top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Türk iş adamları Qarabağa gəlir: Nəhəng sərmayənin həcmi açıqlandı


“Erməni işğalından azad edilmiş Dağlıq Qarabağ “Bir millət, iki dövlət” şüarı ilə modernləşdiriləcək. Bölgədə 1,5 milyon əhalinin yerləşməsi gözlənilir. Bu, daha çox mənzil ehtiyacını gündəmə gətirir. Elan edilən investisiyanın ümumilikdə cari həcmi 27 milyard dollardır. Sənaye, kənd təsərrüfatı, xidmət sektorlarında da investisiya imkanı var”.



Kalbajar.com Türkiyənin “Yeni Şafak” saytına istinadən xəbər verir ki, bunu azərbaycanlı iş adamı, iqtisadçı Rauf Rüstəmov deyib.

O bildirib ki, Azərbaycanın 20 faiz ərazisi yenidən qurulacaq: “Söhbət təxminən 30 ildir sərmayə qoyulmayan 18 min kvadrat kilometrlik bölgədən gedir. Bu çərçivədə şəhərlərin qurulması, sənaye, kənd təsərrüfatı, xidmət sahələrində investisiyalara ehtiyac var. Bu nöqtədə diqqət Türkiyəyə yönəlib.

Azərbaycan xalqı Dağlıq Qarabağın işğaldan azad olunmasında Türkiyənin hərbi və siyasi dəstəyindən sonra indi də bölgənin yenidən qurulmasını "Bir millət, iki dövlət" şüarıyla etmək istəyir”.


Rauf Rüstəmov bildirib ki, ictimai işlərlə əlaqədar olaraq ölkədəki dövlət idarələri tərəfindən fövqəladə ərazi planlaması aparılır: “Bütün infrastrukturun yenidən qurulması üçün uzun müddətdir xidmət göstərilməyən su, elektrik, yol, kanalizasiya kimi sosial həyat üçün zəruri olan ən əsas elementlərin yenilənməsi və ya yenidən qurulması təxirəsalınmaz məsələlərdəndir. Hazırda başda Türkiyə olmaqla Avropa şirkətlərinin prioriteti açılacaq tenderə qatılmağa dəvət edildi. Açıqlanan investisiyanın ümumi həcmi təxminən 27 milyard dollardır.

Bölgədəki sənayenin və özəl sektorun artımını nəzərə alaraq, Qarabağ bölgəsi yaxın 10 ildə 40-50 milyard dollar sərmayə cəlb edəcək”.

İş adamı rəsmi mənbələrə istinadən vurğulayıb ki, hazırda Azərbaycanda təxminən 1 milyon 200 min məcburi köçkün var: “Bu da şübhəsiz ki, həmin sayda əhalinin geri dönəcəyini və məktəb, xəstəxana, polis kimi sahələrin xidmətindən yararlanma ehtiyacını ortaya qoyur. Dağlıq Qarabağa təxminən 1 milyon 500 min əhali yerləşdiriləcək.

Türkiyədən bölgəyə gələcək investorlara dəstək veriləcəyi gözlənilir. Kiçik və orta müəssisələr Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İnvestisiya Agentliyinə birbaşa müraciət edərək lazımlı təşviq və dəstək paketindən faydalana biləcəklər. Böyük şirkətlər isə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılan İnvestisiya Holdinqi ilə görüşərək uzunmüddətli və birbaşa dəstəyindən yararlana biləcəklər”.

Rauf Rüstəmov türk podratçılarının dünyada müsbət və yüksək imiclə söz sahibi olduqlarına da diqqət çəkib: “Əminəm ki, türk podratçılar bölgədə rasional həllər təklif edəcəklər. Türkiyə keçmişdə, xüsusən də müharibə zamanı Azərbaycana mənəvi dəstək verdi və uzatdığı əl ortadadır. Bizlər bu münasibəti heç vaxt unutmayacağıq”

Teleqraf.az

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page