədə qaldığı günlərdə, istərsə də Xocalıda əsir götürülən qız-gəlinlərin qisasını almaq üçün özünü hər an ölümün üstünə atırdı. Lakin o, təcrübəsiz deyildi. Buna görə də hər dəfə düşmənə ağır itkilər verərək, qənimətlə geri dönürdü. Onun idarə etdiyi briqada düşmənin 4 tankını vurub, 3-nü qənimət kimi ələ keçirib. Xeyli sayda “Ural”, “KamAZ”, QAZ-33”, “UAZ” və digər markalı avtomobil, “D-30”, “D-44” və digər topları qənimət götürərək düşmənə tərəf çevirib.


...Şəhadətindən üç gün öncə qardaşı Binazənə zəng edib deyir ki, “oğlum Həsəni gətirin, nədənsə, görmək istəyirəm”. Oğlu Həsən və bir neçə qohumu onun yanına gediblər. Zaur Cəfərov qohumlardan daha bir xahiş edib. İlqar Mirzəyevin, Polad Həşimovun, eləcə də bibisi oğlu Yalçın kimi neçə-neçə cəngavər qəhrəmanlarımızın qisasını aldığını və dəfələrlə ağır şəraitdən sağ-salamat çıxdıqları üçün qurban kəsmələrini istəyib.


...Ölümündən bir neçə saat öncə yazdığı statuslarına görə, qohum-əqraba nigaran qalaraq ona zəng edib, cavab almadıqları üçün mesaj yazıblar. Amma nə zənglərə, nə də mesajlara cavab gəlib...


2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə, Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı öz minik maşını ilə mövqeləri təyin etmək və düşməndə olan tank mərmisi atan, modifikasiya edilmiş topları qənimət kimi götürmək üçün gecə saatlarında yola çıxıb və maşını minaya düşüb. Düşmən üzərinə gedən cəsur igidimiz də beləcə şəhid olub... İkinci Fəxri xiyabanda dəfn edilib.


Ölümündən sonra Azərbaycan Prezidentinin fərmanları ilə təltif olunan şəhidlərimizin sırasında polkovnik-leytenant Zaur Cəfərovun da adı var. O, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.


Şəhid komandirimizin Vətənə göstərdiyi xidmətlərə görə təltifləri yalnız bunlardan ibarət deyil. O, hələ hərbi xidmət illərində “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” (1991-2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 95 illiyi yubiley medallarını, “Qüsursuz xidmətə görə” medalının isə hər üç dərəcəsini alıb.

MƏHƏMMƏD NƏRİMANOĞLU,

“Azərbaycan”

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

DSC_6292.JPG

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

 

İşğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:
 

27 sentyabr
 

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
     

 3 oktyabr
 

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
     

 4 oktyabr
 

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
     

5 oktyabr
 

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
     

 9 oktyabr
 

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

  • Tərtər rayonunun Çaylı kəndi
     

 14 oktyabr
 

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
     

15 oktyabr
 

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

  • Füzuli rayonunun Arış kəndi

  • Cəbrayıl rayonunun Doşulu kəndi
     

 16 oktyabr
 

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
     

 17 oktyabr
 

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
     

 18 oktyabr
 

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
     

 19 oktyabr
 

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
     

 20 oktyabr
 

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
     

 21 oktyabr
 

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
     

 22 oktyabr
 

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
     

23 oktyabr
 

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
     

 25-26 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
     

28 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

  • Füzuli rayonunun Mandılı kəndi

  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
     

30 oktyabr
 

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
     

2 noyabr
 

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
     

4 noyabr
 

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.


7 noyabr

 

• Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

• Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

• Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

• Zəngilan rayonunun Beşdəli kəndi

• Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

• Xocalının Qarabulaq, Moşxmaat kəndləri
 

8 noyabr  
 

  • ŞUŞA şəhəri


9 noyabr
 

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi

  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 
10 noyabr
 

  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

  • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
     

20 noyabr
 

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
     

25 noyabr
 

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.

     

    Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir.

    2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
     

1 dekabr
 

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan

     

    çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.

    Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir

    qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev